Cümə, 03 May 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

Ağsuda qanunsuz küçə ticarəti ilə məşğul olanlar cərimələndilər

Cari il ərzində keçirilən yoxlamalar zamanı 47 nəfər barəsində protokol tərtib olunub...

Ağsu Rayon Polis Şöbəsinin əməkdaşları qanunsuz küçə ticarətinin qarşısının alınması məqsədilə rayon ərazisində nəzarət-yoxlama tədbirləri keçiriblər.

Daxili İşlər Nazirliyinin (DİN) Mətbuat Xidmətinin Şəki regional qrupundan verilən məlumata görə, piyada səkilərində, yol kənarlarında antisanitar vəziyyət yaradaraq pərakəndə ticarətlə məşğul olan satıcılar aşkarlanıb.

Həmin şəxslərə qanunvericiliyin tələbləri izah olunub və ancaq müəyyən edilmiş yerlərdə ticarətlə məşğul olmaları onların diqqətinə çatdırılıb.

Ümumilikdə, cari il ərzində keçirilən yoxlamalar zamanı 47 nəfər barəsində İnzibati Xətalar Məcəlləsinin 454-cü (Qanunsuz küçə ticarəti, yəni müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilməmiş yerlərdə malların satılmasına və ya işlərin görülməsinə görə) maddəsi ilə protokol tərtib olunub.

pia.az




Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Azərbaycanda sabiq nazir hər ay mənimsədiyi pulların miqdarını açıqladı

MSK Ramin Məmmədovun deputat səlahiyyətlərinə xitam verib - Yenilənib

Ağcabədidə qadın qətlə yetirilib, qaynı saxlanılıb - Yenilənib

Prezidentin sərəncamı 3000-ə yaxın şəxsə şamil olunacaq

Rusiya 15 ukraynalı əsir hərbiçini edam edib - Human Rights Watch bu cinayətləri təsdiqləyib...

Dostunun 14 yaşlı qızını qaçıran kişi həbs olundu

Dini liderlər Füzuli şəhərində olublar - Yenilənib

Məşhur COVID peyvəndinin mənfi təsirləri təsdiqləndi

Altı körpənin yanaraq ölməsində təqsirləndirilən Mehriban Abasquliyevaya yenidən vəzifə verilir? - Açıqlama

66 konqresmen Azərbaycana qarşı sanksiyalar tətbiq etmək təklifi ilə çıxış edib...

VI Ümumdünya Mədəniyyətlərarası Dialoq Forumu başa çatıb - Yenilənib  

Ən çox oxunanalar