Bazar ertəsi, 07 Oktyabr 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

Bakıda nəqliyyatın tənzimləyəcək operativ qrup yaralır

Bakıda nəqliyyatın tənzimlənməsi ilə bağlı operativ qrupun yaradılmasına qərar verildi...

Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyi, Bakı Nəqliyyat Agentliyi, Baş Dövlət Yol Polisi İdarəsi, Bakı şəhər Dövlət Yol Polis İdarəsi, Bakı şəhəri İcra Hakimiyyəti Yaşıllaşdırma Təsərrüfatı Birliyi, Dövlət Ekoloji Təhlükəsizlik Xidməti, "Azərbaycan Yaşıllaşdırma və Landşaft Quruluşu” ASC-nin nümayəndələrinin iştirak etdiyi tədbirdə Bakı şəhərində yol-nəqliyyat infrastrukturunun inkişafı məqsədi ilə hazırlanan layihələrin ekspertiza rəylərinə dair fikir mübadiləsi aparılıb.Tədbir 14 oktyabr tarixində Azərbaycan Respublikasının Baş naziri Əli Əsədovun sədrliyi ilə Bakı şəhərində nəqliyyatın vəziyyətinə dair keçirilən işçi müşavirəsi zamanı verilmiş tapşırıqların icra vəziyyəti ilə bağlı keçirilib.

Bildirilib ki, Dövlət Ekoloji Ekspertiza Agentliyi tərəfindən yol infrastrukturu layihələrinə rəy verilərkən sahəcə böyük yaşıllıqların, paytaxtın iqlimi üçün qiymətli ağacların qorunmasına xüsusi önəm verilir və son illərdə Bakı şəhəri üzrə bir sıra ünvanlarda – Azadlıq prospekti ilə Əcəmi Naxçıvani küçəsinin kəsişməsində, Akademik Ziya Bünyadov prospekti, 9 saylı Bakı Peşə Liseyinin yaxınlığında, Heydər Əliyev Beynəlxalq hava Limanı – Mərdəkan dairəsi – Bilgəh avtomobil yolu, Atçılıq sovxozunun yaxılığında, Bakı-Quba-Rusiya Federasiyası ilə dövlət sərhədi avtomobil yolunun 21-ci kilometrliyində və digər ərazilərdə yerüstü piyada keçidlərinin tikintisinə müsbət rəy verilib. Həmçinin, bəzi ərazilərdə yerüstü piyada keçidinin baş planına baxılıb və layihə sənədlərinin təqdim edilməsindən sonra rəy verilməsi məsələsinə baxılacaq.

Bundan əlavə, Babək prospektindən Bəkir Çobanzadə küçəsinə, M.Mehdizadə ilə S.Orucov küçələrindən Yusif Səfərov küçəsinə rahat hərəkətin təmin edilməsi, həmçinin Xətai metrostansiyasından N.Rəfiyev küçəsinə sağ istiqamətdə daimi döngənin yaradılması ilə bağlı yaşıllıqların köçürülərək yolun genişləndirilməsi layihələrinə ekoloji ekspertiza rəyi verilib.

Tədbirdə həmçinin yol hərəkətinin təhlükəsizliyinə ciddi şəkildə mane olan yaşıllıqların götürülməsi, xüsusilə də yol-hərəkət nişanlarının görünməsini əngəlləyən ağac və kolların budanması, bu sahədə ictimaiyyətin maarifləndirilməsi və başqa məsələlər ətrafında da fikir mübadiləsi aparılıb.

Sonda Bakı şəhərində avtomobil nəqliyyatının fəaliyyəti ilə bağlı mövcud problemlərin operativ həlli ilə bağlı iştirakçı qurumların nümayəndələrindən ibarət operativ qrupun yaradılmasına qərar verilib. Qrup vasitəsilə Bakı şəhərində avtomobil nəqliyyatının fəaliyyətinə maneə yaradan, tıxac, qəza, bədbəxt hadisə və sair olaylara səbəb ola biləcək yaşıllıqların götrülməsi və budanması üzrə operativ, təxirəsalınmaz və nəticəyönümlü tədbirlər həyata keçiriləcək.

pia.az




Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Üç bürc üçün inanılmaz xoşbəxt bir mərhələ başlayıb

Mayis Bərxudarov vəzifəsindən azad edildi və dərəncama göndərildi

Səhər edilən bu səhv xərçəng riskini artırır - Alimlər açıqladı

Üzeyir Mehdizadə kimdir? Haralıdır və neçə yaşı var? - Şəxsi həyatını sirr saxlayır...

Xaricdə ali təhsil almış şəxslər peşə tanınması imtahanı veriblər - Yenilənib

Mayis Bərxudarov komandan vəzifəsindən çıxarıldı - Foto

Pensiya alanlara şad xəbər - 2 yerdən pul ala biləcəklər - Video

İsrailin İrana müdaxiləsi ən çox Putinə lazımdır

Bakı yollarının zolaqlı problemi: Çıxış yolu nədir?

İsrailin məktəb və məscidə hava zərbələri nəticəsində 24 nəfər öldü, 93 yaralı var

Qəzzada ölənlərin sayı 41,9 min nəfərə çatıb

Ən çox oxunanalar

  • Bu gün
  • Bu həftə
  • Bu ay