Cümə axşamı, 09 May 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

Bakı ŞİH və “Regional İnkişaf” İctimai Birliyinin birgə təşkilatçılığı ilə ağacəkmə aksiyası keçirilib

Ağacların suvarılması və onlara qulluq göstərilməsi məsələləri nəzarətə götürülüb vəbunun üçün cavabdeh şəxslərtəyin edilib...

Bakı Şəhər İcra Hakimiyyəti və “Regional İnkişaf” İctimai Birliyi (RİİB) arasında imzalanan əməkdaşlıq memorandumuna əsasən Xəzər rayonu ərazisində - əsas magistral yolun kənarında ağacəkmə aksiyası keçirilib.

Ölkə başçısı cənab İlham Əliyevin tapşırıq və tövsiyələrinə uyğun olaraq Bakı şəhəri və Abşeron yarımadasında yaşıllıq zolaqlarının salınması, ekoloji tarazlığın bərpası və ətraf mühitin mühafizəsi istiqamətində görülən tədbirlər çərçivəsində həyata keçirilən aksiyada icra qurumlarının əməkdaşları və İctimai Birliyin könüllüləri iştirak edib.

İlk növbədə ağacların əkilməsi üçün nəzərdə tutulan ərazi daş və digər tullantılardan təmizlənərək əkin üçün hazır vəziyyətə gətirilib. Həmin əraziyə aksiya iştirakçıları tərəfindən paytaxtın iqlim şəraitinə uyğun olaraq seçilmiş 600 ədəd sərv ağacı əkilib.

Ağacların suvarılması və onlara qulluq göstərilməsi məsələləri nəzarətə götürülüb və bunun üçün cavabdeh şəxslər təyin edilib.

Paytaxtın yaşıllaşdırılması və daha da gözəlləşməsinə töhfə olan bu cür aksiyaların payız mövsümü ərzində Bakı şəhərinin digər ərazilərində də keçirilməsi nəzərdə tutulur.

Fotolar

pia.az

 

 

 

 

 




Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Paşinyan Qərbi Azərbaycan ideyasının ortadan qaldırdığını deyir...

Ərəstun Oruclu: Bu “qırmızı xətt” söhbəti artıq Rusiyada bir gülüş predmetinə çevrilib...

Ermənilər Nizaminin kəlləsini oğurlayıblar: Xalq artistinin iddiasına alimdən şok cavab

Kənd Təsərrüfatı Nazirliyinin rəhbərliyində "soyuq" savaş - Fəda Abbasov Sərvan Cəfərovla Elçin Zeynalova qarşı

Birnəfərlik elektrik təyyarələrinin satışına başlanıldı

Bakıda narkotik satanlara qarşı əməliyyat - Video

Bakıda talassemiyalı uşaqların valideynlərinə 1 milyon "atıb"lar - Məşhur həkimin adı cinayət dosyesində

Ərdoğan Əli Əsədovu qəbul edib, ona COP-29-la bağlı rəsmi dəvət məktubu təqdim olunub - Yenilənib

UEFA Konfrans Liqasında ilk finalçı müəyyənləşib

Ən çox oxunanalar