Cümə, 10 May 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

Konstitusiya Məhkəməsindən intihar şərhi

Respublika Prokurorluğunun sorğusuna əsaslanan Konstitusiya Məhkəməsinin Plenumu Cinayət Məcəlləsinin 125-ci maddəsini şərh edib. Sorğuda göstərilib ki, 125-ci maddədə təqsirkardan maddi, xidməti və ya sair cəhətdən asılı olmuş zərərçəkmiş şəxsi onunla amansız rəftar, onun ləyaqətini mütəmadi alçaltma, ona hədə-qorxu gəlmə yolu ilə özünü öldürmə və ya özünü öldürməyə cəhd həddinə çatdırmaya görə məsuliyyət rəsmiləşib: “Özünü öldürmə həddinə çatdırma işləri üzrə kifayət qədər məhkəmə təcrübəsinin və həmin maddənin rəsmi şərhinin olmaması intihar və ya intihara cəhd hadisələrinin tövsifi zamanı çətinliklərə səbəb olur. Cinayət hüquq nəzəriyyəsində və təcrübədə özünü öldürmə həddinə çatdırma cinayətinin subyektiv cəhətinin dolayı qəsd ilə törədilməsi mübahisəsiz olsa da, birbaşa qəsd və ya ehtiyatsızlıqdan törədilməsinin mümkünlüyünə, yəni təqsirin formalarına dair fikir ayrılıqları var. Həmçinin 125-ci maddənin dispozisiyasında əks olunan “maddi və ya xidməti cəhətdən asılılıq”, “ləyaqətini mütəmadi alçaltma”, “hədə-qorxu gəlmə” anlayışları aydın olsa da, “sair cəhətdən asılılıq” və “amansız rəftar” anlayışlarının cinayət qanununda açıqlanmaması bu cinayətin tövsifində müəyyən çətinliklər yaradır”.

Plenumun qərarında qeyd olunur ki, 125-ci maddənin mənasına görə, təqsirkardan maddi, xidməti və ya sair cəhətdən asılı olmuş zərərçəkmiş şəxsi onunla amansız rəftar, onun ləyaqətini mütəmadi alçaltma, ona hədə-qorxu gəlmə yolu ilə özünü öldürmə və ya özünü öldürməyə cəhd həddinə çatdırma təqsirin birbaşa və ya dolayı qəsd formasında törədilir: “125-ci maddənin dispozisiyasında əks olunan “sair cəhətdən asılılıq” və “amansız rəftar” qiymətləndirmə tələb edən əlamətlər olduğundan şəxsin təqsirlilik məsələsi həll edilərkən işin bütün faktiki halları hərtərəfli, tam və obyektiv araşdırılmalı, təqsirləndirilən şəxsin hərəkət və ya hərəkətsizliyinin nədə ifadə olunması, zərərçəkmişin təqsirləndirilən şəxsdən asılılığının forması göstərilməli və təqsirləndirilən şəxsin hərəkətləri ilə özünü öldürmə və ya ona cəhd arasında səbəbli əlaqənin mövcudluğu müəyyən edilməlidir”.

pia.az




Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Qusar meşəsindən bu görüntü yayıldı, polis hərəkətə keçdi - Foto

Aytən Səfərova Xəzər TV-dən uzaqlaşdırılıb?

Şuşaya yeni həyat verilir: İlk köçün həyəcanı yaşanır - Video

Ermənistanda delimitasiya əleyhinə yürüş edənlər İrəvana çatıblar - Video

Bir qrup incəsənət xadiminə Prezident mükafatları veriləcək - Sərəncam

İlham Əliyev bir qrup mədəniyyət xadiminə Azərbaycan Prezidentinin təqaüdünün verilməsi barədə sərəncam imzalayıb

Bakıda beşmərtəbəli binada təhlükəli vəziyyət: RİH-in razılığı ilə zirzəmini mənzil etdilər - Foto

Moskvada “9 May” qələbə günü münasibətilə hərbi parad keçirilib - Canlı yayım

Ən çox oxunanalar