Bazar, 01 Oktyabr 2023
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

Azərbaycan UNESCO-nu azad edilən ərazilərə tezliklə missiya göndərməyə çağırıb

Sentyabrın 29-da Mexiko şəhərində davam edən “Mondiacult 2022” konfransı çərçivəsində A.Kərimov “İrs və mədəni müxtəliflik böhran dövründə” mövzusuna həsr olunan sessiyada çıxış edib...

Azərbaycanın mədəniyyət naziri Anar Kərimov UNESCO-nu tezliklə işğaldan azad edilən Azərbaycan ərazilərinə texniki missiya göndərməyə çağırıb.

Bu barədə Mədəniyyət Nazirliyi məlumat yayıb.

Bildirilib ki, sentyabrın 29-da Mexiko şəhərində davam edən “Mondiacult 2022” konfransı çərçivəsində A.Kərimov “İrs və mədəni müxtəliflik böhran dövründə” mövzusuna həsr olunan sessiyada çıxış edib.

Nazir çıxışında tədbir iştirakçılarının diqqətini Azərbaycanın 30 ilə yaxın dövr ərzində erməni işğalı altında olmuş ərazilərində Ermənistan tərəfindən törədilən etnik-mədəni soyqırımına yönəldib.

İşğal dövründə Azərbaycanın mədəni irsinə qarşı misli görünməmiş sistemli və məqsədyönlü əməllər nəticəsində çox sayda məscidlər, tarixi abidələr, müxtəlif mədəniyyət müəssisələrinin tamamilə dağıdıldığı qeyd edilib. Həmçinin, ölkəmizin tarixi-mədəni irsinə qarşı bu soyqırımı əməllərinin beynəlxalq təşkilatlar tərəfindən sükutla qarşılandığı təəssüflə qeyd edilib. Azərbaycanın öz torpaqlarını işğaldan azad etdikdən sonra genişmiqyaslı bərpa işlərinə başladığına diqqət çəkilib, bu kontekstdə mədəni irsin bərpasının mühüm əhəmiyyət kəsb etdiyi vurğulanıb. Nazir bu baxımdan Azərbaycan ərazisində yerləşən mədəni irsin ölkəmizin mədəni müxtəlifliyini əks etdirdiyini bildirib və işğaldan azad edilmiş ərazilərdə bərpa prosesi çərçivəsində mənşəyindən asılı olmayaraq bütün mədəni və dini abidələrin qorunması və bərpasının vacibliyini ifadə edib.

Çıxışda qeyd olunanlarla yanaşı, ölkəmizin yeni təşəbbüsü olan “Mədəniyyət naminə sülh” qlobal çağırışına dair məlumat verilib, bu təşəbbüsün 2008-ci ildən Azərbaycan tərəfindən irəli sürülmüş, mədəniyyətlərarası dialoqu təşviq edən Bakı prosesinin əlavə ölçüsü olduğu bildirilib. Sözügedən qlobal çağırışın dayanıqlı sülhün mədəniyyətə töhfəsinə vurğu etməklə, dünyanın müxtəlif bölgələrində mövcud post-münaqişə vəziyyətlərində sülhün təşviqi modeli kimi tətbiq edilə biləcəyinə istinad edilib.

Sessiya zamanı nazir A.Kərimov həmçinin, ölkəmizin Qoşulmama Hərəkatının (QH) sədri qismində QH ölkələri adından bəyanat da səsləndirib. Bəyanatda QH ölkələri irqçilik, irqi ayrı-seçkilik, ksenofobiya və dözümsüzlüyün bütün formalarını pisləyir, mədəni mülkiyyətin qorunması üçün milli, regional və beynəlxalq təşəbbüslərin əhəmiyyətini qeyd edir.

pia.az




Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Araik yaxın günlərdə Bakıya gətiriləcək - Polkovnik açıqlandı 

Azərbaycan Milli Qəhrəmanı Riad Əhmədov İkinci Fəxri Xiyabanda dəfn olunub - Yenilənib

Movses Akopyan: “Azərbaycan məni də tələb edəcək”

Bayrağı Riad Əhmədovun xanımına Əli Nağıyev təqdim etdi - Video

Şərafət Həsənov açıqladı: Vətənin igid oğlu Riad Əhmədov necə şəhid oldu? - Video

Ermənistan ərazisindən açılan snayper atəşi nəticəsində hərbi qulluqçumuz şəhid olub

Kəlbəcərdə şəhid olan əsgərimiz harada dəfn olunacaq?

31 ildən sonra meyitinin qalıqları Şuşada tapılan şəhid Şamaxıda dəfn edilib - Yenilənib

Milli Qəhrəman Riad Əhmədovun adını indi nəvəsi daşıyır - Video

Xocavənddə müsadirə edilən artilleriya qurğularının videogörüntüləri yayılıb

Türkiyə XİN: "Ölkəmizi və Azərbaycanı hədəf seçən radikal erməni diasporunun fəaliyyəti narahatedicidir" - Yenilənib

Ən çox oxunanalar