Bazar, 05 May 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

Çin nümayəndə heyətinə kraliça II Elizabetlə vidalaşmaq qadağan edilib

Rusiya, Belarus və Myanma mərasimdə iştirak üçün dəvət almayıblar...

Britaniya parlamentinin İcmalar Palatasının sədri Lindsi Hoyl Çin nümayəndə heyətinin kraliça II Elizabetlə vidalaşmaq üçün Londondakı Vestminster-holla getməsinə icazə verməyib.

Bu barədə spikerin özü məlumat verib.

Çin nümayəndə heyətinin bazar ertəsi, sentyabrın 19-da Vestminster abbatlığı kilsəsində kraliçanın dəfn mərasimində iştirak edəcəyi istisna edilmir, lakin onlar tabutun olduğu Vestminster-holla buraxılmayacaqlar.

Qeyd edək ki, 2021-ci ilin sentyabrında Böyük Britaniya parlamenti Pekinin sanksiyalarına cavab olaraq Çinin ölkədəki səfiri Çjen Tszequanın Vestminster-holla girişinə qadağa qoyub. Bundan əvvəl Pekin Sincanda uyğurlara qarşı təzyiqlər barədə danışan bəzi britaniyalı deputatlara qarşı sanksiyalar tətbiq etmişdi.

Xatırladaq ki, II Elizabet sentyabrın 8-də Şotlandiyanın Balmoral qəsrində vəfat edib. Sentyabrın 19-dək onun nəşi Londondakı Vestminster sarayında olacaq ki, hər kəs kraliça ilə vidalaşa bilsin.

Rusiya, Belarus və Myanma mərasimdə iştirak üçün dəvət almayıblar.

Yeri gəlmişkən, mərasimə dəvət olunan dünya liderlərinə bir sıra qadağalar qoyulub. Məsələn, onlar ölkəyə kommersiya reysləri ilə gəlməlidirlər, həmçinin şəhər daxilində avtomobil və helikopterlərdən istifadə edə bilməzlər.(Politico)

pia.az




Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

“Green card” müraciətlərinin nəticələri açıqlandı - Yenilənib

İlham Əliyevdən Xankəndi ilə bağlı sərəncam 

Şəkidə qətl hadisəsinin təfərrüatları məlum olub - Yenilənib

Əhmədbəyli-Füzuli-Şuşa yolunun son görüntüləri - Video

İsa Qəmbər yenidən Müsavat Partiyasının başqanı seçilib

Azərbaycan və Türkiyə XİN başçıları qarşılıqlı maraq doğuran məsələləri müzakirə ediblər - Yenilənib

"Yelo Bank"dan şikayət: "Əsəbinizi korlamaq istəmirsizsə, bu bankdan uzaq durun" 

FIFA prezidenti futbol qaydalarında daha bir dəyişiklik etməyə hazırlaşır

Yevgeni Jukov: "Azərbaycanda neft hasilatının azalması iqtisadi artıma əhəmiyyətli təsir edib"

Azərbaycanda ilin ortalarında büdcə proqnozlarına yenidən baxıla bilər

Ən çox oxunanalar