Cümə, 10 May 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

Müdafiə Nazirliyində hərbi attaşelər üçün sərhəddəki təxribatla bağlı brifinq verilib

 Xarici ölkələrin hərbi nümayəndələrinə Ermənistan silahlı qüvvələrinin Daşkəsən, Kəlbəcər və Laçın istiqamətlərində törətdiyi genişmiqyaslı təxribatlar barədə ətraflı məlumat verilib...

Sentyabrın 13-də Müdafiə Nazirliyinin Beynəlxalq Hərbi Əməkdaşlıq İdarəsinin rəisi general-mayor Hüseyn Mahmudov Azərbaycan Respublikasında akkreditə olunmuş xarici hərbi attaşelər üçün brifinq verib.

Bu barədə Müdafiə Nazirliyi məlumat yayıb.

 Xarici ölkələrin hərbi nümayəndələrinə Ermənistan silahlı qüvvələrinin Daşkəsən, KəlbəcərLaçın istiqamətlərində törətdiyi genişmiqyaslı təxribatlar barədə ətraflı məlumat verilib.

Bildirilib ki, Ermənistan tərəfinin son zamanlar qeyd olunan istiqamətlərdə mövqelərimizi mütəmadi olaraq atəşə tutmasında başlıca məqsəd sülh sazişinin imzalanmasının, həmçinin azad edilmiş ərazilərdə aparılan irimiqyaslı bərpa-quruculuq işlərinin yubadılmasıdır.

Beynəlxalq nümayəndələrin diqqətinə çatdırılıb ki, Azərbaycan 2020-ci il 10 noyabr tarixli üçtərəfli bəyanata sadiqdir, sərhədlərin demarkasiya və delimitasiya işinin başlanması və hər iki ölkə arasında sülh müqaviləsinin imzalanması ilə bölgədə əmin-amanlığın bərqərar olunmasına maraqlıdır. Qarşı tərəf isə əksinə, ərazilərimizə, bölmələrimizin təminat yollarına minalar basdırmaqla bəyanata zidd davranışlar sərgiləyir. Bu da Ermənistanın hərbi avantüra və revanşist mövqedə olduğuna əyani sübutdur.

Qeyd olunub ki, təkcə KəlbəcərLaçın rayonları ərazilərində 2019-2021-ci illərdə Ermənistanda istehsal olunmuş “PMN-Э” növlü 1390 ədəd piyada əleyhinə mina aşkar edilib.

İşğaldan azad edilmiş ərazilərdə mühəndis-istehkam bölmələrimizin bu günədək Ermənistan silahlı qüvvələri tərəfindən basdırılmış ümumilikdə 7559 ədəd piyada əleyhinə, 2348 ədəd tank əleyhinə mina və 10 052 ədəd partlamamış döyüş sursatı aşkarlayaraq məhv etməsinə baxmayaraq, qarşı tərəfin diversiya qrupları sentyabrın 12-də gecə saatlarında bölmələrimizin təminat yollarını və mövqeləri arasındakı əraziləri minalayıb. Ermənistanın məhz bu əməli və genişmiqyaslı təxribatı Daşkəsən, KəlbəcərLaçın istiqamətlərində döyüş toqquşmasına səbəb olub.

Brifinqdə tərəfimizdən görülən cavab tədbirlərinin bölmələrimizin, eyni zamanda azad edilmiş ərazilərdə bərpa-quruculuq işlərinə cəlb edilmiş mülki şəxslərin təhlükəsizliyini təmin etmək məqsədi daşıdığı xüsusi vurğulanıb.

Bir daha bəyan edilib ki, baş vermiş genişmiqyaslı təxribat nəticəsində yaranan gərginliyə, qarşıdurma və itkilərə görə bütün məsuliyyəti məhz Ermənistanın hərbi-siyasi rəhbərliyi daşıyır.

pia.az

 




Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Qusar meşəsindən bu görüntü yayıldı, polis hərəkətə keçdi - Foto

Aytən Səfərova Xəzər TV-dən uzaqlaşdırılıb?

Şuşaya yeni həyat verilir: İlk köçün həyəcanı yaşanır - Video

Ermənistanda delimitasiya əleyhinə yürüş edənlər İrəvana çatıblar - Video

Bir qrup incəsənət xadiminə Prezident mükafatları veriləcək - Sərəncam

İlham Əliyev bir qrup mədəniyyət xadiminə Azərbaycan Prezidentinin təqaüdünün verilməsi barədə sərəncam imzalayıb

İki övladını küçəyə atan ananın üçüncü övladı da əlindən alındı - Açıqlama

Bakıda beşmərtəbəli binada təhlükəli vəziyyət: RİH-in razılığı ilə zirzəmini mənzil etdilər - Foto

Ən çox oxunanalar