Çərşənbə, 21 Avqust 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

Bakıda azadlığa çıxan şəxslər yenidən oğurluq edib

Araşdırma zamanı onların paytaxtın Səbail və Nərimanov rayonlarında daha 3 obyekdən oğurluqlar etdikləri müəyyən olunub...

Cəzaçəkmə müəssisəsində tanış olan keçmiş məhkumlar azadlığa çıxandan sonra yenidən oğurluq etdikləri üçün saxlanılıblar.

Bu barədə PİA.az-a Daxili İşlər Nazirliyinin (DİN) Mətbuat Xidmətindən məlumat verilib.

Bildirilib ki, Yasamal rayonu ərazisində yerləşən mağazalardan birindən oğurluq edilib. Naməlum şəxslər orada işləyən satıcının çantasından 950 manat oğurlayıblar.

Yasamal Rayon Polis İdarəsinin 26-cı Polis Bölməsinin əməkdaşlarının həyata keçirdikləri əməliyyat nəticəsində həmin cinayəti törətməkdə şübhəli bilinən Elçin Yusifov və Ramil Şəfaqətov tutulublar.

Araşdırma zamanı onların paytaxtın Səbail və Nərimanov rayonlarında daha 3 obyekdən oğurluqlar etdikləri müəyyən olunub.

Qeyd edək ki, hər iki şəxs müxtəlif cinayətlər etdikləri üçün əvvəllər məhkum ediliblər və cəzaçəkmə müəssisəsində tanış olublar. Azadlığa çıxandan sonra isə yenidən birlikdə oğurluqlar ediblər.

Faktlarla bağlı 26-cı Polis Bölməsində toplanan materiallar Yasamal Rayon Polis İdarəsinin İstintaq Şöbəsinə göndərilib.

"Elçin Yusifov və Ramil Şəfaqətov qanunsuz əməllərindən zərərçəkən başqa vətəndaşlar varsa 26-cı Polis Bölməsinə, ərazi polis orqanlarına, "102" Xidməti-Zəng Mərkəzinə və Nazirliyin sosial şəbəkələrdəki rəsmi səhifələrinə məlumat verə bilərlər", - məlumatda qeyd edilib.

pia.az




Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

FHN-in güllələnən sabiq əməkdaşı ilə bağlı yeni təfərrüat 

Politoloq: Ərdoğan öz yerinə layiqli namizədlər hazırlayıb...

Azərbaycanın məşhur şirkəti istehsalı və satışı dayandırdı

Ukrayna Kurskda möhkəmlənir, Rusiya Donetski ələ keçirir...

'Əkinçilik" Elmi Tədqiqat İnstitunun deputatlığa namizəd direktoru milyonluq villa tikdirir? - İddia

Sevda Sanaliyevanı təqib edən şəxs polisə çağırıldı

Elxan Şahinoğlu: Putin demək istədi ki, Kreml Cənubi Qafqazdakı maraqlarını arxa plana keçirməyəcək...

Azərbaycanda polis kapitanının ölümünün təfərrüatı məlum olub - Foto

Lukaşenko: Ermənilər bizdən başqa kimə lazımdır?

Rusiya bazarında satılan erməni konyaklarının 90 faizi təhlükəlidir

Ən çox oxunanalar