Cümə axşamı, 09 May 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

Son günlərin əsas müzakirə mövzusu - Vardanyan Qarabağa niyə “transfer” edilib?

Öncəliklə hansı səbəbdən Azərbaycan Vardanyanın Qarabağdan çıxarılmasını rəsmi şəkildə Rusiya sülhməramlılarından tələb etmir?..

Politoloq: “Aydın məsələdir ki, Rubaen Vardanyanın Rusiya vətəndaşlığından imtina edərək erməni vətəndaşlığını qəbul etməsi və Qarabağa köçməsi təsadüfi deyil”.

“Ola bilsin ki, hazırda Fransada olan Ruben Vardanyan bir daha Azərbaycan ərazisinə girə bilməyəcək. Onun Azərbaycandan icazə almadan Qarabağa gəlməsi isə beynəlxalq və Azərbaycan qanunvericiliyinə görə qanunsuz əməldir və bu cinayət məsuliyyəti yaradır”.

Bu sözləri politoloq Turan Rzayev erməni əsilli rusiyalı iş adamı Ruben Vardanyanın Qarabağa gəlməsinin əsil səbəblərini PİA.az-a şərh edərkən qeyd edib.

Son günlər erməni əsilli rusiyalı iş adamı Ruben Vardanyanın Xankəndinə gəlməsi və Rusiya vətəndaşlığından imtina etməsi müzakirə mövzusudur. Vardanyanın separatçı qurumda “dövlət naziri” vəzifəsini tutacağı barədə informasiyalar var. Bir çoxları isə ehtimal edirlər ki, Rusiya Vardanyanı Paşinyanın yerinə hazırlayır və buna görə də onu Qarabağa göndərib.

Qeyd edək ki, Ruben Vardanyan Rusiyada çirkli pulların yuylmasında aktiv iştirk edən bir iç adamı kimi tanınıb. Güman edilir ki, erməni milyarder ABŞ-ın sanksiyalarına məruz qalçaqdan çəkindiyi üçün Rusiya vətəndaşlığından imtina edib və Ermənistana da məhz Rusiyanın “qara pullarını” leqallaşdırmaq üçün gəldiyi istisna olunmur. Lakin daha əvvəl də Paşinyana qarşı siyasi partiya yaradacağını bəyan edən erməni milyardein siyasi məqsədlərlə Qarabağa “transfer” olunması daha çox ehtimal olunur. Siyasi analitiklər hesab edirlər ki, Vardanyanın Rusiya vətəndaşlığından imtina edərək Qarabağa gəlməsi Kremlin Paşinyanı devirmək planlarının tərkib hissəidir. Elə Vardanyanın Qarabağda verdiyi açılama da, bu versiyanı təsdiq edir.

Hazırda Ruben Vardanyan Fransadadır və o, Parisə Qarabağı müzakirə etmək üçün gəldiyini bildirib.

Öncəliklə hansı səbəbdən Azərbaycan Vardanyanın Qarabağdan çıxarılmasını rəsmi şəkildə Rusiya sülhməramlılarından tələb etmir? Digər tərəfdən Vardanyanın Paşinyanın yerinə hazırlaşdırılması ilə bağlı söyləntilər nə qədər doğru ola bilər? Kreml bir zamanlar Gürcüstanda olduğu kimi, Ermənistanda da bir milyarderi hakimiyyətə gətirə bilərmi və Vardanyanın siyasi reytinqi buna imkan verirmi?

Vardanyanın Qarabağda yerləşməsini və gizli planlarını PİA.az-ın əməkdaşı politoloq Turan Rzayev ilə müzakirə edib.

Turan Rzayev: “Sülhməramlıların Vardanyanı Qarabağa buraxmaları isə bir daha onların öz vəzifələrini yerinə yetirmək istəməmələrindən xəbər verir”.

Vardanyanın Xankəndinə köçmək qərarına gəlməsi həm separatçılar, həm də Ermənistan hakimiyyəti nəzdində ciddi suallar yaratdığını vurğulayan politoloq PİA.az-a bildirib ki, diqqət etsək əksər erməni mediası onun bu qərarına reaksiya vermir:

“Erməni əsilli rusiyalı iş adamı Ruben Vardanyan Rusiya vətəndaşlığından imtina edib və Ermənistan vətəndaşı kimi Qarabağa köçüb. O, bunun riskli addım olduğunu da vurğulayıb və qərarını bu sözlər ilə əsaslandırıb: “Qarabağa köçmək qərarına gəldim. Bu gün Qarabağ erməniləri ağır psixoloji böhran yaşayır, sabaha inamları yoxdur. Onlar özlərini tərk edilmiş və unudulmuş hiss edirlər. Düşünürəm ki, 2020-ci il müharibəsindən sonra biz bütün dünya erməniləri onların yanında olmağa borcluyuq. Biz onlara təkcə simvolik olaraq deyil, həm də əməli işlərdə kömək etməliyik”.

Vardanyanın sözlərindən belə çıxır ki, o, əlində olan vəsaiti Qarabağda yaşayan soydaşlarının sosial-iqtisadi durumlarının yaxşılaşdırılması üçün xərcləyəcək. Hətta o bu məqsədlə “Artsax Təhlükəsizlik və İnkişaf Fondu” da yaradıb. Aydın məsələdir ki, Rubaen Vardanyanın Rusiya vətəndaşlığından imtina edərək erməni vətəndaşlığını qəbul etməsi və Qarabağa köçməsi təsadüfi deyi. Vardanyan Rusiyanı tərk edib Qarabağa gəlişini hər nə qədər soydaşlarına dəstək, yardım etmək kimi təqdim etsə də bu inandırıcı deyil.

Məsələ ondadır ki, Vardaniyanı Qarabağa bağlayan heç bir mənəvi bağ yoxdur. O, İrəvanda doğulub, hətta orta məktəbə də orada gedib. Türkiyəyə dəfələrlə səfərlər edən biznes məsələləri ilə əlaqədar türklər ilə yaxından təmaslar quran bir erməninin vətənpərvər olması da inandıcı deyil. Maraqlı bir nüans isə bir çox rusiyalı iş adamı kimi Vardanyanda Qərbin sanksiyalarına məruz qalmasıdır.

Turan Rzayev: “Ermənistan müxalifətindən fərqli olaraq Paşinyan üçün alternativ ola bilər. Bunu üçün həm ermənilər tərəfindən sevilən, həm də bu sevgini satın ala biləcək imkanlı fiqur lazımdır. Bu fiqur isə Vardanyandan başqası deyil”.

Hesab edirəm Vardanyanın Qarabağa gəlməsinin əsas səbəbi onun siyasi məqsədləri ilə bağlıdır. Vardanyan mövcud Rusiya hakimiyyəti ilə yaxın əlaqələri var. Kremlin erməni milyarderi dəstəkləməsi və himayə etməsi də səbəbsiz deyil. Vardanyanın Kremlin Ermənistan hakimiyyəti üçün hazırladığı yeni layihədir. Ruben Vardanyan bundan əvvəl də dəfələrlə siyasətə qoşulacağını gizlətməyib. Belə ki, o ilk dəfə 2021-ci ilin yayında Ermənistana gələrək Rusiyanın RBC telekanalına müsahibəsində siyasi karyeraya başlamaq niyyətində olduğunu bildirmişdi.

Rusiya yaxşı başa düşür ki, ənənəvi Ermənistan müxalifətinə xalqın inamı artıq yoxdur. Paşinyan isə 44 günlük müharibədə üzləşdiyi məğlubiyyətə və sonrakı proseslərdə Bakının tələblərini qəbul etməsinə baxmayaraq hakimiyyətdə qalmağı bacardı. Ermənistan müxalifətindən fərqli olaraq Paşinyan üçün alternativ ola bilər. Bunu üçün həm ermənilər tərəfindən sevilən, həm də bu sevgini satın ala biləcək imkanlı fiqur lazımdır. Bu fiqur isə Vardanyandan başqası deyil.

Vardanyanın bu günə qədər fəaliyyətində əsasən Qarabağ ermənilərinə yardım etməsi diqqət çəkir. Misal üçün Ruben Vardanyan və yaxın dostu milyarder Samvel Karapetyan bir neçə dəfə keçmiş “Dağlıq Qarabağla” bağlıpPrezident Vladimir Putinə müraciət ünvanlayıb. Bundan başqa Vardanyan 44 günlük müharibədən öncə Xocalıda çörək sexi açıb, Şuşaya dəfələrlə səfər edib, hətta müharibə zamanı Qarabağ ermənilərinə külli miqdarda silah yardımı, belə edib.

Turan Rzayev: “Rusiyanın Gürcüstanda İvanişvilinin əli ilə Saakaşviliyə qarşı effektli olduğnu nəzərə alarsaq, eyni ssenarinin Ermənistanda da təkrarlanmasını istisna etmək olmaz”.

Ermənistan hakimiyyətinə gedən yol Qarabağdan keçir. Əslində Vardanyanın Xankəndinə köçmək qərarına gəlməsi həm separatçılar, həm də Ermənistan hakimiyyəti nəzdində ciddi suallar yaradıb. Diqqət etsək əksər erməni mediası onun bu qərarına reaksiya vermir. Paşinyan administrasiyası, Ermənistan müxalifəti, hətta terrorçu başı Arutyunyan belə onun Qarabağa gəlməsini şərh etməyib.

Məslə ondadır ki, Vardanyan hər nə qədər ermənilər tərəfindən sevilsə və Kremlin dəstəyini alsa da, onun birbaşa Ermənistana gəlməsi elə də ciddi reaksiya yaratmayacaqdı. Ona görə də o, yaşayış yeri olaraq Qarabağı seçib. Burdan da Ermənistan hakimiyyətini ələ keçirməyə çalışacaq.

Digər tərəfdən erməni siyasi elitası onun gəlişinin məqsədini anlayıb, qısa müzakirələr sonrası diqqətlərini başqa istiqamətdə yönəldəcəkdi. Lakin Vardanyanın Qarabağa gəlişi kifayət qədər diqqət çəkdi və hər kəsin ağlında suallar yaratdı.

Rusiyanın Gürcüstanda İvanişvilinin əli ilə Saakaşviliyə qarşı effektli olduğnu nəzərə alarsaq, eyni ssenarinin Ermənistanda da təkrarlanmasını istisna etmək olmaz. Saakaşvili də oxşar ssenari ilə rus milyarderi İvanişvili tərəfindən hakimiyyətdən uzaqlaşdırılmışdı. Görünən odur ki, Paşinyan da gözlənilmədən xaricdən gələn milyarder Vardanyanla hakimiyyət uğrunda mübarizə aparmalı olacaq.

Azərbaycanın Vardanyanın Qarabağa gəlməsinə səssiz qalmasını isə deyə bilmərik. Böyük ehtimalla rəsmi Bakı Qarabağla heç bir bağı olmayan bu erməni milyardeyin öz əraziləri xaricinə çıxarılması ilə bağlı işlər aparır və hesab edirəm ki, yaxın zamanlarda biz bunun şahidi olacağıq. Ola bilsin ki, hazırda Fransada olan Ruben Vardanyan bir daha Azərbaycan ərazisinə girə bilməyəcək. Onun Azərbaycandan icazə almadan Qarabağa gəlməsi isə beynəlxalq və Azərbaycan qanunvericiliyinə görə qanunsuz əməldir və bu cinayət məsuliyyəti yaradır. Sülhməramlıların Vardanyanı Qarabağa buraxmaları isə bir daha onların öz vəzifələrini yerinə yetirmək istəməmələrindən xəbər verir”.

Nərminə UMUDLU
pia.az


Etiket:


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Birnəfərlik elektrik təyyarələrinin satışına başlanıldı

Qusar meşəsindən bu görüntü yayıldı, polis hərəkətə keçdi - Foto

Bakıda talassemiyalı uşaqların valideynlərinə 1 milyon "atıb"lar - Məşhur həkimin adı cinayət dosyesində

UEFA Konfrans Liqasında ilk finalçı müəyyənləşib

Aytən Səfərova Xəzər TV-dən uzaqlaşdırılıb?

Xırdalanda sahibsiz itlər qadına hücum etdilər - Anbaan video

Flora Kərimova: “Finala keçməyə qoymadılar”

Azərbaycanla Türkiyə arasında iqtisadi sahədə 120 maddəlik fəaliyyət planı qəbul edilib

Elçin Əmirbəyov BMT Baş katibinin köməkçisi ilə COP29-u müzakirə edib

Ən çox oxunanalar