Çərşənbə, 09 Oktyabr 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

Ya sərhədlər açılmalı, ya da AZAL qiymətləri endirməlidir - Baş redaktor

O, qeyd edib ki, şəraitin ağırlığı ucbatından gənclərimizin müəyyən qismi xaricdə təhsilini davam etdirməkdən imtina etmək məcburiyyətində qalır...

Rusiyanın müxtəlif şəhərlərində, eyni zamanda Dağıstanda təhsil alan tələbələrimizin sayı heç də az deyil. Pandemiyanın ağır mərhələsində bu tələbələr imtahan və tədris prosesini onlayn qaydada yola verə bilirdilər. Amma hazırda universitetlər tələbələrin universitetə gəlmələrini tələb edirlər. Tələbələrimizin xarici universitetlərə gediş-gəlişi çox ciddi problemə çevrilib”.

Bu fikirləri Bakupost.az -a açıqlamasında “Bakı Xəbər” qəzetinin baş redaktoru Aydın Quliyev deyib.

O, qeyd edib ki, şəraitin ağırlığı ucbatından gənclərimizin müəyyən qismi xaricdə təhsilini davam etdirməkdən imtina etmək məcburiyyətində qalır:

“Quru yolla gedib-gəlmək nisbətən ucuz olduğu halda, bu imkan tam məhdudlaşdırılıb. Təyyarə ilə getmək isə olduqca baha başa gəlir. Valideyn və tələbələrin böyük bir hissəsi ağır xərcləri qarşılaya bilmir. Doğurdan da çıxılmaz vəziyyətdir. Müəyyən insanlar bu fikirdədir ki, quru sərhədlərin heç olmasa, xaricdə təhsil alan tələbələr üçün açılması pis olmazdı. Ən azından smester imtahanları vaxtı sərhədlər açıq olsaydı, xaricdə oxuyan tələbələrimiz bu imkandan bəhrələnə bilərdi”.

Baş redaktor çıxış yolu kimi AZAL-ın xaricdə oxuyan tələbələr üçün müəyyən güzəştlər etməsini təklif edib:

“Əgər quru sərhədləri açmaq mümkün deyilsə, o zaman AZAL qiymətləri ən azı yay və qış smester imtahanları dövründə bir qədər ucuz etməlidir. Əlbəttə ki, xarici universitetlərdə də təhsil almaq pulsuz başa gəlmir. Xüsusilə də Rusiya və Gürcüstanın ali təhsil müəssisələri Azərbaycanın ali təhsil müəssisələri qədər, bəzən ondan da artıq xərc tələb edir. Digər tərəfdən, yol, yaşamaq xərcləri xaricdə təhsil almaq istəyənlər üçün olduqca ağır vəziyyət yaranır. Valideynlər heç də bütün hallarda fədakarlıq nümayiş elətdirə bilmir. İmkan olmayan yerdə necə fədakarlıq etmək olar? Dediyim iki təklifədən birinin tətbiq olunması xaricdə təhsil alan gənclərimizin vəziyyətini yüngülləşdirə bilər”.

pia.az


Etiket:


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Prezident İlham Əliyev Moskvada MDB Dövlət Başçıları Şurasının iclasında iştirak edib - Yenilənib

Şuşaya köçən daha 16 ailəyə açarları təqdim edilib - Fotolar

Cəlilabaddakı yol qəzasında xəsarət alanların şəxsiyyəti məlum olub - Yenilənib

Aslan İsmayılov iş adamı İlham Qasımovu ifşa etdi - “Dələduzluğunu davam etdirir...”

Paşinyan: Ermənistan bu ay Azərbaycanla sülh müqaviləsi imzalamağa hazırdır - Yenilənib

Tütün məmulatları tullantılarının ətraf mühitə atılmasına görə cərimənin məbləği kəskin artırılır

Moskvada Vladimir Putinlə Nikol Paşinyan arasında ikitərəfli görüş keçirilib - Video

Şuşada “Türktransp­lant”ın təsis edilməsinə dair niyyət protokolu imzalanıb - Yenilənib

Moskvada Prezident İlham Əliyevin Putinlə görüşü olub - Yenilənib

İsrailin İranın Suriyadakı səfirliyinin yaxınlığına hücumunun ilk görüntüləri yayılıb - Yenilənib

Ermənistan Prezidenti: COP29-a qədər Azərbaycanla sülh imzalamağa ümid edirik

Ən çox oxunanalar

  • Bu gün
  • Bu həftə
  • Bu ay