Şənbə, 14 Sentyabr 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

Putinin aşpazı Yevgeni Priqojin Ukraynada öldürülüb? - Luqanskda “Vaqner”in qərargahı vurulub...

Ukrayna ordusu “Vaqner” Özəl Hərbi Kompaniyasının Luqansk vilayətininin Popasna qəsəbəsində yerləşən qərargahına zərbələr endirib.

PİA .az xəbər verir ki, hu barədə Rusiyanın teleqram kanalları məlumat yayıb. Məlumata görə zərbə HIMARS reaktiv yaylım atəş sistemi ilə endirilib. Dəqiq zərbədən sonra “Vaqner” ÖHK-nın (Özəl Hərbi Kompaniya) qəragahının tam dağıldığı və çoxlu sayda “Vaqnerçinin” öldüyü bildirilir.

Fotolar

Ukrayna mənbələri Popasnadakı “Vaqner” qərargahında qruplaşmanın yaradıcısı və rəbbəri, rusiyalı milyarder, Putinin aşpazı olaraq bilinən və Kremlə çox yaxın olan, faktiki olaraq Putinin gizli gərbi birliklərinə rəhbərlik edən Yevgeni Prqojinin də öldüyünü bildirilər. Lakin rus mənbələr bunu təsdiqləmir. Buna baxmayaraq Priqojinlə əlaqənin kəsildiyi qeyd olunur. Priqojinin yaxın ətrafından da öz şeflərinin məhz Luqanskda olduğu bildirilib.

Rusiyalı “voenkorlar” Popasnada “Vaqner” qərargahında

Qeyd olunur ki, Ukrayna “Vaqner” qərargahının yerini məhz Rusiyanın təbliğatını aparan rus hərbi jurnalistlərin fərasəti nəticəsində müəyyən edib. Belə ki, “voenkorlar” Popasnada “Vaqner” qərargahında olmaları ilə bağlı məlumat və foto yayıblar. Həmin fotoların birində isə qərargahın ünvanı görünür.

Xatıqladaq ki, Yevgeni Priqojin Rusiya prezidenti Vladimir Putinin yaxın dostlarından biri hesab olunur və onun ölümü Putinə ağır zərbə olacaq.

pia.az


Etiket:


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Onların dairəsində 6 məntəqənin nəticələri ləğv edildi - Rəsmi

Politoloq: Rusiya bu durumda nüvə silahı işlətməkdən çəkinməyəcək...

İsmayıl Haniyənin ölümü İranın maraqlarına uyğun olub?

“Məni uzaqlaşdırmaq üçün səsvermə keçirirlər” - Ramiz Rövşənin oğlu

Tramp və Harrisin İsrail sevgisi... - Qəzzada baş verənlər fonunda bu utancverici deyilmi?

Bu məzarlıqda azərbaycanlı iş adamının 6 milyon dollarını və 6 kq qızılını axtarırlar

Azərbaycanlı aktrisaya aktyor əri maşın hədiyyə etdi - Video

“Murdar ətlər şadlıq evlərinə, uşaq bağçalarına, dönərxanalara...” - Şok açıqlama

Azərbaycan Qran-prisi: "Formula 1"də ilk sərbəst yürüş başa çatıb, Ferstappen birinci olub - Yenilənib

Ən çox oxunanalar