Şənbə, 14 Sentyabr 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

Dronların müharibəsi - Ukrayna Rusiyanı havadan necə sıxır?

Pilotsuz uçan aparatlar (PUA) Ukraynadakı döyüşlərdə özlərinin həyati əhəmiyyətli rolunu sübut ediblər.

Son bir neçə həftədə ukraynalı müdafiəçilər rusların sursat anbarlarını bacarıqla məhv edirlər. Artıq 30-dan artıq anbar məhv edilib ki, bu da döyüş səhnəsində Kremlin vəziyyətini əhəmiyyətli dərəcədə çətinləşdirir. Bütün bunlar isə Amerikanın HİMARS sitemləri sayəsində mümkün olub - son vaxtlar bu sistemlər Ukrayna ordusunun silahlanmasına daxil edilib və buna görə də işğalçılar onlara qarşı gerçək «ov» təşkil etməyi qərarlaşdırıblar.

FreeDom layihəsinin süjetində deyildiyi kimi, bu qurğunun məhv edilməsi probemlidir, o, sürətli və mobildir. Onlara qarşı rusiyalıların istifadə etdiyi yeganə üsul zərbə PUA-larıdır.

Davamlı sanksiyalar şəraitində Rusiya Federasiyasının yeni dronlar istehsal etməsi getdikcə çətinləşir. Ona görə də işğalçılar öz arsenallarını dronlarla doldurmaq üçün xarici imkanlar axtarırlar.

Belə görünür ki, Moskva müasir dronları İranda əldə etmək istəyir. Söhbət «Şahid» zərbə-kəşfiyyat dronlarından gedir. Bu dronlar artıq Suriyada və İraqda döyüşlərdə iştirak ediblər. Amerikalıların məlumatına görə, Rusiya İrandan bir neçə yüz dron alınması üçün danışıqlar apara bilər.

ABŞ artıq buna görə sanksiyalarla hədəyə keçib, amma İran bunsuz da 40 il sanksiyalar altında yaşayıb və bu səbəbdən belə hədələr ona təsir etməz.

İran quru qoşunları ordu komandanlığının bəyanatına görə, Rusiyaya dron tədarükü ilə bağlı ciddi düşünməyə başlayıblar. Rusiya İrandan «Şahid-129» PUA-ları ala bilər. Bunların modellərindən birini amerikalılar Kaşan aerodromunda qeydə alıblar. Dron ən təhlükəli işləmələrdən sayılır, o, həm kəşfiyyat məlumatları toplamaqda istifadə oluna bilər, həm də zərbə endirmək məqsədilə. «Şahid»in sürəti saatda 150 kilometlə çatır, o, peyk yönəltmə sistemi ilə təchiz olunub və uzaq məndilli 4 «ağıllı» bombanı 6 kilometr məsafəyə daşıya bilir.

Onun təkmilləşdirilmiş xarakteristikalı «Şahid-191» daha «yaşlı» modeli daha çevikdir və artıq tank əleyhinə raketləri daşıya bilir.

 

Əgər Rusiya İran dronları alarsa, müharibədə dönüş baş verməyəcək. Axı USQ artıq pilotsuz aparatlara qarşı mübarizədə təcrübə toplayıb, üstəlik də o, Türkiyənin «Bayraktar» PUA-larının bütöv ordusuna malikdir. Bundan başqa, ABŞ Ukraynaya kamikadze-dronlar (Switchblade) verib. Ölçülərinin kiçik olmasına baxmayaraq, onlar elə döyüş başlıqları daşıya bilirlər ki, bu başlıqlar düşmənin zirehli texnikasını və canlı qüvvəsini məhv etmək qabiliyyətinə malikdirlər. Onlar da xarakteristikasına görə bəzi İran dronlarını üstələyirlər.

ABŞ hərbi köməyin yeni paketi çərçivəsində Ukraynaya «Phoenix Ghost» dronları verəcək. Onlar düşmənin HHM sisteminə qarşı yönəldilib.

«Bu müharibə dronlar və haubitsalar müharibəsidir. Kimin dronu və haubitsası yaxşı işləyəcəksə, bu müharibəni udacaq. Hətta ən kiçik uşaq dronlarını da ordunu dəstəkləmək üçün istifadə etmək olar» - «Dronarium» məktəbinin «Conson» çağırış-adlı təlimatçısı bəyan edib.

pia.az


Etiket:


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Onların dairəsində 6 məntəqənin nəticələri ləğv edildi - Rəsmi

Politoloq: Rusiya bu durumda nüvə silahı işlətməkdən çəkinməyəcək...

İsmayıl Haniyənin ölümü İranın maraqlarına uyğun olub?

“Məni uzaqlaşdırmaq üçün səsvermə keçirirlər” - Ramiz Rövşənin oğlu

Tramp və Harrisin İsrail sevgisi... - Qəzzada baş verənlər fonunda bu utancverici deyilmi?

Bu məzarlıqda azərbaycanlı iş adamının 6 milyon dollarını və 6 kq qızılını axtarırlar

Azərbaycanlı aktrisaya aktyor əri maşın hədiyyə etdi - Video

“Murdar ətlər şadlıq evlərinə, uşaq bağçalarına, dönərxanalara...” - Şok açıqlama

Ən çox oxunanalar