Bazar ertəsi, 07 Oktyabr 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

Ölkəmizin xaricdəki nüfuzu durmadan artır - İsrafil Kərimovun yazısı

İyulun 15-də Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin sədrliyi ilə bu ilin altı ayının yekunlarına həsr olunan müşavirə keçirilib. Dövlətimizin başçısı müşavirədə geniş nitq söyləyərək cari ilin əvvəlindən ölkədə qazanılan uğurlar, əldə edilən müsbət nəticələr, Azərbaycanın dünyada nüfuzunun daha da artması və digər məsələlər barədə danışıb.

Qeyd edilib ki, ölkəmiz uğurla inkişaf edir və bütün istiqamətlər üzrə qarşıya qoyduğumuz vəzifələr icra edilir. Müşavirədə Azərbaycanın xarici siyasətinin uğurları xüsusi olaraq qeyd edilib. Müstəqil xarici siyasət yürüdən, tərəfdaşları ilə səmimi anlaşma siyasətinə üstünlük verən, dünyada, regional problemlər və qlobal məsələlərlə bağlı öz mövqeyini ədalət prinsipləri əsasında bildirən, beynəlxalq hüququn pozulmasına, milli münaqişələrə, irqi ayrı-seçkiliyə qarşı mübarizədə fəal iştirak edən Azərbaycan dünyanın siyasi, iqtisadi, humanitar platforması adını əməli fəaliyyəti ilə doğruldur. Dövlət başçımızın həmin platformalardan səsləndirdiyi məntiqli təkliflərinin və təşəbbüslərinin hər biri sabitliyin təminatına töhfə, sülhə, ədalətə, bərabərliyə çağırışdır. Cari ilin altı ayında da Azərbaycanın xarici siyasətinin mənzərəsi zəngin olmaqla bütün səviyyələrdə dəstəklənib. Cənubi Qafqazda siyasi, hərbi, iqtisadi qüdrəti ilə liderliyini qoruyan Azərbaycan bölgədə sabitliyin təminatına yönələn təşəbbüslərin müəllifi və iştirakçısıdır. Prezident İlham Əliyevin beynəlxalq tədbirlərdəki açıqlamaları, platformalardakı çıxışları dəstəklənirsə, bu etimad diplomatik uğurlarımızın təntənəsidir.

Son vaxtlarda keçirilən və Azərbaycanın fəal iştirakçısı olduğu beynəlxalq əhəmiyyətli tədbirlər barədə cari ilin altı ayının yekunlarına həsr olunan müşavirədə bəhs edən Prezident İlham Əliyevin vurğuladığı kimi, müvafiq dövrdə respublikamızda keçirilən beynəlxalq tədbirlər xarici siyasətimizin mənzərəsi olmaqla ölkəmizin nüfuzunu da artırıb. Azərbaycanın Qoşulmama Hərəkatındakı sədrliyinin 2023-cü ilə qədər uzadılması ilə bağlı quruma daxil olan dövlətlərin yekdil rəyi o deməkdir ki, dünyanın 120 ölkəsi arasında böyük nüfuz qazanmış ölkəmizə inam və etimad daha da artıb.

Beynəlxalq təşkilatlarla əməkdaşlığa böyük önəm verən Azərbaycanın İslam Əməkdaşlıq Təşkilatı ilə möhkəmlənən əlaqələrinin nümunəsi qurumun yeni Baş katibinin bu günlərdə Azərbaycana etdiyi səfər, qarşıdakı illər üçün nəzərdə tutulan hədəflərlə bağlı geniş müzakirələrin aparılmasıdır.

Müşavirədə Azərbaycanla Avropa İttifaqı arasındakı əməkdaşlığın yeni keyfiyyət üzrə inkişaf etdirilməsi ilə bağlı prioritetlərdən bəhs edən Prezident İlham Əliyevin bildirdiyi kimi yeni saziş üzərində birgə fəaliyyət daha geniş mənada iş birliyinin məntiqi nəticəsi olacaqdır. Xarici siyasətində əsas amil olan Türk Dövlətləri Təşkilatı ilə əməkdaşlıq çərçivəsində hər zaman fəallıq göstərən Azərbaycanın təşkilat çərçivəsində, həm də üzv ölkələrlə təmasları genişlənir. Prezident İlham Əliyevin vurğuladığ kimi, Azərbaycan beynəlxalq aləmdə aparıcı güc mərkəzi olmaqla diplomatik uğurları ilə seçilən, dünyanın enerji təhlükəsizliyinin təminatında böyük nüfuza malik ölkədir.

İsrafil Kərimov – Azərbaycan Jurnalistlər Birliyinin üzvü

pia.az

 


Etiket:


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Üç bürc üçün inanılmaz xoşbəxt bir mərhələ başlayıb

Səhər edilən bu səhv xərçəng riskini artırır - Alimlər açıqladı

Mayis Bərxudarov vəzifəsindən azad edildi və dərəncama göndərildi

Üzeyir Mehdizadə kimdir? Haralıdır və neçə yaşı var? - Şəxsi həyatını sirr saxlayır...

Xaricdə ali təhsil almış şəxslər peşə tanınması imtahanı veriblər - Yenilənib

Mayis Bərxudarov komandan vəzifəsindən çıxarıldı - Foto

Pensiya alanlara şad xəbər - 2 yerdən pul ala biləcəklər - Video

İsrailin İrana müdaxiləsi ən çox Putinə lazımdır

Bakı yollarının zolaqlı problemi: Çıxış yolu nədir?

İsrailin məktəb və məscidə hava zərbələri nəticəsində 24 nəfər öldü, 93 yaralı var

Buzovnada ata və oğlu qonşularını bıçaqlayıb, ölən və yaralılar var - Yenilənib

Ən çox oxunanalar

  • Bu gün
  • Bu həftə
  • Bu ay