Müharibənin yeni fazası elan olunub və cəbhədə tərəzinin gözündəki ağırlıq Ukraynaya doğru meyllənib. İndi Ukrayna əks hücuma keçir, Rusiya isə aktiv müdafiə olunur və itkilərini hesablayır...
Ukrayna ordusunun “Cənub” Ordu Birləşməsi bazar günü cənub istiqamətindən uğurlu əkshücuma keçdiklərini təsdiqləyib: “Biz gözlənilən sürətlə irəliləməsək də, inanın ki, keyfiyyət sürətdən vacivdir”, deyə “Cənub” Ordu Birləşməsinin açıqlamasında bildirilir.
PİA.az xəbər verir ki, Rusiya müharibənin yeni fazasını başlatdığını açıqlayıb. Bu barədə Rusiya Müdafiə naziri Sergüy Şoyqu ötən cümə bildirib.
Lakin Institute for the Study of War hesab edir ki, Şoyqunun elan etdiyi “aktiv yeni faza” bir qədər fərli olacaq. Institute for the Study of War-a, Rusiya müharibə meydanında yorulan və əzilən ordusunun qalıqlarını toplayraq əsasən müdafiə taktikasına keçəcək və Şoyqu da “xüsusi əməliyyatın bütün cəbhə boyu aktiv yeni fazasından” danışarkən məhz müdafiə taktikasını nəzərdə tutur.
Britaniya kəşfiyyatı da bunu təsdiqləyir: “Rusiyanın cəbhədə indiki manevrləri müdafiə taktikasına dayanır. Bu Ukraynanın əks-hücuma keçməsinə və HIMARS reaktiv atəş sisteminin Rusiya ordusunda yaratdığı itkilərə olan reaksiyadır. Son zamanlar Rusiya ordusunun zorluqla yaradılan lojistik təminatı əsaslə şəkildə ziyan görüb və ruslar üçün yenidən lojistik problem böyüməyə başlayıb”, deyə Reuters Britaniya kəşfiyyatına əsasən yazır.
Rusiya ordunun 4 ay yarımlıq itkilərinə yeni problemlər və daha böyük miqyaslı itkilər əlavə olunur. Britaniya ordusunun qərarhah rəisləri komitəsinin rəhbəri admiral Toni Radakin hesab edir ki, Rusiya müharibə meydanındakı döyüş resurslarınınm 30%-ni itirib. Rəqəmlərdə isə bu şəxsi heyətin 50 min nəfərinin itirilməsi (ölü və yaralı), 1700 tankın, 4 min BTR-in məhv edilməsi deməkdir. The Guardian qəzetinin hesablamalarına görə isə Rusiya Ukrayna səmalarında həmçinin 220 təyyarə itirib.
“Ukraynalılar qələbəyə mütləq şəkildə inanırlar. Onlar görürlər ki, Rusiya üçün öz aqressiyasını davam etdirmək nə qədər çətindir. Ruh yüksəkliyi baxımından fevralda Ukraynaya girən rus ordusundan demək olar ki, heç nə qalmayıb”, deyə ser Radakin bildirib.
Rusiya artıq cənub istiqamətində işğal etdiyi ərazilərin müdafiəsi üçün maksimum səy göstərir. 500 əsgər, onlarla zirehli maşın təkcə Zaporojets AES-də saxlanılır. Britaniya Müdafiə Nazirliyində hesab edirlər ki, Rusiyanın cənub istiqamətdə möhkəmlənməyəı çalışması, Ukraynanın Rusiya üçün nə qədər böyük təhlükəyə çevrilməsini göstərir.
Bütün bunlara baxmayaraq, Kreml hələ də, bütün Xerson və Zaporojets vilayətlərini işğal etməyi planlayır. Lakin ekspertlərə görə bu planın yerinə yetirilməsi artıq mümkün deyil.
pia.az