Sumqayıt şəhəri yaxınlığında Xəzər dənizində batanların şəxsiyyəti məlum olub.
Dənizdə boğulanlar 1991-ci il təvəllüdlü Kərimova Fatma Allahverdi qızı və onun 2015-ci ildə anadan olmuş övladı Kərimli Nicat Əlvan oğludur. (apa)
***
Sumqayıtda iki nəfər dənizdə boğulub.
Bu barədə PİA.az-a Fövqəladə Hallar Nazirliyindən xəbər verilib.
Nazirliyin "112" qaynar telefon xəttinə Sumqayıt şəhəri, Hacı Zeynalabdin qəsəbəsində, dənizdə (ən yaxın sularda xilasetmə məntəqəsindən təqribən 6 km aralı, nəzarətsiz ərazi) 2 nəfərin batması barədə məlumat daxil olub. Hadisə yerinə FHN-nin Kiçikhəcmli Gəmilərə Nəzarət və Sularda Xilasetmə Dövlət Xidmətinin dalğıc-axtarış qrupu cəlb olunub.
Əlavə məlumat veriləcək.
***
Sumqayıtda ana və övladı dənizdə boğulub.
APA xəbər verir ki, hadisə Xəzər dənizinin Sumqayıt sahilində baş verib.
Dənizdə övladının batdığını görən ana onu xilas etmək istəyib. Lakin ana da batıb.
Onların meyitləri sudan çıxarılıb.
pia.az