Bazar ertəsi, 07 Oktyabr 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

"Azərbaycana ən böyük kibertəhdidi Rusiya və İran yaradır " - Dövlət Xidmətinin idarə rəisi

"Pirat proqram təminatları və əməliyyat sistemlərindən istifadə ən böyük kibertəhdidləri yaradan vasitələrdəndir. Ən çox da Rusiyaİran saytlarından yüklənən proqram təminatları belə təhdidləri yaradır".

"Report” xəbər verir ki, bunu "Fintex Sammit" Maliyyə və Texnologiya sərgisində çıxış edən Xüsusi Rabitə və İnformasiya Təhlükəsizliyi Dövlət Xidmətinin idarə rəisi Tural Məmmədov deyib.

T.Məmmədovun sözlərinə görə, bu ölkələrin saytlarından yeklənən proqram təminatı və əməliyyat sistemlərinin 80-90 %-i zərərvericilərlə təmin edilib: "Son zamanlar fişinq (Phishing) hücumlarının sayı artıb. Xüsusən də dövlət qurumlarının və daşıma şirkətlərinin adından saxta şəkildə hazırlanmış saytlarla qarşılaşırıq. Həmçinin sosial şəbəkələr, xəbər saytları, banklar üzərindən də fişinq hücumları artıb.


Həmçinin dövlət qurumları adından insanlara zəng edib onları aldadıb məlumatlarını ələ keçirirlər.

"Azstatnet" şəbəkəsi üzrə 193 milyondan çox zərərli keçid təhlükəsizlik divarları, 3 milyondan çox zərərli keçid mərkəzləşdirilmiş antivirus sistemi vasitəsi ilə, 35 mindən çox hallarda hədəflənmiş zərərli fayl "Sandbox" sistemi vasitəsi ilə və 744-dən çox xüsusi indikator xüsusi hədəflənmiş kiberhücumların içərisindən çıxarılıb və dövlət qurumlarının təhlükəsizliyi təmin edilib".

"Azərbaycan dövlət qurumlarının şəbəkələrinin təhlükəsizliyinə dair görülən tədbirləri çərçivəsində 193 milyondan çox zərərverici təhlükəsizlik divarları vasitəsilə, 3 milyondan çoxu isə mərkəzləşdirilmiş antivirus sistemi vasitəsilə, 35 mindən çox zərərverici tərkibli sənəd "Sandbox" sistemi vasitəsilə,744 xüsusi indikator xüsusi hədəflənmiş hücumların içərisəndən çıxarılaraq bloklanıb".

Bunu isə "Fintex Sammmit" Maliyyə və Texnologiya sərgisində çıxış edən Azərbaycan Mərkəzi Bankının İnformasiya texnologiyaları departamentinin direktoru Anar Quliyev bildirib.



Onun sözlərinə görə, kibertəhlükələrin başında duran səbəblərdən biri pirat proqramlardan istifadədir: "Bir çox müəssisələrdə pirat əməliyyat sistemlərinin, proqram təminatlarının istifadəsini müşahidə edirik. Ən çox istifadə olunan mənbələr Rusiyaİran mənşəli saytlardan yükləmələrdir. Belə məhsullar 80-90 % zərərvericilərlə zənginləşmiş olur”.

Müxtəlif kiberhücumlardan danışan A.Quliyev onlara nümunələr də göstərib:“Bu kiberhücumlar zamanı saxta domenlərdən istifadə müşahidə olunur. Məsələn, gov.az.info kimi dövlət saytlarına bənzər adlardan istifadə olunur. Həmçinin “Azərpoçt”un adından daşınma xidməti kimi təqdim olunduğu fişinqlər də çox yayılıb.

Mesajlaşma proqramları üzərindən həyata keçirilən fişing kampaniyalardan da çox istifadə olunur. Bu zaman bankların adından istifadə olunaraq saxta hədiyyə kampaniyaları təqdim olunur. Həmçinin bank kartlarının ələ keçirilməsi üçün çoxsaylı dələduzluq hadisələri ilə rastlaşırıq. Xəbər saytlarının, dövlət qurumlarının adından yayımlanan saxta reklam videoları da bu qəbildəndir.

Bundan başqa, şantaj xarakterli dələduzluq faktları da var. Məlumatlarınızı ələ keçirdiklərini iddia edən belə şəxslər bunun müqabilində tələblər irəli sürürlər.

44 günlük Vətən müharibəsi günlərində də biz dezinformasiya xarakterli kibertəhlükə ilə üzləşmişdik. Şəhid olanların saxta siyahısı dərc olunmuşdu”.

A.Quliyev bütün bu halların səbəbini insanların öz kibergigiyenalarına laqeyd münasibətində görür.

pia.az 




Etiket:


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Üç bürc üçün inanılmaz xoşbəxt bir mərhələ başlayıb

Mayis Bərxudarov vəzifəsindən azad edildi və dərəncama göndərildi

Səhər edilən bu səhv xərçəng riskini artırır - Alimlər açıqladı

Üzeyir Mehdizadə kimdir? Haralıdır və neçə yaşı var? - Şəxsi həyatını sirr saxlayır...

Xaricdə ali təhsil almış şəxslər peşə tanınması imtahanı veriblər - Yenilənib

Mayis Bərxudarov komandan vəzifəsindən çıxarıldı - Foto

Pensiya alanlara şad xəbər - 2 yerdən pul ala biləcəklər - Video

İsrailin İrana müdaxiləsi ən çox Putinə lazımdır

Bakı yollarının zolaqlı problemi: Çıxış yolu nədir?

İsrailin məktəb və məscidə hava zərbələri nəticəsində 24 nəfər öldü, 93 yaralı var

Qəzzada ölənlərin sayı 41,9 min nəfərə çatıb

Ən çox oxunanalar

  • Bu gün
  • Bu həftə
  • Bu ay