Bazar ertəsi, 07 Oktyabr 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

Qərb universitetinin üzbəüzündə Şərq hərəmxanası - Murad Adıgözəlzadənin "yaradıcılığı"

Qərb universitetinin üzbəüzündə Şərq hərəmxanası - Murad Adıgözəlzadənin
Sabir necə deyirdi: “Bu çərxi-fələk tərsinə dövran edir indi”.

İndi şairin daş heykəlinin qulaqları eşitsəydi, yenə də həmin misraları bizə hayqıracaqdı. Ancaq biz eşitməyəcəkdik. Çünki filarmoniyanın həyətindki “Uffo” restoranından gələn bayağı musiqi imkan verməyəcəkdi. Ona görə də qoca Sabir heç yerindən durmasa da, çərxı-fələyin indi də tərsinə dövran etdiyini bilir.

Belə anlaşılır ki, filarmoniyanın direktoru Murad Adıgözəlzadənin musiqi sevgisi çoxdan pul hərisliyinə çevrilib. Pul hərisliyi isə mənası “musiqi dinlənilən yer” demək olan filarmoniyanın bağını striptiz bara döndərib. İndi özünü elitadan sayanlar xalqın qulaq asdığı Üzeyir Mehdizadəyə lağ edir, ancaq əlinə imkan düşən kimi filarmoniyanın həyətini ərəb turistlərinin eyş-işrət yerinə çevirir.

Axşam tərəfləri yolu ordan keçənlər bilir: “Qubernator” parkının ən uzaq guşəsində də sakit bir yer tapmaq mümkün deyil. Musiqi səsi adamın qulağını deşir. Murad Adıgözəlzadənin babası, “Uzaq sahillərdə” romanının müəllifi İmran Qasımov sağ olsaydı Xəzərin yaxın sahillərindəki bu yerdən qaçardı.

Bütün bu xoşagəlməz vaqiələr Prezident Adminstrasiyasının yüz metrliyində baş verir. Bir tərəfi də Qərb universitetidir. Qərb universiteti ilə üzbəüz Şərq hərəmxanası. Paradoksal mənzərədir.

Bu yaxınlarda görkəmli türk pianoçusu Fazil Say Bakıda konsert verdi. O təkcə görkəmli pianoçu və bəstəkar deyil. Eyni zamanda ictimai fikir lideridir. Tez-tez bayağı musiqilər haqqında danışır, xalqının musiqi zövqünü qoruyur. Bizim musiqiçi isə dövlətin filarmoniyasını alverə çevirib. Sabah qoluna qandal vurulanda Avropada deyəcəklər ki, məşhur pianoçunu qandalladılar. Onlara başa salan olmayacaq ki, bu virtouz yox, odiozdur, ərəbcə desək, yaradıcı şəxs deyil, yarıtmaz şəxsdir.

Ətrafda yaşayanlar o qulaqbatıran, ürəkbulandıran musiqiyə dözməyə məcburdur. Ancaq mətbuat yazandan sonra nazir tabeliyindəki qurumun belə hoqqa çıxardığını eşidir, sonra da restorana deyir ki, işində ol. O boyda gurultudan sonra restoran yenidən açılır.

Yeri gəlmişkən, həmin o ajiotaj doğuran görüntülər Murad Adıgözəlzadənin sənətçi xanımı Aysel Teymurzadənin ad günündə olub. 33 yaşını qeyd edən musiqiçi xanım və həyat yoldaşı məclisi bu məkana salıb.

E.Hüseynov (Musavat.com)

pia.az


Etiket:


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Səhər edilən bu səhv xərçəng riskini artırır - Alimlər açıqladı

Xaricdə ali təhsil almış şəxslər peşə tanınması imtahanı veriblər - Yenilənib

Üç bürc üçün inanılmaz xoşbəxt bir mərhələ başlayıb

Mayis Bərxudarov komandan vəzifəsindən çıxarıldı - Foto

Mayis Bərxudarov vəzifəsindən azad edildi və dərəncama göndərildi

Üzeyir Mehdizadə kimdir? Haralıdır və neçə yaşı var? - Şəxsi həyatını sirr saxlayır...

Pensiya alanlara şad xəbər - 2 yerdən pul ala biləcəklər - Video

İsrailin İrana müdaxiləsi ən çox Putinə lazımdır

Bakı yollarının zolaqlı problemi: Çıxış yolu nədir?

İsrailin məktəb və məscidə hava zərbələri nəticəsində 24 nəfər öldü, 93 yaralı var

Buzovnada ata və oğlu qonşularını bıçaqlayıb, ölən və yaralılar var - Yenilənib

Ən çox oxunanalar