Çərşənbə, 21 Avqust 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

Mübariz Qurbanlının oğlu bu vəzifədən getdi

Ləğv prosesində olan “Phoenix Group” MMC-yə (VÖEN: 1303952411) yeni qanuni təmsilçi təyin olunub.

Daha əvvəl “Phoenix Group” MMC-yə Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin sədri Mübariz Qurbanlının böyük oğlu Orxan Qurbanlı rəhbərlik edib.

Hazıda isə şirkətə Mehdiyev Asim Müşfiq oğlu rəhbərlik edir.

Qeyd edək ki, “Phoenix Group” MMC ötən il ləğv olunduğunu elan edib.
Hüquqi ünvanı Bakı şəhəri, Yasamal rayonu, Zahid Xəlilov küçəsi, ev 11A, mənzil 12 ünvanında yerləşən “Phoenix Group” MMC 8 il əvvəl – 25.12.2014-ci il tarixində dövlət qeydiyyatına alınıb. MMC-nin nizamnamə kapitalı 10 manat təşkil edir.

"Phoenix Group” MMC-nin adı mətbuatda mübahisəli tender əməliyyatında hallanıb. Belə ki, 2014-cü ildə təsis olunan və Orxan Qurbanlının rəhbərlik etdiyi "Phoenix Group” MMC 2015-ci ildə atası Mübariz Qurbanlının rəhbərlik etdiyi Komitə tərəfindən keçirlən ümumilikdə 153 min manatlıq tender müsabiqəsinin qalibi olub.

Orxan Qurbanlının qanuni təmsilçi olduğu daha bir şirkət 29.02.2016-cı ildə eyni ünvanda – Yasamal rayonu, Zahid Xəlilov küçəsi, ev 11A, mənzil 12-də dövlət qeydiyyatına alınıb. Mübariz Qurbanlının böyük oğlu Orxan Qurbanlı 29.06.2015-ci il tarixində Nəsimi rayonu Nizami küçəsi, ev 203B-də "Cyclee” MMC adlı daha bir şirkət qeydiyyatdan keçirib.

Mübariz Qurbanlının kiçik oğlu Mustafa Qurbanlı isə 21.04.2014-cü ildə Nəsimi rayonu 28 May, ev 58, m. 14-də "Studio 5” MMC, 27.08.2020-ci ildə isə Nərimanov rayonu, Əbdüləzəl Dəmirçizadə, ev 31 ünvanında "Celeste” MMC adlı şirkəti qeydiyyatdan keçirib.

Onu da qeyd edək ki, SOCAR-da vitse-prezidentlərdən birinin müşaviri vəzifəsində çalışan Mustafa Qurbanlı bir həftə əvvəl – may ayının 3-də nişanlandığını açıqlayıb.(Yeniavaz.com)

pia.az


Etiket:


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

FHN-in güllələnən sabiq əməkdaşı ilə bağlı yeni təfərrüat 

Politoloq: Ərdoğan öz yerinə layiqli namizədlər hazırlayıb...

Azərbaycanın məşhur şirkəti istehsalı və satışı dayandırdı

Ukrayna Kurskda möhkəmlənir, Rusiya Donetski ələ keçirir...

'Əkinçilik" Elmi Tədqiqat İnstitunun deputatlığa namizəd direktoru milyonluq villa tikdirir? - İddia

Azərbaycanda polis kapitanının ölümünün təfərrüatı məlum olub - Foto

Sevda Sanaliyevanı təqib edən şəxs polisə çağırıldı

Elxan Şahinoğlu: Putin demək istədi ki, Kreml Cənubi Qafqazdakı maraqlarını arxa plana keçirməyəcək...

Lukaşenko: Ermənilər bizdən başqa kimə lazımdır?

Bədəl Bədəlov əsəbiləşdi: "Rövnəq Abdullayev mənə dəstək verib?"

Ən çox oxunanalar