Çərşənbə, 21 Avqust 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

İlham Əliyevə təqdim olunan hücum pulemyotu xüsusiyyətləri - Foto

Azərbaycan Respublikasının Prezidenti, Silahlı Qüvvələrin Ali Baş Komandanı İlham Əliyev Xüsusi Təyinatlı Qüvvələrin yaradılmasının 23-cü ildönümü münasibətilə aprelin 30-da Müdafiə Nazirliyinin Xüsusi Təyinatlı Qüvvələrinin “N” saylı hərbi hissəsində olub.

Musavat.com xəbər verir ki, hərbi hissədə Xüsusi Təyinatlı Qüvvələrin komandanı, general-leytenant Hikmət Mirzəyev Ali Baş Komandan İlham Əliyevə HP-7.62 hücum pulemyotunu təqdim edib.

HP-7.62 pulemyotu Azərbaycan istehsalı yüngül pulemyotdur. Silah ilk dəfə 2012-ci ilin sonlarında ictimaiyyətə təqdim olunub.

HP-7.62 tipli yüngül hücum pulemyotu qısa məsafəli döyüşdə düşmənin canlı qüvvəsini məhv etmək və atəş vasitələrinə zərər vurmaq üçün nəzərdə tutulub. Bu pulemyot kəşfiyyat və xüsusi təyinatlı qüvvələrin silahlandırılması üçün nəzərdə tutulan qısa məsafələrdə yüksək effektivliyə malik silah sistemi hesab edilir.

Hücum pulemyotunun çapı 7.62 mm, nişangah məsafəsi 1 000 metr, ümumi uzunluğu qundaq açıq vəziyyətdə 1 080 mm, qundaq qapalı vəziyyətdə 980 mm, lülə uzunluğu 517 mm, maksimum atəş tezliyi dəqiqədə 650-750 ədəd güllə, səmərəli döyüş atəş tezliyi dəqiqədə 250 ədəd mərmi, kütləsi isə 8,2 kq-dır. Silahın etibarlılıq müddəti 25 000 dəfə atəş açmaq üçün yetərlidir.

Silahın qutusu 100-200 patron üçün nəzərdə tutulub. Güllənin uçmasının öldürmə uzaqlığı maksimum 3 100 metrdir.

İntensiv atəş zamanı qızan lülədən yaranan isti hava axınının nişanalmaya təsirini azaltmaq üçün lülənin üzərində istilik yayıcı tətbiq olunub. Pulemyotun əl qundağı yüksək möhkəmliyə malik alüminium ərintidən hazırlanıb. Uzunluğu nizamlanan və yanağın qurulmasına imkan verən plastik qundağa sahib HP-7.62 pulemyotundan atəş qısa (10 atışa qədər), uzun (30 atışadək) qatarlarla və fasiləsiz aparıla bilər.

Pulemyotda ayaq üstü atışlar zamanı atıcıya maneə yaratmamaq üçün xüsusi dizayna malik xəzinə hazırlanıb. Bundan başqa, silahda xüsusi dizayna malik dəstəkdən istifadə edilib ki, bu həm dayaq, həm də ayaqüstü atışlarda dəstək kimi istifadə olunur.

pia.az


Etiket:


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

FHN-in güllələnən sabiq əməkdaşı ilə bağlı yeni təfərrüat 

Politoloq: Ərdoğan öz yerinə layiqli namizədlər hazırlayıb...

Azərbaycanın məşhur şirkəti istehsalı və satışı dayandırdı

Ukrayna Kurskda möhkəmlənir, Rusiya Donetski ələ keçirir...

'Əkinçilik" Elmi Tədqiqat İnstitunun deputatlığa namizəd direktoru milyonluq villa tikdirir? - İddia

Azərbaycanda polis kapitanının ölümünün təfərrüatı məlum olub - Foto

Sevda Sanaliyevanı təqib edən şəxs polisə çağırıldı

Elxan Şahinoğlu: Putin demək istədi ki, Kreml Cənubi Qafqazdakı maraqlarını arxa plana keçirməyəcək...

Lukaşenko: Ermənilər bizdən başqa kimə lazımdır?

Bədəl Bədəlov əsəbiləşdi: "Rövnəq Abdullayev mənə dəstək verib?"

Ən çox oxunanalar