Çərşənbə, 01 May 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

İran nəşri: Avropa Rusiyaya görə ac qalacaq

Avropada Rusiyaya qarşı sanksiyalara görə aclıqdan qorunmağın yolu açıqlanıb.

Rusiya qazından imtina və Avropaya taxıl tədarükünün olmaması qitə sakinlərini aclıqla təhdid edir.

İranın “Fərda” nəşri bu səbəblərə görə Rusiyaya qarşı sanksiyaların yumşaldılması və ya götürülməsi, eləcə də İrana qarşı məhdudiyyətlərin aradan qaldırılması ilə bağlı proqnozlar verib.

“Yuxarıda göstərilən bütün problemlərə və onların Avropa üçün kritik əhəmiyyətinə görə çox güman ki, Avropa siyasətçiləri və hökumətləri çox yaxın gələcəkdə prinsipləri güzəştə getməli olacaqlar”, - deyə materialda deyilir.

Məqalədə həmçinin Polşanın keçmiş baş naziri Donald Tuskun proqnozu da xatırladılıb. O proqnoz verib ki, Ukraynada əkin kampaniyasının pozulması və Rusiyadan taxıl tədarükünün olmaması halında ölkədə çörəyin qiymətinin dörd dəfə artacaq. İranlı müəllifin fikrincə, oxşar problemlər digər Avropa ölkələrini də təhdid edir. Məqalədəki digər təhlükə Rusiya qazını rubla almaqdan imtinaya görə yanacağın qiymətinin qalxmasıdır.

Martın 28-də Birləşmiş Millətlər Təşkilatının Ərzaq və Kənd Təsərrüfatı Təşkilatı (FAO) bəyan edib ki, Ukrayna böhranı ilə əlaqədar bir sıra ölkələr üçün “dəhşətli aclıq” təhlükəsi var. Mütəxəssislər həmçinin dünya miqyasında əsas ərzaq məhsullarının bahalaşdığını açıqlayıblar.

pia.az


Etiket:


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Coşqun Əliyev daha yüksək vəzifəyə gətirilir - İddia

Növbəti köç karvanı Laçına çatıb, açarlar təqdim olunub - Yenilənib

Bu il Azərbaycandan Həcc ziyarətinə səfərin vaxtı açıqlanıb

ABŞ-da atışma nəticəsində 3 polis əməkdaşı ölüb, 5-i yaralanıb

Bakıda I və II Şəhidlər xiyabanında tanınmadan dəfn edilən 13 nəfərin şəxsiyyəti müəyyənləşib - Siyahı    

Maskın sərvəti “Baidu” ilə əməkdaşlıq fonunda 37 milyard dollar artıb

ABŞ "Qiyamət təyyarəsi"ni göstərdi: İlk olaraq prezidenti xilas edəcək - Foto

Əli Mirəliyev: “Kişi botoks etdirməz, saçına rəng qoymaz” - Video    

Azərbaycana gələn turistlər Bakıdan sonra ən çox hansı əraziyə üstünlük verirlər? 

Ən çox oxunanalar