Bazar, 06 Oktyabr 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

Ukrayna böhranı bizə nələr vəd edir?

Ukrayna-Rusiya böhranı Türkiyəni özünə çəkəcək. Baş rolda isə NATO olacaq...

Ergün Diler
“Takvim” qəzeti, Türkiyə, 23 fevral 2022-ci il

Çində Qış Olimpiadası başa çatdıqdan dərhal sonra Ukrayna-Rusiya böhranı pik həddə çatıb. Bu, gözlənilən idi. Putinin köhnə imperiya arzusundan tutmuş, Zelenskinin “Heç kimə verməyə bir qarış torpağımız yoxdur” bəyanatına, İngiltərənin sanksiya addımından, almanların “Şimal axını-2” layihəsini dayandırmasına qədər bir çox məsələlər var. Bəs, əslində, nə baş verdi?

Düşünürəm ki, hamımız məsələnin mahiyyətindən uzaqlaşırıq. Günlərdir NATO haqqında yazmağa çalışıram. 2021 Brüssel NATO zirvəsi dönüş nöqtəsi oldu. NATO “beyin ölümü”ndən sonra qlobal oyunçuya çevrildi. Qəribə deyilmi? Bəs bu niyə və necə oldu?

ABŞ-AB və NATO Ukraynaya pıçıltı ilə “gəl bizim üzvümüz ol” çağırışı etdi. 30 üzvü olan nəhəng təşkilat bir üzv daha qazanacaqdı. Ancaq xəritə açılan kimi Rusiya şişirdilmiş bir reaksiya göstərdi. O, ordusunu Ukrayna sərhədinə yerləşdirdi. Ukrayna da dərhal Qərbə üz tutaraq “bizə kömək edin” tələbini irəli sürdü. Qərb də: “Narahat olmayın, sona qədər sizinləyik. Putinə sanksiyalarla diz çökdürəcəyik”, sözünü verdi.

Lakin qarşılıqlı olaraq verilən sözlər havada uçuşarkən Putin meydana çıxdı və Donetsk və Luqanskı tanımaq qərarına gəldi. Beləliklə, Qara dəniz, Kerç boğazı və Azov dənizi ruslar üçün çox güclü oyun meydançasına çevrildi.

Qərb Krım məsələsində öz sanksiyaları ilə Kremlin qarşısına çıxdı. Almaniya Rusiya ilə ticarətini 10 dəfə artırdı. Bu dəfə iqtisadi sanksiyalarda London liderlik etdi. İngiltərənin baş naziri Conson 5 Rusiya bankına sanksiya tətbiq edəcəklərini açıqlayıb. Qara Dəniz İnkişaf və Yenidənqurma Bankı, “Is” Bank, “Bank Rossiya”, “Genbank” Səhmdar Cəmiyyəti və “Promsvyazbankın” aktivləri dondurulub. Gennadi Timçenko, Boris Rotenberq və İqor Rotenberqə də səyahət qadağası qoyulub. Putinin müxalifi Navalnının Youtube-da yayımlanan “Putinin 1 milyard dollarlıq sarayı” verilişindən sonra küçələr qarışıb, Putinin sirdaşı Arkadi Rotenberq isə səhnəyə çıxaraq deyib: “O saray mənimdir”.

Arkadi Rotenberq Putinin cüdo dostu idi. Rotenberq qardaşları Rusiyanın qaz sahəsində ən nüfuzlu oyunçusu və SGM-nin sahibləri idi. Mövzu Putin olduqda bu ailədə qadağalar olur. Əslində, agent Skripal İngiltərədə zəhərlənəndə Rotenberqlər də qızıl vizası ləğv olanlar arasında idi. Onlar yəhudi idilər, eynilə Ukrayna prezidenti Zelenski kimi...

Rusiya Gürcüstanda, Krımda, nəhayət, Donetsk və Luqanskda eyni xətt üzrə irəliləyirdi. Nə qədər qəribə də olsa, Putin NATO-ya xəbərdarlıq edib ki, “Ukraynanı üzv kimi qəbul etməyin”. NATO da çıxıb: “Sənə nə var? Səndən soruşacağıq? Guya 30 ölkəni sizinlə məsləhətləşib qəbul etdik ki?”, deyə açıqlama verməyib. ABŞ bunu demir, amma davamlı olaraq kəşfiyyat məlumatları paylaşaraq “rus ordusu
Kiyevə qədər irəliləyəcək, çoxlu mülki itkilər olacaq” şəklində pıçıltılar yayır.

Onlardan biri belə “Putin Ukraynadan sonra ayağa qalxıb NATO-nu dağıt desə, biz onu dağıtacağıq?” sualını vermirdi. Ordusu olmayan Avropa ABŞRusiyanın təzyiqi ilə böyük qorxu yaşayır. Rusiya Ukrayna məsələsinə qarışmasaydı və ABŞ NATO vasitəsilə Ukraynaya boş çek verməsəydi, bu böhran baş verə bilərdimi? Əlbəttə, yox. ABŞ prezidenti Bayden gələn kimi iki mühüm zirvə həyata keçirdi.

Biri Çinlə Alaskada baş tutdu. Digəri isə Cenevredə Putinlə. Dünən axşam Putinə baxanda ağlıma ilk gələn fikir “ABŞ Rusiyaya imperiya vəd etdi” düşüncəsi oldu. ABŞNATO istəsəydi, Rusiya heç vaxt belə bir məkan tapa bilməzdi. Bununla belə, rəqibi Rusiyanı şöhrətləndirən ABŞ Avropanı pərdələyir. O, Çinlə mübarizəsində Rusiyanı da özü ilə aparırdı. Üstəlik, mükafatını da verirdi.

Qazağıstandakı son cəhddən sonra hadisələrə Rusiya müdaxilə edir. O, təbii olaraq sərhədlərini Mərkəzi Asiyadan Qara dənizə qədər genişləndirdi. ABŞ bütün gücü ilə artıq Asiyanın cənubunda və Sakit okeanda idi.
Hindistan, Cənubi Koreya, Yaponiya və Avstraliya ilə yeni addımlar atırdı. Yaratdığı xüsusi yaxınlığı ilə orada Çinə qarşı sədd yaradırdı. Nəzarət etmək üçün Çini əhatə etməyə çalışırdı.

Ancaq işin bir də Avropaya uzanan və türk dünyasını da əhatə edən tərəfi var. ABŞ, yəqin ki, Rusiyaya əvvəlki gücünü verməklə Mərkəzi Asiya və Avrasiya regionunda gəzəcəkdi. Belə ki, o, Çinlə tək qalarkən Avropanı liqadan atacaq və ona nəzarəti asanlaşdıracaqdı. Burada önəmli olan Türkiyənin nə edəcəyi idi. Yaxud da əsas məsələ ABŞRusiyanın Türkiyədən nə istədiyidir.

Türkiyə ABŞNATO-dadır. Həmçinin, Rusiya ilə yaxın münasibət qurur.
Ankara tərəf olmağa məcbur qalsa, nə edəcək? Buna diqqət yetirmək lazımdır. Mövzu dönə-dönə yazdığım kimi “Türkiyənin istiqaməti önəmlidir” məsələsi üzərində qurulub.
Türkiyənin bir əli ilə Qərbə, digər əli ilə də Şərqə uzanacağı bir dövr başlayıb.

Ukrayna-Rusiya böhranı bizi özünə çəkəcək. Baş rolda isə NATO olacaq. Ölkələrin dünya ətrafında hərəkət etməsinin qarşısını almağın ən yaxşı yolu gərginliyi artırmaq və müharibəni göstərməkdir. İndi də bu oyun başlayıb. Belə durumlarda hər kəs fikrini birləşdirməlidir.

Orjinal

Tərcümə PİA.az-ındır.

Fatimə ƏLİYEVA
pia.az


Etiket:


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Səhər edilən bu səhv xərçəng riskini artırır - Alimlər açıqladı

Xaricdə ali təhsil almış şəxslər peşə tanınması imtahanı veriblər - Yenilənib

İsrailin İrana müdaxiləsi ən çox Putinə lazımdır

İsrailin məktəb və məscidə hava zərbələri nəticəsində 24 nəfər öldü, 93 yaralı var

Pensiya alanlara şad xəbər - 2 yerdən pul ala biləcəklər - Video

Mayis Bərxudarov komandan vəzifəsindən çıxarıldı - Foto

Bakı yollarının zolaqlı problemi: Çıxış yolu nədir?

Buzovnada ata və oğlu qonşularını bıçaqlayıb, ölən və yaralılar var - Yenilənib

Mayis Bərxudarov vəzifəsindən azad edildi və dərəncama göndərildi

Oktyabrın 6-7-si ilə bağlı əhaliyə xəbərdarlıq 

MOSSAD “Hizbullah”ın peycerlərini partlatmaq əməliyyatını 2022-ci ildən planlaşdırırmış

Ən çox oxunanalar