Bazar, 05 May 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

Putinin açdığı yolla gedilsə, nələr olacaq?

Şərqi Avropa ölkələri Rusiyaya qarşı “Soyuq Müharibə” dövründəkindən daha çox təhlükədə hiss edirlər. NATO-ya inandıqları üçün əksəriyyəti öz təhlükəsizlik sistemini təkmilləşdirmədi, lakin NATO-nun müdafiəsi bu qədər imiş...

Yasin Aktay
“Yeni Şafak” qəzeti, Türkiyə, 23 fevral 2022-ci il

Rusiya prezidenti Vladimir Putinin Ukraynadan birtərəfli qaydada müstəqilliklərini elan edən Donetsk Xalq Respublikası və Luqansk Xalq Respublikasını tanımaq qərarını açıqlaması ilə aylardır gözlənilən atəş alovlanıb. Bütün dünya Rusiyanın qəbul etdiyi bu qərara görə mövqeyini tənzimləməyə başlasa da, gözlənildiyi kimi AvropaABŞ tərəfindən Rusiyaya qarşı durmağa sövq edilən Ukraynanın sonda təkbaşına qalacağı artıq məlumdur. Rusiya artıq ticarət embarqoları, ticarət müqavilələrinin ləğvi kimi məsələlərdən kənara çıxmayan sanksiyalarla tanışdır. Heç kim inanmır ki, yeni sanksiyalar onu öz qərarından çəkindirəcək.

Putinin Donetsk və Luqansk Xalq Respublikalarının tanınması ilə bağlı qərar qəbul edərkən söylədiyi nitq ötən əsrin əvvəllərindən formalaşmış bütün beynəlxalq hüquq və sərhəd müqavilələrini müzakirə etməyə namizəddir. Baxmayaraq ki, biz bu arqumentləri Ukrayna və Krımın ilhaqının arxasında duran fikir kimi, eləcə də bu son müzakirələri artıq eşitmişdik. Putin qərarın səbəbi kimi bu dəfə bunu çox daha aydın ifadə etdi.

Sovet İttifaqının qurulmasına qayıdaraq Putin bu dövrdə çəkilmiş sərhədləri “düzəltmək”dən danışdı və sonda bütün dünyaya elan etdi. Yəni 17 Oktyabr İnqilabının lideri, Sovet İttifaqının qurucusu Vladimir Leninin ölkə üzərində qurduğu federativ quruluşla Rusiyanı parçaladığını və bir rus torpağının ayrıca ölkəyə çevrilməsinə yol açdığını qeyd etdi. Leninin bu praktikası nəticəsində Ukrayna adlı dövlətin yaranmasına əsaslanaraq, bu gün özündə bu vəziyyəti düzəltmək haqqını gördüyünü nəzərə alsaq, o zaman bütün dünyanın sərhədləri mübahisəli hala gələ bilər və bir çox ölkənin yanındakı ölkəni işğal və ya ilhaq etmək hüququ yarana bilər. Beləcə, hər kəs Birinci Dünya Müharibəsindən əvvəlki vəziyyətə və ya münaqişə nöqtəsinə qayıtmaq üçün səbəblər göstərə bilər.

Əslində, Səddam Hüseynin 1990-cı ildə Küveyti işğal etməsinin səbəbləri arasında Küveyt torpaqlarının İraqın təbii bir hissəsi olduğu və bu əlaqənin İngiltərə Krallığının imperialist müdaxilələri ilə kəsildiyi vurğulanırdı. Səddam Küveyt və İraqın tarixi bağlarına, Osmanlı İmperiyası, İngiltərə və İraq arasında köhnə razılaşmaların arxasında duran şərtlərə istinad edərək işğala haqq qazandırmağa çalışdı. Dünya, xüsusən də ABŞ köhnə məsələləri qarışdırmaqla yeni situasiyaların yaranmasına qarşı açıq mövqe nümayiş etdirir. ABŞ-ın əvvəllər bu müdaxiləni təşviq və hətta təhrik etdiyi iddiası isə başqa məsələdir. Nəticədə, Səddamın keçmişdən bu günə qədər torpaq işğal etməsinə icazə verilmədi və beynəlxalq hüquqa faktiki məhdudiyyət qoyuldu.

Lakin ABŞ-ın bu mövzuda göstərdiyi həssaslığın yalnız öz maraqları ilə bağlı olduğu və bu həssaslığın yalnız ağır sui-istifadə məsələsi olduğu açıq-aydın görünürdü. ABŞ-ın nə o dövrdə, nə də sonrakı təcrübələrində etik motivasiya ilə hərəkət etdiyinə dair heç bir əlamət yox idi. Axı Səddamın Küveyti işğalından 12 il sonra ABŞ saxta bəhanə ilə İraqı işğal etdi və Yaxın Şərqdə sülhün və sabitliyin kökünü qurutdu. Yaxın Şərq o gün bu gündür özünə gələ bilmir.

İsrailin Fələstin torpaqlarını işğal etməsinə qarşı burada nümayiş etdirdiyi həssaslıqdan ABŞ-ın uzaq olduğu artıq məlum idi və bu məsafə yenidən sınaqdan keçirildi. Hətta BMT qətnamələri ilə Fələstinə aid olan və İsrailin işğalı altında qalan Qüds ABŞ-ın dəstəyi və qərarı ilə İsrailin paytaxtı elan edildi. ABŞ-ın İsraildəki səfirliyi bura köçürülüb. Bu da bəs deyilmiş kimi, 1967-ci ildə işğal olunmuş, Suriyaya məxsus Qolan təpələrinin İsrailə məxsus olması, yəni İsrailə ilhaq edilməsi birbaşa ABŞ tərəfindən bəyan edildi.

Bəs İsrailin əvvəldən Fələstin torpaqları üzərində haqq iddia etmək üçün hansı əsasları var idi? Bu yerlərin 2500 il əvvəl yəhudilərə aid olması iddiasından başqa hansı əsaslandırma var? Bu günkü beynəlxalq nizamda İsrail Müqəddəs Kitabın təfsiri ilə bir xalqı vəhşicəsinə vətənsizləşdirə bildi.

Bu işğallara ən böyük dəstəyi ABŞ verdiyi halda, bu gün həmin ABŞ-ın Putinə deyəcək sözü ola bilərmi? Əgər belədirsə, bunun üçün hər hansı etik və ya ədalətli əsası varmı?

ABŞ-ın təbii ki, buna reaksiya verməyəcəyini deyə bilmərik. Lakin bu reaksiyaların heç bir etik əsası olmayacaq və Rusiyaya ciddi təsir göstərməyəcək.

Əslində, ABŞ rəhbərlik etdiyi NATO ilə birlikdə son vaxtlar nə üzvlərinə, nə də dostlarına arxayın yanaşır. O, Ukrayna ilə bağlı hesablamalar apararkən Rusiyaya qarşı real müdafiə təklif etməyib. Bu münasibətlə NATO-nun bu gün Avropanın təhlükəsizliyini ciddi şəkildə müdafiə etmədiyi və heç bir sanksiyasının olmadığı görünür.

Bu gün, xüsusilə Şərqi Avropa ölkələri Rusiyaya qarşı Soyuq Müharibə dövründəkindən daha çox təhlükədə hiss edirlər. NATO-ya inandıqları üçün əksəriyyəti öz təhlükəsizlik sistemini təkmilləşdirmədi, lakin NATO-nun müdafiəsi bu qədər imiş...

Orjinal

Tərcümə PİA.az-ındır.

Fatimə ƏLİYEVA
pia.az


Etiket:


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

“Green card” müraciətlərinin nəticələri açıqlandı - Yenilənib

İlham Əliyevdən Xankəndi ilə bağlı sərəncam 

Şəkidə qətl hadisəsinin təfərrüatları məlum olub - Yenilənib

Əhmədbəyli-Füzuli-Şuşa yolunun son görüntüləri - Video

"Yelo Bank"dan şikayət: "Əsəbinizi korlamaq istəmirsizsə, bu bankdan uzaq durun" 

İsa Qəmbər yenidən Müsavat Partiyasının başqanı seçilib

Azərbaycan və Türkiyə XİN başçıları qarşılıqlı maraq doğuran məsələləri müzakirə ediblər - Yenilənib

Yevgeni Jukov: "Azərbaycanda neft hasilatının azalması iqtisadi artıma əhəmiyyətli təsir edib"

FIFA prezidenti futbol qaydalarında daha bir dəyişiklik etməyə hazırlaşır

Ən çox oxunanalar