Şənbə, 04 May 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

İcbari sığorta ilə bağlı sığortaçılara yeni tələblər müəyyənləşib

Azərbaycan Mərkəzi Bankı (AMB) icbari sığorta növlərinin aparılmasına icazə verilməsi üçün əlavə tələbləri müəyyənləşdirib.

PİA.az xəbər verir ki, bu, AMB-nin İdarə Heyətinin "İcbari sığorta növlərinin aparılmasına icazə verilməsi üçün Əlavə Tələblər”in təsdiq edilməsi barədə" qərarında əksini tapıb.

Qərara əsasən, sığortaçıya hər hansı icbari sığorta növünün aparılmasına icazə verilməsi üçün o, Azərbaycan Respublikasının aşağıdakı hər bir iqtisadi rayonuna daxil olan rayon və (və ya) şəhərlərdən ən azı birində zərərlərin tənzimlənməsi üçün lazımi imkanları olan filial və ya nümayəndəliyə malik olmalıdır:

- Bakı iqtisadi rayonu (Bakı şəhəri);

- Naxçıvan iqtisadi rayonu (Naxçıvan şəhəri, Babək, Culfa, Kəngərli, Ordubad, Sədərək, ŞahbuzŞərur rayonları);

- Abşeron-Xızı iqtisadi rayonu (Sumqayıt şəhəri, AbşeronXızı rayonları);

- Dağlıq Şirvan iqtisadi rayonu (Ağsu, İsmayıllı, QobustanŞamaxı rayonları);

- Gəncə-Daşkəsən iqtisadi rayonu (Gəncə və Naftalan şəhərləri, Daşkəsən, Goranboy, GöygölSamux rayonları);

- Qarabağ iqtisadi rayonu (Xankəndi şəhəri, Ağcabədi, Ağdam, Bərdə, Füzuli, Xocalı, Xocavənd, ŞuşaTərtər rayonları);

- Qazax-Tovuz iqtisadi rayonu (Ağstafa, Gədəbəy, Qazax, ŞəmkirTovuz rayonları);

- Quba-Xaçmaz iqtisadi rayonu (Xaçmaz, Quba, Qusar, SiyəzənŞabran rayonları);

- Lənkəran-Astara iqtisadi rayonu (Astara, Cəlilabad, Lerik, Lənkəran, MasallıYardımlı rayonları);

- Mərkəzi Aran iqtisadi rayonu (Mingəçevir şəhəri, Ağdaş, Göyçay, Kürdəmir, Ucar, YevlaxZərdab rayonları);

- Mil-Muğan iqtisadi rayonu (Beyləqan, İmişli, SaatlıSabirabad rayonları);

- Şəki-Zaqatala iqtisadi rayonu (Balakən, Qax, Qəbələ, Oğuz, ŞəkiZaqatala rayonları);

- Şərqi Zəngəzur iqtisadi rayonu (Cəbrayıl, Kəlbəcər, Qubadlı, LaçınZəngilan rayonları);

- Şirvan-Salyan iqtisadi rayonu (Şirvan şəhəri, Biləsuvar, Hacıqabul, NeftçalaSalyan rayonları).

Sığortaçının baş ofisinin yerləşdiyi rayon və ya şəhərin daxil olduğu iqtisadi rayonda filial və nümayəndəliyin açılması tələb olunmur.

Sığortaçıya Qanunda nəzərdə tutulmuş hər hansı icbari sığorta növünün aparılmasına icazə verilməsi üçün onun elektron informasiya sistemi İcbari Sığorta Bürosunun elektron informasiya sisteminə veb-servis vasitəsilə qoşulmaq imkanına malik olmalıdır.

Tələblərin qüvvəyə mindiyi günə İcbari Sığorta Bürosunun üzvü olan sığortaçılar iqtisadi rayonlar üzrə mövcud filial və nümayəndəliklərinin yerləşdirilməsini 6 ay müddətində Tələblərə uyğunlaşdırmalıdırlar.

İqtisadi rayonun bütün şəhər və rayonlarında giriş-çıxışın xüsusi rejimi tətbiq edildikdə Tələblər həmin rejim müvafiq iqtisadi rayona daxil olan hər hansı rayon və şəhərdə başa çatdıqdan 6 ay sonra tətbiq edilir.(APA)

pia.az


Etiket:


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Erməni baş prokurordan Kamil Zeynallı açıqlaması

Afaq Bəşirqızının məsləhəti qalmaqal yaratdı: Sevgi, yoxsa pul? - Video

İlon Maskdan ABŞ dolları ilə bağlı xəbərdarlıq - Foto

Keçmiş məcburi köçkünlər üçün inşa edilmiş mənzillər zəif satılır - Video

Ərdoğan: “Türkiyə siyasətində yumşalma prosesinə başlamaq istəyirəm”

Gədəbəydə məmurla kənd sakini arasında insident: Həbs olunan var

Arda Güler komanda yoldaşlarından şikayətlənib - Video

Türkiyədə artan inflyasiya Azərbaycanda hansı sahələrə təsir edir?

Mişel ilə Kobaxidze arasında telefon danışığı olub: “Tarixi şansı qaçırmayın”

“Bavariya” və “Mançester Yunayted” arasında məşqçi mübadiləsi baş tuta bilər

İlham Əliyevdən Xankəndi ilə bağlı sərəncam 

Ən çox oxunanalar