Bazar, 05 May 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

Şirvan şəhərində “Bizim həyət” layihəsi çərçivəsində növbəti məhəllə abadlaşır

Ölkə başçısı cənab İlham Əliyevin birbaşa göstərişi, diqqət və qayğısı sayəsində ölkəmizi əhatə edən abadlıq işlərinin davamı olaraq Şirvan şəhərində də magistral və məhəllədaxili yolların asfaltlanması, əhalinin mənzil-məişət şəraitinin yaxşılaşdırılması, çoxmənzilli yaşayış binalarının təmir olunması, yeni məktəb binalarının, körpələr evi-uşaq bağçalarının tikilməsi və ya əsaslı şəkildə yenidən qurulması, nümunəvi məhəllələrin, park və yaşıllıqların salınması 2022-ci ildə də uğurla davam etdirilir.

PİA.az xəbər verir ki, “İDEA” İctimai Birliyinin təşəbbüsü ilə yaşıllıqların bərpası, sağlam həyat tərzinin formalaşdırılması və rahat yaşam şəraitinin yaradılması məqsədi ilə həyata keçirilən “Bizim həyət” layihəsi çərçivəsində Bakıdan kənar, regionlarda abadlaşdırılan ilk həyət Şirvan şəhərinin payına düşür. Şəhərin Energetik küçəsi 9 saylı və L-nt. İbrahimov küçəsi 10 saylı binaların qarşısında müasir memarlıq üslubunda salınan “Abad məhəllə” 2020-ci ilin noyabr ayında sakinlərin istifadəsinə verilib.

Hazırda “İDEA” İctimai Birliyinin təşəbbüsü ilə “Bizim həyət” layihəsi çərçivəsində ikinci dəfə Şirvan şəhərində ümumi sahəsi 1,5 ha olan Mahmud İbrahimov küçəsi 4 nömrəli və 20 Yanvar küçəsi 4A nömrəli yaşayış binalarının qarşısındakı məhəllədə abadlıq işlərinə başlanılıb. Həmin əraziyə 1328 kv.metr tamet tavalar döşənib, 1594 metr beton bordyurlar düzülüb. 4 ədəd söhbətgah və gənclərin asudə vaxtlarının səmərəli keçirmələri və onlarda sistematik idmanla məşğulolma refleksinin yaradılması məqsədilə müxtəlif idman qurğuları, uşaqlar üçün əyləncə qurğuları quraşdırılıb, sahəsi 400 kv.metr olan mini futbol meydançası salınıb və 16 ədəd 2 lampalı metal işıq dirəkləri quraşdırılıb. Məhəllədəki çoxmənzilli binaların fasadları, giriş bloklarına metal qapılar qoyulub. Həyətin ərazisindəki mövcud yaşıllıqların bərpası ilə yanaşı, yaşıllıq zolaqlarının genişləndirilməsi məqsədilə ərazidə 170 sərv ağacı əkilib. Səki və avtomobil dayanacaqlarına 1284 kv.metr asfalt-beton örtük vurulub. 

Məhəllədə işlər demək olar ki, yekunlaşmaq üzrədir və yaxın günlərdə sakinlərin istifadəsinə veriləcəkdir. Şirvan Şəhər İcra Hakimiyyətinin başçısı İlqar Abbaov aidiyyəti orqanların rəhbərləri ilə birlikdə mütəmadi olaraq abadlıq işləri aparılan ərazilərə baxış keçirir, görülən işlərlə bağlı müvafiq tapşırıq və tövsiyələrini verir.

Məhəllə sakinləri vətəndaşların rahatlığı üçün şəhərdə aparılan abadlıq və quruculuq işlərini yüksək qiymətləndirir, görülən işlərə, əhaliyə göstərilən diqqət və qayğıya görə möhtərəm Prezident cənab İlham Əliyevə və Birinci vitse-prezident,çox hörmətli Mehriban xanım Əliyevaya minnətdarlıq dolu ürək sözlərini ifadə edirlər. Müzəffər Ali Baş Komandanın rəhbərliyi ilə Şanlı Azərbaycan Ordusunun işğaldan azad etdiyi torpaqlarımızda aparılan abadlıq-bərpa işlərinin hər bir vətəndaşda sevinc və qürur hissi yaratdığını, ölkəmizin işıqlı gələcəyinə və daha da yüksəlişinə ilhamlandırdığını bildirirlər.

Fotolar

pia.az


Etiket:


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

“Green card” müraciətlərinin nəticələri açıqlandı - Yenilənib

İlham Əliyevdən Xankəndi ilə bağlı sərəncam 

İstanbulda qol dueli: “Beşiktaş” son saniyələrdə sevindi - Video

Şəkidə qətl hadisəsinin təfərrüatları məlum olub - Yenilənib

Əhmədbəyli-Füzuli-Şuşa yolunun son görüntüləri - Video

"Yelo Bank"dan şikayət: "Əsəbinizi korlamaq istəmirsizsə, bu bankdan uzaq durun" 

İsa Qəmbər yenidən Müsavat Partiyasının başqanı seçilib

Azərbaycan və Türkiyə XİN başçıları qarşılıqlı maraq doğuran məsələləri müzakirə ediblər - Yenilənib

Yevgeni Jukov: "Azərbaycanda neft hasilatının azalması iqtisadi artıma əhəmiyyətli təsir edib"

FIFA prezidenti futbol qaydalarında daha bir dəyişiklik etməyə hazırlaşır

Ən çox oxunanalar