Ukraynanın paytaxtı Kiyev “Rusiya işğalının” əsas hədəflərindən biri ola bilər. Bunu ABŞ dövlət katibi Entoni Blinken BMT Təhlükəsizlik Şurasının iclasında deyib.
“Rusiya raket və bombaları Ukrayna ərazisinə atılacaq, kommunikasiyalar kəsiləcək, kiberhücumlar əsas strukturları sıradan çıxaracaq. Bundan sonra rus tankları və qoşunları artıq müəyyən edilmiş və xəritələrdə işarələnmiş plan üzrə əsas hədəflərə doğru hərəkət edəcək. Biz güman edirik ki, bu əsas hədəflər sırasında Ukraynanın paytaxtı - 2,8 milyon əhalisi olan Kiyev şəhəri də var”, - deyə dövlət katibi bildirib.
pia.az