Şənbə, 05 Oktyabr 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

Xəstə rektoru işə 3-4 adam gətirib-aparır - Niyə vəzifədən alınmır? - Video

Azərbaycan Texnologiya Universitetinin rektoru Akif Süleymanovun ötən ilin iyul ayına aid görüntüləri yenidən sosial şəbəkədə trendə çevrilib.

Musavat.com xəbər verir ki, görüntülər insult olan rektorun işə bir neçə nəfərin köməyi ilə gəlib-getdiyini əks etdirir. Buna baxmayaraq, A.Süleymanovun hələ də vəzifəsindən istefa vermədiyi bildirilir.

Mövzu ilə bağlı Azərbaycan Texnologiya Universitetinin mətbuat xidmətinin rəhbəri Xəyalə Məmmədova Teleqraf.com-a bildirib ki, rektor postuna təyinat və azad olunma Prezidentin səlahiyyətlərinə aid məsələdir:

“Hazırda rektorun səhhətində ciddi problem yoxdur. Yayılan görüntülər bir müddət rektorun təzyiqlə bağlı problemlər yaşadığı vaxta təsadüf edir. İddia olunduğu kimi o, insult keçirməyib, təzyiqlə bağlı problemləri olub. Həkimlərin diaqnozlarında da rektorun xəstəliyi hipertoniya qeyd olunub.

Akif müəllim hazırda işinin başındadır. Ciddi bir problemi olsa, işinə davam edə bilməz. Hər gün işə gedib-gəlir, bu da onun səhhətinin işi idarə edə biləcək qaydada olmasından xəbər verir”.

Akif Süleymanov özünün istefa verib-verməməsinə gəlincə, universitet rəsmisi bu haqda məlumatlı olmadığını deyib: “Hazırda o, işinə davam edir.

pia.az


Etiket:


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Prezident İlham Əliyev Cəbrayıl şəhərində inşa olunan yaşayış kompleksinin açılışında iştirak edib - Yenilənib

Qonşusunun yetim uşağını döyə-döyə diləndirdi: Bakıda görünməmiş vəhşilik

Tağı Əhmədovu ağır vəziyyətdə Təzəpirə gətirdilər

Baş nazir Əhməd Əhmədzadənin vəzifəsini dəyişdi

Azərbaycanda həbs olunsa da rütbəsi alınmayan yeganə general

Nəsimi rayonunun bir qrup sakini Birinci vitse-prezidentə və "İDEA" İctimai Birliyinin sədrinə müraciət ünvanlayıb

Prezident: Azərbaycanın daha böyük coğrafiyada önəmli ölkəyə çevrilməsi prosesi bundan sonra da uğurla gedəcək

Arxeologiyanın ürəyi Türkiyənin Şanlıurfasında döyünür – Fotolar

Azərbaycan Prezidenti: Qələbəmiz göstərdi ki, ədalətsizliyə qarşı mübarizə aparmaq mümkündür

“Ofisait” mağazalar şəbəkəsinin sahibinin cərimələnməsinin səbəbi açıqlandı

Ən çox oxunanalar