Bazar, 06 Oktyabr 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

Nazarbayevin harada olduğu açıqlandı

Mərkəzi Asiya üzrə ekspert, politoloq Arkadi Dubnov Qazaxıstanın eks-prezidentinin yerləşdiyi ölkənin adını açıqlayıb.

Siyasətçinin yaxınlarının saxlanması ilə bağlı da məlumat verib.

Arkadi Dubnov öz Facebook səhifəsində Qazaxıstanın keçmiş prezidenti Nursultan Nazarbayevin Çində olduğunu bildirib. Hələlik bu məlumatın təsdiqi yoxdur, mütəxəssis öz mənbələrinə istinad edir.

Dubnov Nazarbayevin qardaşı oğlu Kayrat Satıbaldının Dubayda saxlanmasından da danışıb. Politoloq eks-prezidentin kiçik qardaşı, DTX rəhbərinin keçmiş birinci müavini Samat Abişin saxlanması ilə bağlı daha əvvəl yayılan məlumatı da təsdiqləyib.

Əlavə edək ki, Abişin saxlanılması ilə bağlı məlumatlar dərc edildikdən sonra təkzib edilib. Yanvarın 7-də Nazarbayevin ailəsi ilə birlikdə Qazaxıstanı tərk etdiyi məlum olub.

Qazaxıstanda etirazlar başlayandan sonra bir çox ekspertlər baş verənlərə reaksiya verməyən Nazarbayevin harada olması ilə maraqlanıblar. Eyni zamanda aksiya iştirakçılarının özləri də ölkənin keçmiş rəhbərindən narazılıqlarını fəal şəkildə ifadə ediblər. Məsələn, Taldıkorqanda nümayişçilər siyasətçinin abidəsini söküblər.

Telegram kanallarında yanvarın 5-dən Nazarbayevin Qazaxıstandan "uçması” ilə bağlı məlumatlar yayılıb. Bunun "sübut”u əvvəlcə hökumət kollegiyasının ölkədən getməsi, daha sonra isə eks-prezidentin kürəkəninin şəxsi təyyarəsinin Qırğızıstan sərhəd hava limanına gəlməsi olub.

Politoloq Zatulin bildirib ki, Qazaxıstanda etirazların və sonradan baş verən iğtişaşların səbəbi Tokayevlə Nazarbayev arasında yaranmış nifaq olub. Onun sözlərinə görə, bunu Abiş Samatın DTX rəhbərinin birinci müavini vəzifəsindən istefa verməsi sübut edir. Eyni zamanda o, hesab edir ki, nümayişləri hakimiyyətdən qidalanan şəhərətrafı rayonlardan olan millətçilər təşkil edib.

Yanvarın 7-də məlum olub ki, Belarus prezidenti Aleksandr Lukaşenko Nazarbayevə zəng edə bilib.(Qaynarinfo)

pia.az

 


Etiket:


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Səhər edilən bu səhv xərçəng riskini artırır - Alimlər açıqladı

Xaricdə ali təhsil almış şəxslər peşə tanınması imtahanı veriblər - Yenilənib

Mayis Bərxudarov komandan vəzifəsindən çıxarıldı - Foto

İsrailin İrana müdaxiləsi ən çox Putinə lazımdır

Pensiya alanlara şad xəbər - 2 yerdən pul ala biləcəklər - Video

İsrailin məktəb və məscidə hava zərbələri nəticəsində 24 nəfər öldü, 93 yaralı var

Bakı yollarının zolaqlı problemi: Çıxış yolu nədir?

Mayis Bərxudarov vəzifəsindən azad edildi və dərəncama göndərildi

Buzovnada ata və oğlu qonşularını bıçaqlayıb, ölən və yaralılar var - Yenilənib

Üzeyir Mehdizadə kimdir? Haralıdır və neçə yaşı var? - Şəxsi həyatını sirr saxlayır...

Üç bürc üçün inanılmaz xoşbəxt bir mərhələ başlayıb

Ən çox oxunanalar