Şənbə, 14 Sentyabr 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

Naxçıvanda təlimdə şərti düşmənin HHM sistemi sıradan çıxarılıb - Video

Əlahiddə Ümumqoşun Orduda taktiki-xüsusi təlim keçirilib.

PİA.az-ın xəbərinə görə, təlimdə təxribata hazırlaşan şərti düşmənin hava hücumundan müdafiə sistemi sıradan çıxarılıb.

Təlimin ssenarisinə əsasən xüsusi təyinatlı qruplara strateji obyektlərimizi və hava məkanımızı hədəf alan şərti düşmənin hava hücumundan müdafiə sisteminin məhv edilməsi tapşırığı verilib. Tapşırığı almış xüsusi təyinatlı qruplar terrorçuların məskən saldığı yaşayış məntəqəsinə həmlə ediblər.

Terror fəaliyyətlərinin gücləndirilməsi üçün köməyə gələn şərti düşmənin şəxsi heyətlə dolu hərbi texnikaları pusquya salınaraq sıradan çıxarılıb. Real döyüş şəraitinə maksimum yaxınlaşdırılmış şərtlərlə keçirilən təlimdə yaxın məsafəli döyüş elementləri yerinə yetirilib. Şərti düşmənin hava hücumundan müdafiə sisteminin idarəetmə məntəqəsini və döyüş heyətlərini zərərsizləşdirən xüsusi təyinatlılarımız terror qruplaşmasının zenit-raket kompleksini partlayış üsulu ilə məhv ediblər.

Əlahiddə Ümumqoşun Ordu komandanı, general-polkovnik Kərəm Mustafayevin və Türkiyə Silahlı Qüvvələri mənsublarının izlədikləri təlimin sonunda şəxsi heyətin terrorla mübarizə vərdişləri yüksək qiymətləndirilib, təlimdə iştirak edən hərbi qulluqçulara qiymətli hədiyyələr təqdim edilib.

pia.az


Etiket:


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Onların dairəsində 6 məntəqənin nəticələri ləğv edildi - Rəsmi

Politoloq: Rusiya bu durumda nüvə silahı işlətməkdən çəkinməyəcək...

“Məni uzaqlaşdırmaq üçün səsvermə keçirirlər” - Ramiz Rövşənin oğlu

Tramp və Harrisin İsrail sevgisi... - Qəzzada baş verənlər fonunda bu utancverici deyilmi?

İsmayıl Haniyənin ölümü İranın maraqlarına uyğun olub?

Bu məzarlıqda azərbaycanlı iş adamının 6 milyon dollarını və 6 kq qızılını axtarırlar

Azərbaycan Qran-prisi: "Formula 1"də ilk sərbəst yürüş başa çatıb, Ferstappen birinci olub - Yenilənib

Kreml Ərdoğanın Krımla bağlı mövqeyinə münasibət bildirib

Ermənistan Hindistandan ATAGS artilleriya qurğularını alır... - Paşinyan əslində nə istəyir?

Ən çox oxunanalar