Çərşənbə, 21 Avqust 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

Bu gün Vidadi Babanlının 95 yaşı tamam olur

95 yaşı tamam olan qocaman yazıçının yaradıcılığı, qələmindən süzülən nəfis əsərlər yarım əsrdən çoxdur ki, sevilə-sevilə oxunur. Qələmə aldığı əsərləri, o cümlədən şerləri ilə zamanın ən aktual problemlərini, cəmiyyəti ən çox düşündürən məsələləri canlandıran Vidadi Babanlının əsərləri nəinki Azərbaycanda, dünyanın dörd bir yerində milyonlarla oxucunun ürəyini fəth edib.

Vidadi Babanlı 1927-ci il yanavarın 5-də Qazax rayonunun Şıxlı kəndində müəllim ailəsində dünyaya göz açıb. Burada orta məktəbi bitirdikdən sonra 1944-1949-cu illərdə ADU-nun filologiya fakültəsində təhsil alıb. Elə tələbəlik illərindən yaradıcılığa başlayıb, ilk mətbu əsəri 1947-ci ildə “Azərbaycan gəncləri” qəzetində çıxan “Anam sən oldun” şeri olub. O, müxtəlif illərdə “Azərbaycan müəllimi”, “Ədəbiyyat qəzeti” qəzeti, “Azərbaycan” jurnalı redaksiyasıyalarında, o cümlədən “Azərbaycanfılm” kinostudiyasında, “Yazıçı” nəşriyyatında müxtəlif vəzifələrdə çalışıb. 1954-cü ildən roman, povest, hekayə, oçerk, publisistik məqalələri işıq üzü görüb.

Ömrünü yazıb-yaratmağa həsr edən və bir an da olsun qələmini yerə qoymayan qələm ustadı bu gün də yaradıcılığından qalmır. 95 illik yubileyini qeyd edən tanınmış yazıçı bədii yaradıcılığa nəzmlə başlasa da, yaradıcılığı dövründə "Gəlin" povestindən başlayaraq "Bulanlıq dünya" povestinədək - "Ana intiqamı", "Müqəddəs ocaq", "Ömürlük əzab", "Həyat bizi sınayır", "İnsaf nənə", "Vicdan susanda" və “Sabaha ismarıc”kimi nəsr əsərləri ilə bütöv bir xəzinə yaradıb. Bu gün 95 yaşı tamam olan qocaman yazıçı Vidadı Babanlı, oxucularının, eləcə də ədəbi cameənin yaddaşına yalnız müəllifin özünə deyil, bütövlükdə mənsub olduğu ədəbiyyata böyük şöhrət qazandıran məşhur “Vicdan susanda” əsərinin müəllifi, ustad bir nasir kimi həkk olunub.

Əməkdar incəsənət xadimi olan Azərbaycanın korifey yazıçısı Vidadi Babanlı həm də Prezident təqaüdçüsüdür.

pia.az


Etiket:


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

FHN-in güllələnən sabiq əməkdaşı ilə bağlı yeni təfərrüat 

Politoloq: Ərdoğan öz yerinə layiqli namizədlər hazırlayıb...

Azərbaycanın məşhur şirkəti istehsalı və satışı dayandırdı

Ukrayna Kurskda möhkəmlənir, Rusiya Donetski ələ keçirir...

'Əkinçilik" Elmi Tədqiqat İnstitunun deputatlığa namizəd direktoru milyonluq villa tikdirir? - İddia

Azərbaycanda polis kapitanının ölümünün təfərrüatı məlum olub - Foto

Sevda Sanaliyevanı təqib edən şəxs polisə çağırıldı

Elxan Şahinoğlu: Putin demək istədi ki, Kreml Cənubi Qafqazdakı maraqlarını arxa plana keçirməyəcək...

Lukaşenko: Ermənilər bizdən başqa kimə lazımdır?

Rusiya bazarında satılan erməni konyaklarının 90 faizi təhlükəlidir

Ən çox oxunanalar