Cümə, 10 May 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

Vaşinqtona vurulan şillə: Ər-Riyad ballistik raketlər əldə etdi

ABŞ kəşfiyyatı Ər-Riyadın Pekinin köməkliyi ilə ballistik proqramın inkişafında sıçrayış edə bilməsi barədə əsaslı dəlillər əldə edib – Davadmi ərazisində bərk yanacaqlı ballistik raketlərin istehsalı zamanı istifadə olunan maddələrin izləri aşkarlanıb.

Vaşinqtonla Ər-Riyad arasında böyük qalmaqal gözlənilir. Bu qalmaqalın böyük bir hissəsi “pərdə arxasında” keçsə də, xüsusi incə məqamlar üzə çıxarılmasa da, o qaçılmazdır. Ər-Riyadın Vaşinqtona vurduğu şillənin səsi qulaq batırır.

Səudiyyəlilər dünyada ən iri silah alıcılarıdır ki, bu da heç kəsə sirr deyil. Elə onların Çinlə üç onillikdən çox sürən hərbi-texniki əməkdaşlığı kimi. Krallıq yaxın zamanlaradək nə qədər çalışsa da, öz hərbi-sənaye kompleksini (HSK) yaratmağa müvəffəq olmamışdı. Bu kompleks heç olmasa silahlardan hansınısa istehsal edə bilərdi. Hətta Kalaşnikov avtomatının hazırlanması belə onların gücü xaricində idi, halbuki bundan asan heç nə ola bilməzdi.

Vəliəhd şahzadə Məhəmməd bin Salmanın Səudiyyə hərbi sənayesini yaratması üçün 20 milyard dollar xərcləyəcəyi barədə planlarını dinləyən beynəlxalq müşahidəçilər eşitdiklərinə şübhə ilə yanaşırdılar. Həmin sənayenin məhsulları 2030-cü ilədək Ər-Riyadın hərbi tələbətının 50%-ni ödəməli idi. Bu iş tamamilə perspektivsiz sayılırdı, çünki bu sahədə öz istehsalını qurmaq əvəzinə xaricdən məhsul almaq qat-qat asan idi. Tamamilə fərqli texnoloji quruluşu boş yerdə yaratmaq mümkün deyildi.

Lakin vəliəhd şahzadə beynəlxalq cəmiyyətin şablonunu qırmaqda davam edir. O, ballistik raketlərin istehsalının tam silsiləsinin əldə edilməsi, onların hazırlanması üzrə zavodun inşası barədə Pekinlə razılığa gəlməyi bacarıb. Və budur, səudiyyəlilər indi onları özləri istehsal etməyə hazırlaşır və, Amerika kəşfiyyatı da Baydenin administarsiyasına bu barədə xəbər verib.

Bununla da Bayden administrasiyasını yüngülcə şoka salıb, belə ki bundan belə Tehranla onun raket proqramını məhdudlaşdırması barədə necə danışıqlar aparacağı müəmma qarşısında qalıb. Axı indi iranlılar ABŞ-ın bu sahədə istənilən iddiasının qarşısını sadə arqumentlə ala bilər: “Bizə olmaz, Ər-Riyada olar? Niyə? Bu ki ikili standartdır!” Etiraz etmək də mümkün deyil.

Amma bu hələ harasıdır. Hələ dünənədək Ştatların sadiq müttəfiqi və “suda batmaz, odda yanmaz ərəb silahdaşı” bu gün Pekinlə sıx münasibətlərə başlayıb. Bu münasibətlər o qədər sıx və həm də elə incə sahədədir ki, onları məhrəm adlandırmaq olar. Ağ evin sakinlərinin “raket” olayına etirazını anlamaq üçün bu il Çinlə Əmirliklərin əməkdaşlığının necə səs-küy doğurduğunu xatırlamaq yetər.

Onlar üçün ən məntiqli çıxış yolu kəşfiyyatı cəzalandırmaq olardı. Gözdən qaçırmısınız, işinizi məsuliyyətlə yerinə yetirməmisiniz. Lakin bu zaman Bayden komandasının Yaxın Şərqlə məşğul olan hissəsinin başına sıxılan son güllə effekti yaradan daha bir məqam üzə çıxır. Sın demə, ABŞ-ın kəşfiyyat qurumu hələ 2019-cu ildə Səudiyyə Ərəbistanının ballistik raket proqramının irəliləməsi üçün Çinlə əməkdaşlıq etdiyini bilirdi.

Bilirdi, lakin Donald Trampın əmri ilə bu barədə Konqresi və oradakı demokratları məlumatlandırmağa tələsmirdi. Bu yerdə sabiq prezidenti də məşhər ayağına çəkə bilərdilər, əslində elə çəkməyə də hazırlaşırdılar. Lakin vaxtında dayandılar, belə ki buna əl atsaydılar, xoşagəlməz suallarla üz-üzə qalacaqdılar: “Əgər kəşfiyyat qrupu yeni administrasiyanı Yaxın Şərqdəki strateji dəyişikliklər barədə xəbərdar etməyə tələsmirsə, bu necə işdir ki?”

Və, həmişə olduğu kimi, fəlakət gəldi – qapıları aç: Səudiyyə Ərəbistanının bu gün Davadmidə məhz hansı raketlər istehsal etdiyi heç məlum deyil. Çin modelləri, yoxsa nəsə başqa şey? Belə ki Ər-Riyad son bir neçə ildə ballistik raket istehsalında kömək üçün təkcə Pekinə deyil, digər ölkələrə də müraciət edib. Səudiyyə məhsullarının uzaqlığı, onların faydalı yükü necədir?

Ər-Riyaddan bu barədə soruşmaq faydasızdır. Vaşinqtonun aksiyaları orada, yumşaq desək, yüksək dəyərləndirilmir, Baydenə isə orada az adam etibar edir. Krallıqda ondan daha pis yalnız Barak Obamaya münasibət sərgiləyirdilər. Amerika administrasiyasının yalnız bir, çoxdan yoxlanılmış yolu qalır – Səudiyyə Ərəbistanını ballistik raketlərin istehsalı üçün texnologiya ilə təmin edən şirkətlərə qarşı sanksiya tətbiq etmək və Ər-Riyadı bu məsələdə həddən ziyadə müstəqillik göstərdiyi üçün cəzalandırmağa cəhd etmək.

Lakin bu ölçü tədbirlərinin effekt verə biləcəyi və səudiyyəliləri ABŞ-dan daha da uzaqlaşdırmayacağı böyük sual altındadır. Dünya sürətlə dəyişir, Co Bayden və onun komandası bu dəyişiklilərlə ayaqlaşa bilmir. Odur ki, Ağ evin ənənəvi metodları işə yaramaya bilər. Məsələ isə təkcə raketlərin istehsalı ilə kifayətlənməz...

(Cemal Bustani, haqqin.az saytının yazarı)

pia.az


Etiket:


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Qusar meşəsindən bu görüntü yayıldı, polis hərəkətə keçdi - Foto

Aytən Səfərova Xəzər TV-dən uzaqlaşdırılıb?

Şuşaya yeni həyat verilir: İlk köçün həyəcanı yaşanır - Video

Ermənistanda delimitasiya əleyhinə yürüş edənlər İrəvana çatıblar - Video

Bir qrup incəsənət xadiminə Prezident mükafatları veriləcək - Sərəncam

İlham Əliyev bir qrup mədəniyyət xadiminə Azərbaycan Prezidentinin təqaüdünün verilməsi barədə sərəncam imzalayıb

Bakıda beşmərtəbəli binada təhlükəli vəziyyət: RİH-in razılığı ilə zirzəmini mənzil etdilər - Foto

Moskvada “9 May” qələbə günü münasibətilə hərbi parad keçirilib - Canlı yayım

Ən çox oxunanalar