Çərşənbə, 02 Oktyabr 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

Ermənistan-Türkiyə münasibətləri normallaşma yoluna girə bilərmi?

Erməni diasporu “İntiqam!.. İntiqam!..” deyə qışqırır. 1915-ci il hadisələrini yaddaşlarda yaşadır...

Arslan Tekin
“Yeniçağ” qəzeti, Türkiyə, 16 dekabr 2021-ci il

Türkiyə əvvəldən bəri Ermənistanın yanında dayanıb. Lakin münasibətləri düyün atıb çətinləşdirən elə Ermənistan idi. Ermənistan işğal etdiyi torpaqlardan çəkilməli idi, amma çəkilmirdi. Buna baxmayaraq, Türkiyə Qarabağda qətliam törədən qoşunlara komandanlıq edən Ermənistan prezidenti Serj Sarkisyanı 2009-cu ildə Bursada keçiriləcək Türkiyə-Ermənistan matçına dəvət etmişdi. Hətta Azərbaycan bayraqları ilə stadiona daxil olmaq istəyənlərin bayraqları da yığıldı ki, Sarkisyan narahat olmasın.

Daşnak silahlıları hücumlarını davam etdirərkən Alparslan Türkeşin səylərindən xəbərimiz oldu. Mən birinci mənbələrə müraciət edərək, hadisələrin şahidlərini dinləyərək, bu cəhdlər haqqında yazdım. Bu barədə çox da danışmaq istəmirəm. Türkeşin Parisdə Ermənistanın o zamankı prezidenti Ter Petrosyanla görüşdüyü barədə yenə birinci mənbədən o vaxtkı Paris səfirimiz Tansuğ Bledanın xatirələrindən sitat gətirəcəyəm:

“MHP sədri Alparslan Türkeşin 1993-cü ilin martında Parisə səfəri mənim üçün ən maraqlı səfərlərdən biridir. Onun xüsusi missiya ilə gəldiyini mən yalnız mənzil-qərargaha gələndən sonra öyrəndim. Əslində, ertəsi gün “Crillon” otelində qalan Ermənistan prezidentinə baş çəkilib və Azərbaycanla Ermənistan arasındakı müharibənin gətirdiyi iztirablara son qoymaq üçün hökumətimizin verdiyi fikirlər və bəzi təkliflər ona çatdırılıb. Həmin görüşdə Petrosyanın xarici siyasət üzrə nümayəndəsi Liberyan, Parisdə tanış olduğum xarici işlər naziri Papazyan və mən hazır vəziyyətdə idik. Ermənilər xarakterlərinə uyğun olaraq Türkeşin dediyi hər şeyi böyük bir diqqətlə dinləmişdilər. O görüşdə yalnız Dağlıq Qarabağla bağlı problemlər, həm də Türkiyə-Ermənistan münasibətlərində müzakirə olunub və Tuğrul Türkeş başda olmaqla, bəzi türk iş adamları ilə Fransada yaşayan tanınmış erməni iş adamları səfirlikdə işgüzar şam yeməyi çərçivəsində görüşüblər. Onlar mümkün əməkdaşlıq layihəsinə diqqət yetiriblər. Xatırladığım qədəri ilə, ilk görüşdən ortaya çıxan ikitərəfli layihənin portreti 600 milyon dollara başa gəlib. Lakin bu görüşün yaratdığı müsbət ab-hava və proses sona çatmayıb və Petrosyanın idarə edə bilmədiyi daşnak qüvvələri Laçın dəhlizinə hücum edərək alınan bütün qərarları qüvvədən salanda Türkeş hələ Parisi təzəcə tərk etmişdi”.

Ter Petrosyan da həmin görüşlə bağlı bunları deyib: “Gözlərimə inana bilmədim. Türkeşin bizə yanaşmasını çox yaxşı bilirdim. Lakin mən danışmağa başlayanda qarşımda tamam başqa bir Türkeş çıxdı. O, bizə azərbaycanlılarla sülh içində olmağımızın xeyirlərini izah etdi”.

Erməni diasporu “İntiqam!.. İntiqam!..” deyə qışqırır. 1915-ci il hadisələrini yaddaşlarda yaşadır. İçimizdə yaşayan neoliberal “hamımız erməniyik” qruplaşması da bu daşnakları göylərə yüksəldir.

İntiqam üçün qışqıranlar bilsin ki, Osmanlı imperiyası bitdi və yeni Türkiyə quruldu.

Büdcə müzakirələri zamanı xarici işlər naziri Mövlud Çavuşoğlu: “Ermənistanla normallaşma addımları çərçivəsində qarşılıqlı nümayəndələr təyin edəcəyik”, deyə bildirib. Ermənistandan da buna cavab gəlib. Ermənistan Xarici İşlər Nazirliyinin sözçüsü Vaan Unanyan bizim bəyanatımızı müsbət qarşıladığını və bunun müqabilində nümayəndə təyin edəcəklərini bildirib.

Heç bir oyun dəyişdiricisi müdaxilə etməsə, hər iki tərəf qalib gələcək. Ən çox qazanan isə erməni tərəfi olacaq. 1915-ci il kilidi qırılmalıdır. Addım-addım sərhədlərin aradan qaldırılması istiqamətində irəliləməliyik. Hər iki ölkəyə girib-çıxmaq üçün şəxsiyyət vəsiqəsi kifayət etməlidir.

Orjinal

Tərcümə PİA.az-ındır.

Fatimə ƏLİYEVA
pia.az


Etiket:


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

İrandan İsrailə 500-ə yaxın raket atılıb - Yenilənib

NATO-da yeni dönəm: Müharibənin kritik anında vəzifəyə gələn Rüttedən nə gözlənilir?..

Metroda yığılan pul nəyə xərclənir? - Gedişhaqqı artırılır, xidmət keyfiyyəti isə...

DTX-nın hərbi qulluqçularının maaşlarının məbləğlərində dəyişiklik edilib

AMB: Daşınmaz əmlakın icbari sığortası ilə bağlı iş aparılır

Xersonda bazara artilleriya hücumu olub: Ölənlər və yaralananlar var

Ürəyinizin düşməni - Saat 14:00-dan sonra bunları yeməyin

Bakının üç rayonunda suyun verilməsində fasilə yaranacaq

Bakıda məktəbdə partlayış - xəsarət alan var - Yenilənib

Ən çox oxunanalar