Çərşənbə, 09 Oktyabr 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

Baş Prokurorluq saxta sənəd göndərməsi barədə məlumatlara münasibət bildirib

Bu il iyulun 16-da saat 10:19-da bəzi saytlarda “Prokurorluğun FHN-ə göndərdiyi sənəd saxta çıxdı” başlıqlı həqiqətə uyğun olmayan məqalə dərc edilməklə 2020-ci ilin iyul ayında Balakən rayonu, Meşəşambul kənd sakini Həcər Dibirovaya məxsus obyektdə baş verən yanğın hadisəsi ilə bağlı Balakən rayon prokurorluğunda aparılan istintaq zamanı “Azərişıq” ASC tərəfindən təqdim edilən sənədlər əsasında qərar qəbul edildiyi, lakin həmin sənədlərdəki imzaların saxta olması qeyd edilib.

Bu barədə Baş Prokurorluqdan APA-ya daxil olan məlumatda bildirilib.

Məlumatda daha sonra deyilir: “Baş Prokurorluq tərəfindən həmin məlumat qəti surətdə təkzib olunmaqla bildirilir ki, Həcər Dibirovaya məxsus ticarət obyektində yanğının baş vermə səbəblərinin müəyyənləşdirilməsi məqsədilə Balakən rayon prokurorluğunda araşdırma aparılmaqla, cinayət-prosessual qanunvericiliyin tələblərinə müvafiq qaydada toplanmış dəlillər, o cümlədən ekspertiza rəyləri kifayət qədər əsas verdiyindən 5 iyul 2021-ci il tarixdə fakt üzrə Cinayət Məcəlləsinin 225.2-ci (yanğın təhlükəsizliyi qaydalarını pozma - ehtiyatsızlıqdan zərərçəkmiş şəxsin ölümünə və ya digər ağır nəticələrə səbəb olduqda) maddəsi ilə cinayət işi başlanmaqla ibtidai istintaqın aparılması üçün aidiyyəti üzrə Fövqəladə Hallar Nazirliyinin Əməliyyat İstintaq idarəsinə göndərilib”.

Qeyd olunub ki, cinayət işinin başlanılması haqqında qərar qəbul edilərkən “Azərişıq” ASC-nin hər hansı sənədinə istinad olunmayıb, əsas götürülməyib: "Həmçinin nəzərə alınmalıdır ki, prokurorluq, eləcə də digər istintaq qurumları tərəfindən sübutların əldə edilməsi zamanı müxtəlif qurumlara sorğular verilib sənədlər toplanılarkən araşdırma orqanı həmin sənədlərin saxta olub-olmamasına məsuliyyət daşımır, əksinə istintaq zamanı onları tədqiq etməklə cinayət faktları aşkarlandığı təqdirdə qanunamüvafiq tədbirlərin görülməsini təmin edir.

Hazırda qeyd olunan cinayət işi üzrə ibtidai istintaq davam etdirilməklə, sübut edilməli olan bütün halların müəyyənləşdirilməsi, o cümlədən “Azərişıq” ASC və digər qurumlardan daxil olan sənədlərin tədqiqi üzrə zəruri istintaq hərəkətləri yerinə yetirilir: “Göstərilənlərlə əlaqədar, kütləvi informasiya vasitələrinin nümayəndələri tərəfindən cinayət prosesinin yalnız bir iştirakçısının sözlərinə istinadən reytinq qazanmaq xətrinə, baxış saylarının artırılması məqsədi ilə, istintaqın obyektiv gedişinə mane ola biləcək təhrif olunmuş məlumatların yayılmasının yolverilməzliyi məlumatı yayan saytların nümayəndələrinin diqqətinə çatdırılmaqla, etik normalara riayət edilməsini və peşəkar jurnalistikaya xas olmayan hərəkətlərdən çəkinməyi tövsiyə edirik”.

pia.az


Etiket:


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Prezident İlham Əliyev Moskvada MDB Dövlət Başçıları Şurasının iclasında iştirak edib - Yenilənib

Şuşaya köçən daha 16 ailəyə açarları təqdim edilib - Fotolar

Cəlilabaddakı yol qəzasında xəsarət alanların şəxsiyyəti məlum olub - Yenilənib

Paşinyan: Ermənistan bu ay Azərbaycanla sülh müqaviləsi imzalamağa hazırdır - Yenilənib

Aslan İsmayılov iş adamı İlham Qasımovu ifşa etdi - “Dələduzluğunu davam etdirir...”

Moskvada Vladimir Putinlə Nikol Paşinyan arasında ikitərəfli görüş keçirilib - Video

İsrailin İranın Suriyadakı səfirliyinin yaxınlığına hücumunun ilk görüntüləri yayılıb - Yenilənib

Tütün məmulatları tullantılarının ətraf mühitə atılmasına görə cərimənin məbləği kəskin artırılır

Şuşada “Türktransp­lant”ın təsis edilməsinə dair niyyət protokolu imzalanıb - Yenilənib

Moskvada Prezident İlham Əliyevin Putinlə görüşü olub - Yenilənib

Ermənistan Prezidenti: COP29-a qədər Azərbaycanla sülh imzalamağa ümid edirik

Ukrayna parlamentində səfərbərliklə bağlı qanunun müzakirəsi zamanı mübahisə yaranıb

Ən çox oxunanalar

  • Bu gün
  • Bu həftə
  • Bu ay