Çərşənbə, 21 Avqust 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

Çərkəz Şirinovla Ramazan Hüseynovun işi məhkəməyə göndərildi – Korrupsiya, mənimsəmə...

Beyləqan Kənd Təsərrüfatı İstehsalat Müəssisəsi” MMC vəzifəli şəxsləri barəsində olan cinayət işi məhkəməyə göndərilib.

Bu barədə Baş Prokurorluğun Mətbuat Xidmətindən məlumat yayıb

Bildirilir ki, “Beyləqan Kənd Təsərrüfatı İstehsalat Müəssisəsi” MMC-nin fəaliyyətində aşkar edilmiş qanunsuzluqlarla bağlı aparılan araşdırma nəticəsində Baş Prokuror yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsində Cinayət Məcəlləsinin müvafiq maddələri ilə başlanan cinayət işinin istintaqı tamamlanıb.

İstintaqla ayrı-ayrı vaxtlarda qeyd olunan cəmiyyətin direktoru vəzifəsində işləmiş Çərkəz Şirinov və Ramazan Hüseynovun həmin müəssisənin baş mühasibi, aqronomu və digər vəzifəli şəxsləri ilə qabaqcadan əlbir olaraq qurumun xəzinə kitabı, mədaxil və məxaric orderləri və digər sənədlərinin saxtalaşdırılması, satışdan əldə edilmiş vəsaitlərin müəssisənin xəzinəsinə mədaxil edilməməsi və digər bu kimi qanunsuz yollarla müəssisəyə aid pul vəsaitlərini mənimsəmələrinə, eləcə də öz xidməti vəzifələrini lazımi qaydada yerinə yetirməməklə dövlətin qanunla qorunan mənafelərinə mühüm zərər vurmaya səbəb olan səhlənkarlıq hərəkətlərinə yol vermələrinə və digər bu kimi cinayət əməllərini törədərək dövlətə ümumilikdə 157 min manat məbləğində maddi ziyan vurmalarına əsaslı şübhələr müəyyən edilib.

Çərkəz Şirinov və digərlərinə müvafiq olaraq Cinayət Məcəlləsinin 179.2.1 (qabaqcadan əlbir olan bir qrup şəxs tərəfindən mənimsəmə və ya israf etmə), 179.2.3 (şəxs tərəfindən qulluq mövqeyindən istifadə etməklə mənimsəmə və ya israf etmə), 179.2.4 (xeyli miqdarda ziyan vurmaqla mənimsəmə və ya israf etmə), 308.1 (vəzifə səlahiyyətlərindən sui-istifadə etmə), 313 (vəzifə saxtakarlığı), 314.2-ci (ağır nəticələrə səbəb olan səhlənkarlıq) və başqa maddələri ilə yekun ittiham elan edilərək cinayət işi baxılması üçün aidiyyəti üzrə məhkəməyə göndərilmişdir.

Əlavə məlumat üçün bildirilir ki, istintaq zamanı vurulmuş ziyanın qismən ödənilməsi təmin edilib.

Qeyd edək ki, Çərkəz Şirinov hazırda Göygöl rayon Meşələrin İnkişafı Regional İdarəsinin direktoru vəzifəsində işləyir. Onu bu vəzifəyə ETSN-nin Meşələrin İnkişafı Xidmətinin rəisi Namiq Xıdırovun köməkliyi ilə təyin edildiyi bildirilir. Namiq Xıdırovla Çərkəz Şirinovun tələbə yoldaşı olduğu idda edilir. Həmin məlumatla aşağıdakı linkdə tanış ola bilərsiniz:

İnam Kərimovun qovduğu Çərkəz Şirinov "Damazlıq"dan ETSN-ə necə yol tapıb?

PİA.az-adaxil olan digər məlumatda isə qeyd edilir ki, Çərkəz Şirinov və yaxın qohumları “Beyləqan Kənd Təsərrüfatı İstehsalat Müəssisəsi” MMC-nin, hazırkı adı isə Mərkəzi Aran Regional İdarəsinin 500 hekatara yaxın münbit torpaq sahəsini müxtəli yollarla sənədləşdirərək ələ keçiriblər.

Dəfələrlə Kənd Təsərrüfatı Nazirliyi həmin ərazini geri qaytarmağa çalışsa da Çərkəz Şirinov yüksək vəzifəli şəxslərin köməkliyi ilə ələ keçirdiyi torpaq sahələrini özündə saxlaya bilib. Onuda qeyd edək ki, cinayət işində adı hallanan digər sabiq direktor Ramazan Hüseynov vaxtilə Moskva Dövlət Açıq Universitetinin Bakı filialının prorektoru vəzifəsində işləyib. Ramazan Hüseynov həmçinin MTN-işində zərəçəkmiş şəxs kimi tanınır.

pia.az


Etiket:


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

FHN-in güllələnən sabiq əməkdaşı ilə bağlı yeni təfərrüat 

Politoloq: Ərdoğan öz yerinə layiqli namizədlər hazırlayıb...

Azərbaycanın məşhur şirkəti istehsalı və satışı dayandırdı

Ukrayna Kurskda möhkəmlənir, Rusiya Donetski ələ keçirir...

'Əkinçilik" Elmi Tədqiqat İnstitunun deputatlığa namizəd direktoru milyonluq villa tikdirir? - İddia

Azərbaycanda polis kapitanının ölümünün təfərrüatı məlum olub - Foto

Sevda Sanaliyevanı təqib edən şəxs polisə çağırıldı

Elxan Şahinoğlu: Putin demək istədi ki, Kreml Cənubi Qafqazdakı maraqlarını arxa plana keçirməyəcək...

Lukaşenko: Ermənilər bizdən başqa kimə lazımdır?

Bədəl Bədəlov əsəbiləşdi: "Rövnəq Abdullayev mənə dəstək verib?"

Ən çox oxunanalar