Bazar, 06 Oktyabr 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

Qanunsuz ov edən şəxslər cəzalandırılıb

Dövlət Ekoloji Təhlükəsizlik Xidmətinin əməkdaşları tərəfindən keçirilən növbəti nəzarət tədbirləri zamanı Xəzər dənizi sahillərində, Şəmkir su anbarında və Kür çayında qanunsuz balıq ovlayan şəxslər saxlanılıb.

Xidmət rəsmisi Bəhruz Məhəmmədov bildirib ki, araşdırma zamanı brakonyerlərin Bakı şəhər sakini Cəmil Bayramov, Lənkəran rayon sakinləri Əfqan Nəzərov, Fərhad Sadıxov, Valeh Əliyev, Şəmkir rayon sakinləri Elçin Mustafayev, Elman Hüseynov, Tovuz rayon sakini Qalib Abdullayev və Şabran şəhər sakini Mənsur Cəbrayılov olduğu müəyyən edilib, onlardan istifadəsi qadağan olunmuş ov alətləri götürülüb.

“Faktla bağlı qanun pozucuları barəsində protokol tərtib olunub və brakonyerlər ümumilikdə 5600 manat məbləğində cərimələnib”.

B.Məhəmmədov onu da qeyd edib ki, ayrı-ayrı rayonların inzibati ərazisində qanunsuz ov edən Tərtər rayon sakinləri Namiq Mirzəyev, Mübariz Sadıqov, Ağdam rayon sakini Elmin Kazımov və Şəki rayon sakini Araz Rəşidov saxlanılıb, onlardan istifadəsi qadağan olunmuş ov alətləri götürülüb.

Faktla bağlı təqsirkar şəxslər barəsində akt, protokol tərtib olunub və qanunamüvafiq tədbirlər görülüb.

pia.az


Etiket:


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Səhər edilən bu səhv xərçəng riskini artırır - Alimlər açıqladı

Xaricdə ali təhsil almış şəxslər peşə tanınması imtahanı veriblər - Yenilənib

İsrailin İrana müdaxiləsi ən çox Putinə lazımdır

İsrailin məktəb və məscidə hava zərbələri nəticəsində 24 nəfər öldü, 93 yaralı var

Pensiya alanlara şad xəbər - 2 yerdən pul ala biləcəklər - Video

Mayis Bərxudarov komandan vəzifəsindən çıxarıldı - Foto

Bakı yollarının zolaqlı problemi: Çıxış yolu nədir?

Buzovnada ata və oğlu qonşularını bıçaqlayıb, ölən və yaralılar var - Yenilənib

Mayis Bərxudarov vəzifəsindən azad edildi və dərəncama göndərildi

Oktyabrın 6-7-si ilə bağlı əhaliyə xəbərdarlıq 

MOSSAD “Hizbullah”ın peycerlərini partlatmaq əməliyyatını 2022-ci ildən planlaşdırırmış

Ən çox oxunanalar