Şənbə, 12 Oktyabr 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

Xəzərin Pirşağı sahilində 10-a yaxın suiti cəsədi aşkarlanıb - Foto

“Pirşağıda dəniz sahilində 10-a yaxın suiti cəsədi aşkarlanıb. Onlardan 7-si əvvələ aiddir".

Bunu APA-ya Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Bioloji Müxtəlifliyin Qorunması Xidmətinin rəsmisi Arzu Səmədova məlumat verib.

O bildirib ki, hazırda AMEA-nın Zoologiya İnstitutunun əməkdaşları ilə birlikdə hadisə yerindədirlər: “Cəsədlərin əksəriyyəti tamamilə çürüyüb. Nisbətən bütöv qalan cəsədlərin müşahidəsi zamanı üzərlərində kəsici alət izləri göründü. Belə qənaətə gəlmək olur ki, yem axtaran zaman balıqçı torlarına düşən suitilər elə balıqçılar tərəfindən də öldürülüb. Qida axtarışı zamanı suitilər özlərini dənizdə olan iri daşlara çırpırlar. Yaşlı suitilərin də məhz bu zaman zədə alaraq tələf olub dalğa ilə sahilə çıxma ehtimalı var”.

A. Səmədova deyib ki, suitilərin Xəzər dənizinin Azərbaycana aid akvatoriyasında olma müddətləri mart-aprel aylarıdır: “Digər aylarda onlar şimal sahillərinə miqrasiya edirlər”.

AMEA-nın Zoologiya İnstitutunun aparıcı elmi işçisi Süleyman Süleymanov APA-ya bildirib ki, müşahidələr suitilərin ayrı-ayrı vaxtlarda balıqçı toruna düşdüyünü göstərir: “Balıqçılar onlardan azad olmaq üçün kəsici alətlərdən istifadə edib, yaralayıblar. Suitilər qan itirərək ölüblər. Üzərlərində apardığımız müşahidələr onu göstərir ki, bunlar doğrudan da öldürülüb. Əvvəl ölən suitilərin cəsədləri dağılıb. Hətta bəzilərinin cəsədi torpağın altında qalıb. Əvvəl ölən suitilərin ölümü ilə bağlı nəsə demək çətin olacaq”.

Fotolar

pia.az


Etiket:


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Millətlər Liqası: Azərbaycan Estoniya millisinə məğlub olub - Yenilənib

Tramp İrandan gələn təhlükəyə görə hərbi təyyarə tələb edir

Azərbaycanda çörəyin içinə iynə ilə elə şeylər yerdilir ki,... - Sədrdən şok açıqlama

Zelenski Almaniyanın Prezidenti ilə Ukraynanın ehtiyaclarını müzakirə edib

Bayden İsraildən Livandakı BMT sülhməramlılarının təhlükəsizliyini təmin etməyi xahiş edib

Finlandiya MN Ukraynaya əlavə 277 milyon avro ayırmağı nəzərdən keçirir

Avrokomissar: Azərbaycan COP29-a uğurlu sədrlik etməklə iqlim dəyişikliyi ilə mübarizədə vacib rol oynayacaq

Ər arvadının boşanmasının qarşısını almaq üçün maraqlı üsul tapdı - Foto

“Milton” qasırğası nəticəsində Florida ştatında ölənlərin sayı 16 nəfərə çatıb

Ən çox oxunanalar