Bazar ertəsi, 03 İyun 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

Bakıda kişi arvadına 25 bıçaq zərbəsi vuraraq öldürüb - Yenilənib, Video

Abşeron rayonunda baş verən qətlin bəzi təfərrüatı məlum olub.

Baku TV xəbər verir ki, 1991-ci il təvəllüdlü Sənan Umarovun qısqanclıq zəminində aralarında yaranan mübahisə zamanı həyat yoldaşı 1999-cu il təvəllüdlü İnci Umarovaya 25 bıçaq zərbəsi vuraraq qətlə yetirib.

Hadisə şahidlərinin sözlərinə görə, S.Umarov yaşadıqları evdə qadına üç bıçaq zərbəsi vurub. Daha sonra İ.Umarova qaçaraq qonşuya sığınıb. Qadının arxasıyla gedən əri İ.Umarovaya daha 22 bıçaq zərbəsi vuraraq onu öldürüb.

***

Oktyabrın 7-si saat 11 radələrində Abşeron rayonu, Xırdalan şəhərində fərdi yaşayış evində kirayədə yaşayan 1999-cu il təvəllüdlü İnci Umarovanın yaşadığı evdə öldürülməsi barədə rayon prokurorluğuna məlumat daxil olub.

Abşeron rayon prokurorluğundan verilən məlumata görə, aparılmış araşdırmalarla zərərçəkmişin əri 1991-ci il təvəllüdlü Sənan Umarovun şəxsi münasibətlər zəminində aralarında yaranmış mübahisə zamanı İnci Umarovaya bıçaqla çoxsaylı xəsarətlər yetirərək onu qəsdən öldürməsinə əsaslı şübhələr müəyyən edilib.

Faktla bağlı Abşeron rayon prokurorluğunda Cinayət Məcəlləsinin 120.1-ci (qəsdən adam öldürmə) maddəsi ilə cinayət işi başlanmışdır.
Sənan Umarov şübhəli şəxs qismində tutularaq istintaqa cəlb olunub.

Hazırda iş üzrə zəruri istintaq tədbirləri davam etdirilir.

pia.az


Etiket:


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

MN-dəki 143 milyonluq mənimsəmə ilə bağlı iki vəzifəli şəxs həbs edildi

Türkiyədəki Neft Şirkətinə hücum və Netanyahunun oğlunun təxribatçı xəritəsi... - Nələr baş verir?     

Müstəqil olmaq istəyən respublikanın lideri dəstək üçün Rusiyaya səfər edəcək

Netanyahunun ofisi: Baydenin Qəzza planı “yaxşı anlaşma deyil”, lakin İsrail bunu qəbul edəcək...

Baş Prokurorluq zavodun 5 əməkdaşının ölməsi faktı ilə bağlı araşdırma aparır - Yenilənib

FT: Putin Si ilə görüşdə “Sibirin gücü-2”, Ukrayna və banklardan danışıb...

Ərəstun Oruclu: Dünya artıq qlobal müharibə ərəfəsindədir...

Səhiyyə Nazirliyinə yeni səlahiyyətlər verilib

Milli Məclisin növbədənkənar sessiyasının ilk iclasının vaxtı açıqlanıb

Ən çox oxunanalar