Çərşənbə, 01 May 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

Dünya şöhrətli fotoqraf Ermənistanın Oxçuçayı çirkləndirməsini ekoloji terror adlandırıb

Dünya şöhrətli fotoqraf Reza Diqqəti Ermənistanın Oxçuçayı çirkləndirməsini ekoloji terror adlandırıb.

"Report" xəbər verir ki, fotoqraf bununla bağlı "Instagram" hesabında paylaşım edib.

"Ekoloji terror. Oxçuçay Ermənistandan başlayaraq, Azərbaycan ərazisindən keçir və Xəzər dənizinə tökülməzdən əvvəl İranAzərbaycan arasındakı təbii sərhəd olan Araz çayına birləşir. Ermənistan tərəfində iki böyük mədən zavodu mövcuddur: Qacaran-Zəngəzur mis-molibden və Qafan dəmir filizi emalı fabriki. İstehsal zamanı ağır metallarla çirklənmiş su Oxçuçaya tökülür. Almaniyanın "Croniment" mədən şirkəti Ermənistanın Zəngəzur mis-molibden zavodunun 60% səhmlərinə sahibdir. Onların internet səhifələrində "Metallar bizim ehtirasımızdır" deyilir. Çaydakı nikelin miqdarı normaldan 7 dəfə, dəmir 4 dəfə, mis-molibden isə 2 dəfə yüksəkdir. Mart ayında çaydakı forel və digər balıqların kütləvi məhv olmaları müşahidə olundu. Belə görünür ki, çay erməni istehsalçıları tərəfindən sənaye tullantılarının ölkə ərazisindən Azərbaycana göndərilməsi məqsədilə kollektor kimi istifadə olunur. Ermənistan hələ də Beynəlxalq Su Konvensiyasına qoşulmayıb və beynəlxalq öhdəliklər götürməyib. Xəzər dənizinə tökülməzdən əvvəl həm Azərbaycanı, həm də İranı çirkləndirən səssiz bir ekoloji fəlakət müşahidə olunur", - o qeyd edib.

pia.az 


Etiket:


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Coşqun Əliyev daha yüksək vəzifəyə gətirilir - İddia

Növbəti köç karvanı Laçına çatıb, açarlar təqdim olunub - Yenilənib

Bu il Azərbaycandan Həcc ziyarətinə səfərin vaxtı açıqlanıb

ABŞ-da atışma nəticəsində 3 polis əməkdaşı ölüb, 5-i yaralanıb

Bakıda I və II Şəhidlər xiyabanında tanınmadan dəfn edilən 13 nəfərin şəxsiyyəti müəyyənləşib - Siyahı    

Maskın sərvəti “Baidu” ilə əməkdaşlıq fonunda 37 milyard dollar artıb

ABŞ "Qiyamət təyyarəsi"ni göstərdi: İlk olaraq prezidenti xilas edəcək - Foto

Əli Mirəliyev: “Kişi botoks etdirməz, saçına rəng qoymaz” - Video    

Ən çox oxunanalar