Çərşənbə axşamı, 20 Avqust 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

“Bəxt üzüyü”ndəki saz kimin olub? - Afaq Bəşirqızından açıqlama

Xalq artisti Afaq Bəşirqızı uzun illərdən sonra “Bəxt üzüyü” haqqında bilinməyən faktı açıqlayıb.

BAKU.WS xəbər verir ki, “Səhər mərkəzi” proqramına qonaq olan aktrisa 1991-ci ildə ekranlaşdırılan filmin məşhur səhnəsindən danışıb. Bəşirqızı ekran əsərinin qonaqlıq səhnəsi zamanı əlində olan sazın Xalq şairi Zəlimxan Yaquba məxsus olduğunu bildirib:

“Həmin o saz mərhum Xalq şairi Zəlimxan Yaqubun idi. Ondan almışdıq. Zəlimxan Yaqub sazı bizə verib ehtiyatla istifadə etməyimizi tapşırmışdı. Hətta bir nümayəndə də göndərmişdi. Mən də belə bir epizodu canlandıracağımı heç kəsə deməmişdim. Bilirdim, desəydim, sazla belə bir şeyin mümkün olmayacağını bildirərdilər. Ona görə özüm yerə yıxıldım, sonra da sazı yoxladım”.

Qeyd edək ki, “Bəxt üzüyü” dramaturq Vaqif Səmədoğlunun eyniadlı pyesinin motivləri əsasında ekranlaşdırılıb. Filmin çəkilişləri 2 ay ərzində Şüvəlanda, Mərdəkanda və Bilgəhdə reallaşdırılıb. Rejissoruluğunu mərhum Ramiz Əzizbəylinin etdiyi ekran əsərində Afaq Bəşirqızı, Valeh Kərimov, Gülşad Baxşıyeva, Rəfael Dadaşov, Ayşad Məmmədov kimi tanınmış aktyorlar rol alıblar.

pia.az


Etiket:


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

FHN-in güllələnən sabiq əməkdaşı ilə bağlı yeni təfərrüat 

Politoloq: Ərdoğan öz yerinə layiqli namizədlər hazırlayıb...

Azərbaycanın məşhur şirkəti istehsalı və satışı dayandırdı

Şoltsdan Ukraynaya yardımın dayandırılmasına reaksiya

Ukrayna Kurskda möhkəmlənir, Rusiya Donetski ələ keçirir...

'Əkinçilik" Elmi Tədqiqat İnstitunun deputatlığa namizəd direktoru milyonluq villa tikdirir? - İddia

Elxan Şahinoğlu: Putin demək istədi ki, Kreml Cənubi Qafqazdakı maraqlarını arxa plana keçirməyəcək...

Lukaşenko: Ermənilər bizdən başqa kimə lazımdır?

Ən çox oxunanalar