Şənbə, 05 Oktyabr 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

Qarabağa gedən İran maşınları... - Ermənilər onlarla azərbaycan dilində danışır - Video

Ermənistanın 5TV telekanılında İrandan gələn yük maşınları ilə bağlı süjet efirə gedib.

PİA.az xəbər verir ki, Qafan-Goris (Gorus) avtomobil yolunda çəkildiyi bəlli olan süjetidə Azərbaycan mənşəli iranlı sürücü iddia edir ki, onun yük maşınını daşla vurublar.

"Ağayi Həmid" kimi təqdim olunan sürücü ilə söhbət zamanı (yeri gəlmişkən, erməni müxbir onunla Azərbaycan türkcəsində danışır) 5TV əməkdaşı əlinin işarəsi ilə AzərbaycanErmənistan ərazilərini  göstərərək maşını məhz azərbaycanlıların daşqalaq etdiyini iddia edir.

Son dərəcə absurd olan bu iddianı hələlik bir kənara qoyaraq qeyd edək ki, İranın Ermənistanla ticarət dövriyyəsində İslam Respublikasının 2 əyaləti ilk sıranı tutur: Şərqi Azərbaycan və Qərbi Azərbaycan.

Bu iki vilayətdən daşınan mal-əmtəə, o cümlədən yanacaq Dağlıq Qarabağ ərazisinə də qanunsuz olaraq daşınır.

İranda milli təəssübkeşliyi ticari mənfəətə qurban verən azərbaycanlılar kimi, istər milli təəssübkeşlik, istərsə də dini həmrəyliyi əsas götürərək bu halı pisləyən iranlılar da azlıqda deyil.

44 günlük İkinci Qarabağ müharibəsi zamanı İran-Ermənistan sərhədindəki Nurduz sərhəd-keçid məntəqəsində Rusiyadan göndərilmiş hərbi təyinatlı "Kamaz" maşınlarını daşlayan, sonra da bir neçəsini odlayan, Azərbaycan Respublikası silahlı qüvvələrinin sərhədyanı ərazilərdəki döyüşlərini izləyən və əsgərlərimizi "Yaşasın Azərbaycan!" sədası ilə alqışlayan cənub soydaşlarımız yaddaşlardan heç vaxt silinməyəcək.

5TV-nin süjetində Ermənistana yük daşıyan maşınları daşlayan da məhz həmin azərbaycanlılardır.

Avqustun 11-də Azərbaycan XİN İran dövlətinə nota verib. Bununla da İslam Respublikasına bir daha başa salınıb ki, rəsmi Bakı öz ərazisinə, yəni Dağlıq Qarabağa qanun yük daşınmaları ilə barışmaq, bu faktlara barmaqarası baxmaq niyyətində deyil.

Ümid edək ki, İran azərbaycanlıları da bu nəticəyə gələcək ki, bir gün həqiqətən Azərbaycan Respublikası ərazisində Azərbaycan vətəndaşları tərəfindən daşqalaq edilə bilərlər. Hətta bundan betəri də ola bilər.

pia.az

 


Etiket:


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Prezident İlham Əliyev Cəbrayıl şəhərində inşa olunan yaşayış kompleksinin açılışında iştirak edib - Yenilənib

Qonşusunun yetim uşağını döyə-döyə diləndirdi: Bakıda görünməmiş vəhşilik

Tağı Əhmədovu ağır vəziyyətdə Təzəpirə gətirdilər

Baş nazir Əhməd Əhmədzadənin vəzifəsini dəyişdi

Azərbaycanda həbs olunsa da rütbəsi alınmayan yeganə general

Nəsimi rayonunun bir qrup sakini Birinci vitse-prezidentə və "İDEA" İctimai Birliyinin sədrinə müraciət ünvanlayıb

Tələbənin maşınla öldürdüyü piyada vəzifəli şəxsin atası imiş

Prezident: Azərbaycanın daha böyük coğrafiyada önəmli ölkəyə çevrilməsi prosesi bundan sonra da uğurla gedəcək

SOCAR: Karbamid Zavodunda istixana qazlarının emissiyası azaldılıb

Putin doğum günündə MDB liderləri ilə görüşəcək

Arxeologiyanın ürəyi Türkiyənin Şanlıurfasında döyünür – Fotolar

Azərbaycan Prezidenti: Qələbəmiz göstərdi ki, ədalətsizliyə qarşı mübarizə aparmaq mümkündür

Ən çox oxunanalar