Şənbə, 21 Sentyabr 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

Azərbaycan azarkeşləri Premyer Liqasız qala bilər - Açıqlama

Dünyanın ən baxımlı futbol çempionatı olan İngiltərə Premyer Liqasını bu mövsüm Azərbaycan tamaşaçıları televiziya ekranlarından izləməyə bilər.

Oxu.Az-ın xəbərinə görə, son illər bu çempionatı daim tamaşaçılara çatdıran “İdman TV” müəyyən səbəblərdən Premyer Liqanın yayım hüququnu almaqda çətinlik çəkir.

Məsələ ilə bağlı “İdman TV”nin direktoru Rövşən Binnətli ilə əlaqə saxladıq. O, bu həftə bu məsələnin tam dəqiqləşəcəyini bildirib:

“Bu həftə telekanalın Premyer Liqanı verib-verməyəcəyi dəqiq bilinəcək. Hələ ki, ümid var”.

Rövşən Binnətli onu da bildirib ki, əvvəlki iki mövsümü 1+1 şərtli müqavilə ilə alıblar. O, kommersiya sirri olduğundan bir mövsümlük yayımın neçəyə başa gəldiyini demək istəməyib.

Azərbaycanda fəaliyyət göstərən ikinci idman telekanalı “CBC Sport” isə bu yayımla maraqlanmayıb. Bu barədə saytımıza telekanalın baş redaktoru Şəmsəddin Abbasov deyib.

Qeyd edək ki, İngiltərə Premyer Liqası avqustun 13-də “Brentford” – “Arsenal” görüşü ilə start götürəcək. Bu matç Bakı vaxtı ilə saat 23:00-da başlayacaq.

Xatırladaq ki, ötən mövsüm “İdman TV” İngiltərə Premyer Liqasının görüşlərini canlı versə də, may ayından etibarən son turun matçları göstərilməyib.

pia.az 


Etiket:


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Rusiya bir neçə aydır Kurskun işğalını gözləyirmiş - Sənədlər ələ keçirilib...

Elman Rüstəmovun həbsdəki şərikinin sensasion məktubu üzə çıxdı - Bizdən 10 milyon pul, 2 milyonluq mənzil aldı!

Politoloq: İranda hər kəs, Xamenei də, SEPAH da, Pezeşkian da öz rolunu oynayır...

İsrailin Beyruta zərbələri nəticəsində ölənlərin sayı 8-ə çatıb - Yenilənib

Vəhşicəsinə qətlə yetirilən Narinin hansı tarixdə və necə öldürüldüyü məlum oldu: Qorxunc faktlar

Məhkəmə Xoşqədəm Hidayətqızına qadağa qoydu

Prezident İlham Əliyev Qarabağ Universitetinin təmirdən sonra açılışında iştirak edib, tələbələrlə görüşüb - Yenilənib

Prezident İlham Əliyev Xankəndidə Qarabağ Universitetinin tələbə yataqxanasının təmirdən sonra açılışında iştirak edib - Yenilənib

Zaxarova: Qərb Cənubi Qafqazda sülhün təmin edilməsinə qarşıdır

Politoloq: Moskva-İrəvan münasibətləri göründüyü qədər də gərgin deyil...

Ən çox oxunanalar