Çərşənbə, 09 Oktyabr 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

Attestatla xaricdə təhsil... - Diplomlar hansı əsaslara dayanılaraq tanınılır?

Attestatla xarici ölkədə universitetə qəbul Azərbaycan qanunvericiliyinə nə qədər uyğundur?..

Təhsil eksperti: “Hal-hazırda xarici ölkələrdə təhsil alan azərbaycanlı tələbələrin sayı 40 minə yaxındır. Onlardan 15 mini qardaş Türkiyədə, 20 mindən çoxu Rusiya, Ukrayna, Gürcüstan universitetlərində təhsil alır”.

“Xaricdə Təhsil proqramı ilə gəncləri daha çox , Tibb, Baytarlıq, Kənd təsərrüfatı, Mühəndislik, Yüksək texnologiyalar, Qədim dillər, Maliyyə, Nəqliyyat kimi vacib ixtisasları əhatə etməlidir. Çünki bu sahədə ölkəmizdə ali təhsil müəssisələrinin hazırladıqları kadrlar əmək bazarının tələblərinə və müasir standartlara cavab vermir”.

Bu sözləri təhsil eksperti Kamran Əsədov Azərbaycandan çoxlu sayda gənci Türkiyəyə, Ukraynaya və s. ölkələrin universitetlərinə attestatla qəbul etdirən şirkətlərin fəaliyyətini PİA.az-a şərh edərkən qeyd edib.

Hər bir gənc xaricdə təhsil alıb təcrübə qazamaq üçün imkanlar axtarır. Bilirik ki, Azərbaycanda gəncləri xaricə təhsil almağa göndərən çoxlu sayda şirkətlər var və bu şirkətlər hər il Azərbaycandan çoxlu sayda gənci Türkiyəyə, Ukraynaya və s. ölkələrin universitetlərinə attestatla qəbul etdirirlər.

Bəs bu şirkətlərin fəaliyyətini necə dəyərləndirmək olar? Ümumiyyətlə attestatla xarici ölkədə universitetə qəbul Azərbaycan qanunvericiliyinə nə qədər uyğundur və bu tələbələrin aldıqları diplomlar Azərbaycanda necə və hansı əsaslara dayanılaraq tanınılır?

Mövzunu PİA.az-ın əməkdaşı təhsil eksperti Kamran Əsədov ilə müzakirə edib.

Kamran Əsədov: “Ölkədə xarici ölkələrə tələbə qəbulu xidməti göstərən şirkətlərin heç biri Təhsil Nazirliyi ilə bir bağlantısı yoxdur və rəsmi lisenziya almayıblar”.

Məhz DİM-in keçirdiyi imtahanlarda aşağı bal toplayaraq tələbə adını qazana bilməyən abituriyentlərin müxtəlif yollardan istifadə etməklə təhsil almaq istədiklərini bildirən ekspert PİA.az-a açıqlamasında qeyd edib ki, ali məktəblərə qəbulun nəticələrinin açıqlanması xaricdə təhsil vəd edən fırıldaqçı şəbəkəni yenidən hərəkətə gətirib. Son vaxtlar sosial şəbəkələrdə, radio və televiziya kanallarında xaricdə təhsil elanları çoxalıb:

“İlk növbədə qeyd etmək istəyirəm ki, hal-hazırda xarici ölkələrdə təhsil alan azərbaycanlı tələbələrin sayı 40 minə yaxındır. Onlardan 15 mini qardaş Türkiyədə, 20 mindən çoxu Rusiya, Ukrayna, Gürcüstan universitetlərində təhsil alır.
Xarici ölkələrdə təhsil almaq üçün gedənləri əsasən bir neçə qrupa bölmək olar. Onlardan biri Dövlət İmtahan Mərkəzi tərəfindən keçirilən qəbul imtahanlarında topladıqları ballar burada ali məktəblərə qəbul olmağa imkan verilməyənlərdir ki, bunların sayı hədsiz dərəcədə çoxdur. Bu kateqoriyaya aid olan şəxslər daha çox Ukrayna, Rusiya, Dərbənd, Dağıstan, Gürcüstan kimi ərazilərin universitetlərində təhsil almağa üstünlük verirlər. Səbəb isə odur ki, bu universitetlərdə hətta prestijli ixtisaslarda təhsil alsalar belə, qeyri-qanuni yollarla təhsillərini başa vura bilir hətta Azərbaycan universitetlərinə köçürülürlər. Bu ölkələrdə təhsil almağa gedənlərin əksəriyyəti hüquq, maliyyə - iqtisadiyyat kimi ixtisaslara daha çox üstünlük verirlər ki, sonradan köçürülmə zamanı Azərbaycanda presejli ixtisaslarda təhsillərini davam etdirsinlər.

İkinci kateqoriyanı o şəxslər təşkil edir ki, onlar Azərbaycanda ali məktəblərə qəbul olurlar, amma aldıqları təhsil onları qane etmir. Ona görə də daha yüksək səviyyədə təhsil almaq üçün onlar xarici ölkələrə üz tuturlar. Müəyyən şəxlər də var ki, ali təhsil almaq istəyir, amma Azərbaycanda təhsil haqları yüksək olduğu üçün daha ucuz təhsil haqqı olan ölkələrə gedirlər. Bu şəxslər daha çox Türkiyə, Macarıstan, və digər Avropa ölkələrinin univerisutetlərinə üz tuturlar və seçdikləri ixtisaslar Tibb, Komputer və ya informasiya texnologiyaları, nano texnologiya kimi ixtisaslar olur.

Hesab edirəm ki, Dövlət Proqramının əsas məqsədinin rəqabət qabiliyyətli iqtisadi sistemin formalaşdırılması və davamlı inkişafın təmin edilməsi baxımından ölkəmizin müasir tələblərə cavab verən kadrlara ehtiyacının ödənilməsi, istedadlı gənclərin dünyanın inkişaf etmiş ölkələrində təhsil almaq imkanlarının genişləndirilməsi prosesinin səmərəliliyinin artırılmasını təmin etməkdən ibarət olduğunu nəzərə alaraq, ölkədə ehtiyac duyulan ixtisaslar üzrə doktorantura üçün xaricə adamların göndərilməsi çox vacibdir.

Kamran Əsədov: “Valideyinlər, abituriyentlər bilməlidir ki, xaricdə təhsil xidməti göstərən şirkətlərin hansısa, üstünlüyü yoxdur. Onlar özləri də, istədikləri xarici universitetin saytından qeydiyyatdan keçib tələb olunan sənədləri göndərməklə bu prosesi həyata keçirə bilərlər”.

Düşünürəm ki, Xaricdə təhsil Dövlət Proqramı çərçivəsində xarici ölkələrdə təhsil almağa gedənlər üçün zəruri ixtisaslar üzrə xaricdə təhsil almalarını və ölkənin inkişafının mühüm amilinə çevrilmələrini təmin etmək məqsədi güdülməlidir. Xaricdə Təhsil proqramı ilə gəncləri daha çox , Tibb, Baytarlıq, Kənd təsərrüfatı, Mühəndislik, Yüksək texnologiyalar, Qədim dillər, Maliyyə, Nəqliyyat kimi vacib ixtisasları əhatə etməlidir. Çünki bu sahədə ölkəmizdə ali təhsil müəssisələrinin hazırladıqları kadrlar əmək bazarının tələblərinə və müasir standartlara cavab vermir. Məhz DİM-in keçirdiyi imtahanlarda aşağı bal toplayaraq tələbə adını qazana bilməyən abituriyentlər müxtəlif yollardan istifadə etməklə təhsil almaq istəyirlər. Ali məktəblərə qəbulun nəticələrinin açıqlanması xaricdə təhsil vəd edən fırıldaqçı şəbəkəni yenidən hərəkətə gətirib. Son vaxtlar sosial şəbəkələrdə, radio və televiziya kanallarında xaricdə təhsil elanları çoxalıb.

Vacib bir qeydi deyim ki, ölkədə xarici ölkələrə tələbə qəbulu xidməti göstərən şirkətlərin heç biri Təhsil Nazirliyi ilə bir bağlantısı yoxdur və rəsmi lisenziya almayıblar. Sadəcə olaraq vergi ödəyicisi kimi qeydiyyatdan keçib xidmət göstərirlər. ƏLbətdə ki, bu hüquq pozuntsu deyil. Sadəcə olaraq valideyinlər, abituriyentlər bilməlidir ki, xaricdə təhsil xidməti göstərən şirkətlərin hansısa, üstünlüyü yoxdur. Onlar özləri də, istədikləri xarici universitetin saytından qeydiyyatdan keçib tələb olunan sənədləri göndərməklə bu prosesi həyata keçirə bilərlər”.

Nərminə UMUDLU
pia.az


Etiket:


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Prezident İlham Əliyev Moskvada MDB Dövlət Başçıları Şurasının iclasında iştirak edib - Yenilənib

Şuşaya köçən daha 16 ailəyə açarları təqdim edilib - Fotolar

Cəlilabaddakı yol qəzasında xəsarət alanların şəxsiyyəti məlum olub - Yenilənib

Paşinyan: Ermənistan bu ay Azərbaycanla sülh müqaviləsi imzalamağa hazırdır - Yenilənib

Aslan İsmayılov iş adamı İlham Qasımovu ifşa etdi - “Dələduzluğunu davam etdirir...”

Moskvada Vladimir Putinlə Nikol Paşinyan arasında ikitərəfli görüş keçirilib - Video

İsrailin İranın Suriyadakı səfirliyinin yaxınlığına hücumunun ilk görüntüləri yayılıb - Yenilənib

Tütün məmulatları tullantılarının ətraf mühitə atılmasına görə cərimənin məbləği kəskin artırılır

Şuşada “Türktransp­lant”ın təsis edilməsinə dair niyyət protokolu imzalanıb - Yenilənib

Moskvada Prezident İlham Əliyevin Putinlə görüşü olub - Yenilənib

Ermənistan Prezidenti: COP29-a qədər Azərbaycanla sülh imzalamağa ümid edirik

Ukrayna parlamentində səfərbərliklə bağlı qanunun müzakirəsi zamanı mübahisə yaranıb

Ən çox oxunanalar

  • Bu gün
  • Bu həftə
  • Bu ay