Çərşənbə, 21 Avqust 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

Bakıda narkotik satan daha 4 nəfər saxlanılıb

Suraxanı Rayon Polis İdarəsinin əməkdaşları tərəfindən rayon ərazisində narkotik vasitələrin qanunsuz dövriyyəsi və satışı ilə məşğul olan şəxslərin ifşa edilməsi istiqamətində əməliyyat tədbirləri davam etdirilir.

Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən verilən məlumata görə, növbəti əməliyyat zamanı Suraxanı, Əmircan, Bülbülə, Yeni Günəşli, eləcə də, rayonun inzibati ərazisinə daxil olan digər ərazilərdə narkotiklərin qanunsuz dövriyyəsində şübhəli bilinən daha 4 nəfər tutulub.

Belə ki, tədbir zamanı paytaxt sakinlərin Əli Şahrzayev və Allahverdi Allahverdiyev saxlanılıblar. Onların üzərindən narkotik vasitə olan heroin aşkar olunaraq götürülüb. Bu şəxslər ifadələrində narkotik vasitələri tanışları olan Suraxanı rayon sakini Qadir Ağayevdən aldıqlarını bildiriblər. Əməliyyat zamanı həmin şəxs də saxlanılaraq istintaqa təqdim olunub. Q.Ağayevin üzərinə və idarə etdiyi avtomobilə baxış zamanı 4 qram narkotik vasitə heroin aşkar olunaraq götürülüb.

Qeyd edək ki, narkotik vasitələrin satışı ilə məşğul olan Qadir Ağayev əvvəl məhkum olunub. O, məhkumlar üçün nəzərdə tutulan elektron qolbaqla təchiz edilib. Buna baxmayaraq Q.Ağayev yenidən narkotik vasitələrin satışı ilə məşğul olduğu üçün saxlanılıb.

Suraxanı Rayon Polis İdarəsinin əməkdaşları tərəfindən həyata keçirilən daha bir əməliyyat zamanı Yeni Günəşli qəsəbəsində narkotik vasitələrin satışı ilə məşğul olan Tofiq Məlikov saxlanılıb. Onun üzərindən 1 kiloqram 70 qram heroin və satışı qadağan olunan psixotrop tərkibli “Tramadol” həbi aşkar olunaraq götürülüb.

Adları sadalanan şəxslər barəsində Suraxanı Rayon Polis İdarəsinin İstintaq Şöbəsində Cinayət Məcəlləsinin müvafiq maddələri ilə cinayət işləri başlanılıb. Saxlanılanların digər cinayət əlaqələrinin müəyyən edilməsi istiqamətində istintaq-əməliyyat tədbirləri davam etdirilir.

Onların qanunsuz əməllərindən zərərçəkən başqa vətəndaşlar varsa bu barədə ərazi polis orqanlarına, habelə, Nazirliyin "102" Xidməti-Zəng Mərkəzinə məlumat verə bilərlər.

pia.az


Etiket:

Şərh yazın.


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

FHN-in güllələnən sabiq əməkdaşı ilə bağlı yeni təfərrüat 

Politoloq: Ərdoğan öz yerinə layiqli namizədlər hazırlayıb...

Azərbaycanın məşhur şirkəti istehsalı və satışı dayandırdı

Ukrayna Kurskda möhkəmlənir, Rusiya Donetski ələ keçirir...

'Əkinçilik" Elmi Tədqiqat İnstitunun deputatlığa namizəd direktoru milyonluq villa tikdirir? - İddia

Azərbaycanda polis kapitanının ölümünün təfərrüatı məlum olub - Foto

Bədəl Bədəlov əsəbiləşdi: "Rövnəq Abdullayev mənə dəstək verib?"

Elxan Şahinoğlu: Putin demək istədi ki, Kreml Cənubi Qafqazdakı maraqlarını arxa plana keçirməyəcək...

Lukaşenko: Ermənilər bizdən başqa kimə lazımdır?

Sevda Sanaliyevanı təqib edən şəxs polisə çağırıldı

Ən çox oxunanalar