Bazar ertəsi, 07 Oktyabr 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

Biləsuvarda Şəhidlər Abidə Kompleksinin açılışı olub 

Biləsuvar rayonunun Xırmandalı kəndində Şəhidlər Abidə Kompleksinin açılışı olub.

"Report"un Muğan bürosunun məlumatına görə, tədbirdə Biləsuvar Rayon İcra Hakimiyyətinin rəsmiləri, hüquq-mühafizə orqanlarının rəhbərləri, şəhidin yaxınları, kənd sakinləri, rayon ictimaiyyətinin nümayəndələri iştirak edib.

Eyni zamanda, Xırmandalı kəndində 1978-ci ildə inşa edilmiş 1941-1945-ci il abidə kompleksi və 1990-ci ildə inşa edilən 20 Yanvar abidəsi yenidən restavrasiya olunub, əlavə olaraq abidə kompleksi yanında həm Birinci Qarabağ müharibəsi, həm Vətən müharibəsi şəhidlərinin xatirəsinə həsr olunan, yeni inşa edilmiş abidə kompleksinin açılışı olub.

Qeyd edək ki, İkinci Dünya müharibəsinin iştirakçıları arasında qədim Biləsuvar torpağından 4380 nəfərdən çox oğul və qızlarımız da əsl qəhrəmanlıq göstərib.

Onlardan 700 nəfərdən çoxu həlak olub, itkin düşüb. 780 nəfər müxtəlif orden və medallarla təltif olunub. 9 May - Faşizm üzərində Qələbə Günündə adını Reyxstaqın divarlarına yazan igidlərdən biri də biləsuvarlı Səfər Əsgərov olub.

İkinci Dünya müharibəsində qəhrəmanlıqla vuruşmuş biləsuvarlılardan Səfər Əsgərovun, Dayandur Nadirovun, Nobat Ağayevanın, Ağaverdi İmanovun, Mustafa Əliyevin və başqalarının adları bu gün də ehtiramla yad olunur.

Qeyd edək ki, Şəhidlər Abidə Kompleksi Biləsuvar Rayon İcra Hakimiyyətinin, şəhid ailələrinin, kənd ictimaiyyətinin nümayəndələrinin və iş adamlarının dəstəyi ilə inşa edilib.

pia.az


Etiket:

Şərh yazın.


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Üç bürc üçün inanılmaz xoşbəxt bir mərhələ başlayıb

Mayis Bərxudarov vəzifəsindən azad edildi və dərəncama göndərildi

Üzeyir Mehdizadə kimdir? Haralıdır və neçə yaşı var? - Şəxsi həyatını sirr saxlayır...

Səhər edilən bu səhv xərçəng riskini artırır - Alimlər açıqladı

Xaricdə ali təhsil almış şəxslər peşə tanınması imtahanı veriblər - Yenilənib

Mayis Bərxudarov komandan vəzifəsindən çıxarıldı - Foto

Pensiya alanlara şad xəbər - 2 yerdən pul ala biləcəklər - Video

İsrailin İrana müdaxiləsi ən çox Putinə lazımdır

Bakı yollarının zolaqlı problemi: Çıxış yolu nədir?

İsrailin məktəb və məscidə hava zərbələri nəticəsində 24 nəfər öldü, 93 yaralı var

Qəzzada ölənlərin sayı 41,9 min nəfərə çatıb

Ən çox oxunanalar

  • Bu gün
  • Bu həftə
  • Bu ay