Cümə, 03 May 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

Çində xalqın yüksələn azadlıq duyğusu - Berlin divarı kimi Pekin “divar”ı da yıxılacaq

Berlində olduğu kimi, xalqların azadlıq istəyi bu qədər güclü olduqca Çində nə kərpic divarlar, nə də təhlükəsizlik divar uzun müddət qala bilməz...

Serdar Turgut
“Habertürk” qəzeti, Türkiyə, 19 fevral 2021-ci il

Hər kəsin sosial media vasitəsilə xəbərdar olduğu tarixi “Berlin divarı” hadisələrini daha detallı izah etməyə ehtiyac var.

Qərbi Almaniyanı Şərqi Almaniyadan ayıran və Şərqi Almaniyadan Qərbə keçidin qarşısını almaq üçün 1961-ci ildə tikilməyə başlanan 46 kilometr uzunluğunda olan və Qərb dünyasında “utanc divarı” adlanırılan Berlin divarı 1989-cu ildə yıxılmış və beləcə, Alman7tanın Şərqindən Qərbinə gediş-gəliş açılmışdı.

Əslində, inşası davam edərkən də divarın yıxılacağı məlum idi. Kommunist rejimi altında əzilən və açıq səma həbsxanasında yaşayan insanlar azadlıqlarına qovuşmaq üçün ilk gündən öz həyatlarını riskə atır və divar səddini aşaraq Qərbi Berlinə keçmək üçün mübarizə aparırdılar.

Con le Karın “Soyuqdan gələn casus” romanı divardan keçərkən vurulan və öldürülən şəxsin təsvir olunduğu bir səhnə ilə başa çatır. İllər boyu o roman qəhrəmanı kimi divarı aşmağa çalışarkən Şərqdəki alman əsgərlərinin açdığı atəşlə onlarla insan öldürüldü. Lakin ölüm təhlükəsi belə insanların azadlıq axtarışına heç vaxt mane ola bilmədi.

Nəhayət, 1989-cu ildə kapitalizmə qarşı ideoloji müharibəsində çoxdan məğlub olmuş kommunist sistem artıq buna dözə bilmədi və xalqlarının xilası üçün divarın sökülməsi əmrini verdi.

Çin divarı da yıxılacaq

Bu avtoritar və uğursuz sistemin çökməsinə bənzər şəkildə, başqa bir divarın da çöküşünü izləməyimizə lap az qalıb.

Çin Xalq Respublikasının sistemi də Almaniyanın şərqindəki sistem kimi tezliklə çökəcəyinə dair işarələr verir.

Bəs Çin qlobal səviyyədə super güc olmaq yarışına girərkən, Türkiyənin də Qərbə alternativ olacağını demək nə dərəcə doğrudur?

Lakin unutmayaq ki, Berlin Divarı şəhərin ortasında durarkən kommunist sistem Amerika ilə güc rəqabətinə başlamışdı (Soyuq Müharibə). Sistemin ideoloqları çox güclü idilər, lakin xalqlarının azadlıq arzusu sistemlərini daxildən çürüdürdü. Nəticədə, güclü görünən sistem içəridən çürüdü və Berlin divarının yıxılması ilə tamamilə çökdü.

“Clubhouse” hadisəsi işarə verdi

Bu təcrübənin Çin nümunəsində təkrarlanacağına dair ən böyük işarə də Çində “Clubhouse” sosial media platformasının yalnız bir həftə sonu ərzində azad olmasıdır. Çin söz və ifadə azadlığından qorxduğu üçün 2007-ci ildə “Youtube”u, 2009-cu ildə “Twitter” və “Facebook”a təhlükəsizlik divarı tətbiq edib, yəni sosial mediadan istifadəni məhdudlaşdırıb.

“Clubhouse” dünyada artan bir trend olan kimi bu sosial şəbəkə cəmi bir həftə içində Çinin təhlükəsizlik divarından çıxdı və bir neçə saat ərzində kütlələr illərdir darıxdıqları söz və ifadə azadlığı üçün bu sosoal şəbəkəyə axın etdilər. Söhbət otaqlarına yalnız dəvət ilə qoşula biləcəyiniz bu sosial şəbəkədə insanlar hər dəvət üçün 300 yuan (47 dollar) ödəməyə belə hazır oldular. Azadlıq axtaran və “We chat” söhbət otaqlarına qoşulmaq istəyən insanlar uzun növbələr yaratdılar.

Sistemləri mütləq dağılacaq

Təəssüf ki, bir çox çinlinin uzun illər arzusunda olduğu bu azadlıq mühiti də çox çəkmədi. Səlahiyyətlilər yalnız güc tətbiqi ilə davam etdirə biləcəkləri sistemlərini “qorumaq” üçün bazar ertəsi günü təhlükəsizlik divarı ilə “Clubhouse” sosial şəbəkəsini məhdudlaşdırdılar.

Ancaq qorxu heç bir fayda vermir. Berlində olduğu kimi, xalqların azadlıq istəyi bu qədər güclü olduqca Çində nə kərpic divarlar, nə də təhlükəsizlik divar uzun müddət qala bilməz. Bu divar çökəndə Çinin sistemi də bütünlüklə çökəcək.

Orjinal

Tərcümə PİA.az-ındır.

Fatimə ƏLİYEVA
pia.az



Şərh yazın.


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Azərbaycanda sabiq nazir hər ay mənimsədiyi pulların miqdarını açıqladı

MSK Ramin Məmmədovun deputat səlahiyyətlərinə xitam verib - Yenilənib

Ağcabədidə qadın qətlə yetirilib, qaynı saxlanılıb - Yenilənib

Prezidentin sərəncamı 3000-ə yaxın şəxsə şamil olunacaq

Rusiya 15 ukraynalı əsir hərbiçini edam edib - Human Rights Watch bu cinayətləri təsdiqləyib...

Dini liderlər Füzuli şəhərində olublar - Yenilənib

Dostunun 14 yaşlı qızını qaçıran kişi həbs olundu

66 konqresmen Azərbaycana qarşı sanksiyalar tətbiq etmək təklifi ilə çıxış edib...

VI Ümumdünya Mədəniyyətlərarası Dialoq Forumu başa çatıb - Yenilənib  

Altı körpənin yanaraq ölməsində təqsirləndirilən Mehriban Abasquliyevaya yenidən vəzifə verilir? - Açıqlama

İkinci Dünya müharibəsində iştirak etmiş şəxslərə birdəfəlik maddi yardım veriləcək - Sərəncam

Ən çox oxunanalar