Cümə, 10 May 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

Həmsədrlərin iki cümləlik bəyanatı nədən xəbər verir? - Pərdəarxası məqamlar...

ATƏT-in Mins qrupunun həmsədrlərinin 44 günlük müharibədən sonra yaranmış status-kvoyla bağlı dəyərləndirmələri hazırkı vəziyyətə nə qədər adekvatdır?...

Politoloq: “Həmsədr ölkələr ilk növbədə status oyunu adı altında regionda mövcudluq mübarizəsi aparırlar”.

Rusiya üçün beynəlxalq status almış rus ordusunun regionda yerləşməsi, hansısa sonu naməlum olan danışıqlara digər iki ölkənin cəlb edilməsindən daha vacibdir”.

Bu sözləri politoloq Azər Qasımov müharibədən sonra Minsk qrupunun yaydığı ilk bəyanatı PİA.az şərh edərkən qeyd edib.

Minsk qrupu AzərbaycanErmənistan XİN rəhbərləri ilə keçirdiyi görüşlə bağlı bəyanat yayıb. Bu bəyanat müharibədən sonra olan ilk bəyanatdır və bəyanat iki cümlədən ibarətdir.

Fevralın 16-da həmsədrlər Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramovla və Ermənistanın Xarici işlər naziri Ara Ayvazyanla ayrı-ayrılıqda videokonfrans formatında danışıqlar aparıblar. Danışıqlarda ATƏT-in hazırkı sədrinin şəxsi nümayəndəsi Anjey Kaspşik də iştirak edib.

Qeyd edilir ki, həmsədrlər hər bir nazirlə bölgədəki sabitliyin təmin olunması, vasitəçilik prosesinin üsulları və ATƏT-in fəaliyyətdə olan sədrinin şəxsi nümayəndəsinin rolu ilə bağlı uzun və əsaslı fikir mübadiləsi aparıblar.

Görüşdə bu iki məsələ müzakirə olunub. Lakin maraqlı olan odur ki, həmsədrlərin bəyanatı çox qısa və lakonik olub. Həmsədrlər sadəcə iki cümlə ilə vasitəçilik prosesinin üsulları və ATƏT-in fəaliyyətdə olan sədrinin şəxsi nümayəndəsinin roluni müzakirə etdiklərini bəyan ediblər.

Minsk qrupunun bəyanatının bu qədər qısa olması nədən xəbər verir? Ümumiyyətlə həmsədrlərin 44 günlük müharibədən sonra yaranmış status-kvoyla bağlı dəyərləndirmələri hazırkı vəziyyətə nə qədər adekvatdır və həmsədr ölkələrin problemin həllinə olan baxışları nə qədər fərqlidir?

Minsk qrupunun bəyanatını və məqsədlərini PİA.az-ın əməkdaşı BAXCP sədrinin müşaviri, politoloq Azər Qasımov ilə müzakirə edib.

Azər Qasımov: “Azərbaycan bu oyunlara getməməli, planları pozmaq üçün ya ATƏT-in Minsk üçlüyünün vasitəçiliyindən və status məsələsindən rəsmi şəkildə imtina etməlidir, ya da bu oyunlara son qoymaq üçün Dağlıq Qarabağda yaşayan erməni icmasına Azərbaycanın daxilində hansısa mədəni və qismən idarəçilik kimi bir status verməlidir”.

Status-kvo indiki məqamda həmsədr ölkələrin əllərində olan son təzyiq vasitəsi olduğu üçün hər üçünün bir ağızdan bunun üzərinə getdiklərini vurğulayan politoloq PİA.az-a açıqlamasında qeyd edib ki, hətta təkbaşına regiona sülhməramlı adı altında qoşun yeritmiş Rusiya problemi uzatmaq üçün regiondakı hegemonluğunu digər iki həmsədr ölkə ilə bölüşməyi belə gözə alır:

Minsk qrupunun həmsədrlərinin AzərbaycanErmənistan XİN rəhbərləri ilə 44 günlük müharibədən sonra ilk görüşü tərəflər üçün sanki məcburiyyətdən doğan bir görüşdür. Səmərəsiz keçən on illərdən sonra yenidən eyni oyunu başlamaq ən azı Azərbaycan tərəfi üçün vaxt itkisindən başqa bir şey deyil. Oyunun kökündə yenidən hansısa status məsələsi dayanır.

Həmsədr ölkələr ilk növbədə status oyunu adı altında regionda mövcudluq mübarizəsi aparırlar. Məcburiyyət də burdan doğur: ABŞ, Rusiya, Fransa həmsədr ölkələr kimi öz maraq dairələrini qorumaq üçün erməni kartından məharətlə istifadə edirlər. Hər kəsə məlumdur ki, erməni kartı yüz ildən çoxdur ki, bu ölkələrin regiona, Türkiyəyə təzyiq alətidir. ABŞ erməni kartı üzərindən SSRİ-nin dağılmasının başlanğıcını qoydu və buna nail oldu. İndi də eyni fikir Rusiya üçün də aktualdır. Fransa erməni kartını daha açıq və həyasızcasına istifadə edən ölkə kimi bunu heç vaxt gizlətməyib. Rusiya isə bu kartdan region ölkələrini nəzarətdə saxlamaq məqsədi güdür ki, bunu da artıq hər kəs bilir. Beləliklə, regionu bu ölkələrin maraq dairələrinin çarpışdığı poliqon hesab etmək olar.

Hal-hazırda müharibədən əvvəlki status-kvo öz əhəmiyyətini itirib. Regionda yeni reallıqlar yaranıb. Bu, aydındır, sadəcə həmsədrlərin istəyinə əsasən məsələ yeni reallığa uyğun gedir. Bu reallıq artıq ermənilərin "müstəqil dövlət" qurmaq istəyindən yox, onlara hansısa siyasi statusun verilməsindən ibarətdir.

Azər Qasımov: “Rusiya bu məsələdə problemi uzadan tək ölkə olmaq istəmir. Ona görə ABŞ və Fransanı da yanına almaq istəyir. Sadəcə Rusiyanın məqsədi rus sülhməramlılarına beynəlxalq status almaqdır”.

Azərbaycan müharibədən əvvəl də, sonra da status məsələsinə həssas yanaşıb. Xüsusən də, 44 günlük müharibədən sonra prezident Qarabağda ermənilərə heç bir statusun verilməyəcəyini bəyan edib. Hesab etmək olar ki, Azərbaycan status barədə son sözünü deyib. Sözünün üstündə durması isə dünya güclərinin təzyiqlərinə nə qədər davam gətirəcəyi ilə əlaqəlidir.

Status-kvo indiki məqamda həmsədr ölkələrin əllərində olan son təzyiq vasitəsi olduğu üçün hər üçü bir ağızdan bunun üzərinə gedirlər. Hətta təkbaşına regiona sülhməramlı adı altında qoşun yeritmiş Rusiya belə bundan istifadə edib problemi uzatmaq üçün regiondakı öz hegemonluğunu digər iki ölkə ilə bölüşməyi belə gözə alır. Rusiya bu məsələdə problemi uzadan tək ölkə olmaq istəmir. Ona görə ABŞ və Fransanı da yanına almaq istəyir. Sadəcə Rusiyanın məqsədi rus sülhməramlılarına beynəlxalq status almaqdır. Rusiyanın gizli planını bu təşkil edir. Rusiya üçün beynəlxalq status almış rus ordusunun regionda yerləşməsi, hansısa sonu naməlum olan danışıqlara digər iki ölkənin cəlb edilməsindən daha vacibdir.

Azərbaycan bu oyunlara getməməli, qeyd edilən planları pozmaq üçün ya həm ATƏT-in Minsk üçlüyünün vasitəçiliyindən və status məsələsindən rəsmi şəkildə imtina etməlidir, ya da bu oyunlara son qoymaq üçün Dağlıq Qarabağda yaşayan erməni icmasına Azərbaycanın daxilində hansısa mədəni və qismən idarəçilik kimi bir status verməlidir.

Hansı ki, biz müharibədən əvvəl ermənilərə dünya praktikasında mövcud olan ən yüksək statusu verməyə hazır idik. Bu, bizim geopolitik üstünlüyümüz və tam qələbəmiz olardı, deyə düşünürəm”.

Nərminə UMUDLU
pia.az




Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Qusar meşəsindən bu görüntü yayıldı, polis hərəkətə keçdi - Foto

Aytən Səfərova Xəzər TV-dən uzaqlaşdırılıb?

Ermənistanda delimitasiya əleyhinə yürüş edənlər İrəvana çatıblar - Video

Şuşaya yeni həyat verilir: İlk köçün həyəcanı yaşanır - Video

Bir qrup incəsənət xadiminə Prezident mükafatları veriləcək - Sərəncam

İlham Əliyev bir qrup mədəniyyət xadiminə Azərbaycan Prezidentinin təqaüdünün verilməsi barədə sərəncam imzalayıb

Bakıda beşmərtəbəli binada təhlükəli vəziyyət: RİH-in razılığı ilə zirzəmini mənzil etdilər - Foto

Dövlət Film Fondunun direktoru: “Çətin vəziyyətdə qalmışdıq, Hacıbaba Bağırov bizə iş verdi” - Foto  

Ən çox oxunanalar