Cümə, 03 May 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

Dünyada davam edən qütbləşmə - Nəhayətdə Türkiyənin mövqeyi necə olacaq?..

Virus vasitəsilə rəqəmsal pul üzərində yeni bir dünya qurulur. Hər kəs doğru hesab etdiyi ittifaqla yoluna davam etmək istəyir...

Ergün Diler
“Takvim” qəzeti, Türkiyə, 9 fevral 2021-ci il

Dünyada, xüsusilə 2013-cü ildən sonra sürətli qütbləşmə və dəyişikliklər baş verdiyi üçün hadisələri başa düşməyən çox insan var. Gündəlik və bir anlıq qiymətləndirmələrlə heç kim irəli addım ata bilməz.

Osmanlı imperiyasının son dövrü və Cümhuriyyətin ilk illərindən sonra Türkiyədə müəyyən hərəkatlar və ailələr ön plana çıxmışdı. Aralarındakı mübarizə həm o günləri, həm də gələcəyi müəyyənləşdirirdi. Lakin onları heç vaxt əsas mediadan tapa bilməzsiniz. Hər kəs bu ölkənin övladı idi, ancaq təhsil və iqtisadi şərtlərdə ortaya çıxan fərqlər Anadolu ilə İstanbul-İzmir oxu arasındakı uçurumu artırırdı. Dünyaya açılan savadlı ailələr başqa, mühafizəkar Anadolu isə çox başqa bir ölkə arzusunda idi. Bu məsələ yemək mədəniyyətindən geyim-keçimə qədər sosioloqların araşdırmalı olduğu bir sahə idi.

Məsələn, Celal Bayar və Adnan Menderes niyə CHP ilə ziddiyyətdə oldu və fərqli bir siyasi hərəkatla yola davam etdi?

Cəlal Bayar Atatürkün silahdaşı idi. Son illərində həmişə onun yanında oldu. İzmirin işğalı ortaya çıxdıqda kapitan Sarı Edip Efe ilə birlikdə dağlara qaçmışdı. Gökçen Efe də onlara ev sahibliyi etmişdi. Qalib Xoca təxəllüsü ilə məscid müəllimi kimi tanındı, hər bir kəndi qarış-qarış gəzdi.
Qurtuluş müharibəsinin tam mərkəzində oldu.

Müharibə bitdi, Respublika quruldu. O da həmin vaxt Atatürkün yanında idi. Nazir və baş nazir vəzifələrində işlədi. Bütün bunlara baxmayaraq, Şükrü Saraçoğlunun hazırladığı büdcəyə qarşı çıxdı. Adnan Menderes, Fuat Köprülü, Refik Koraltan və Emin Sazak ilə birlikdə CHP-dən ayrıldı. Bu komanda İnönünün CHP-si ilə üz-üzə gəlmişdi. Onlar yarışdılar və hakimiyyətə gəldilər. Sonra yenə ailələr üzərindən müharibə davam etdi.

1960-ci ildə isə artıq CHP-li və Atatürkün yanında olan şəxslər təhlükə altına düşdü. Cəlal Bayar son anda xilas olmuşdu. Görəsən, CHP ilə nə problem var idi? Niyə çevrilişə doğru bir yol açılmışdı? Bu sualların cavabını bilmədiyimiz üçün bu gün vəziyyəti başa düşməkdə çətinlik çəkirik. Atatürkün silahdaşını və baş nazirini asmaq istəyən kimdir? Bilmirik.

Gəldiyi gündən bəri CHP-ni dəyişdirməyə başlayan Kamal Kılıçdaroğlu bunu artıq prezident seçkilərində açıq şəkildə ortaya qoymuşdu.

İslam Konfransı Təşkilatının keçmiş baş katibi Prof. Dr. Ekmeleddin İhsanoğlunu təklif etmişdi. MHP lideri Devlet Bahçeli də məmnuniyyətlə bunu qəbul edib.

Kılıçdaroğlu: “Ləyaqəti, dürüstlüyü, biliyi olan və hər kəsin qəbul edə biləcəyi nümunəvi bir şəxsi təklif edirik”, deyirdi. Halbuki, partiyada heç kim yox idi. Bahçeli isə: “Hörmətli Kılıçdaroğlu və dostları Türkiyədə çox dəyərli şəxsiyyətlərdir və onların dəyərli bir sımanı təklif etməsi bizi məmnun etdi”, deyə qeyd edib.

Uzlaşma görüşlərindəki profildən çox uzaq bir namizəd ortaya çıxırdı ortaya çıxmışdı. CHP-nin millət vəkilləri “dostlar, gəlin qəbul edək ki, bizi trolladılar” deyə bir reaksiya vermişdi. Artıq CHP və MHP bir-birindən uzaq iki partiya idi. CHP-dən çıxan bir sima olan Muharrem İnce CHP-dən kənar bir mövqe nümayiş etdirirdi. “İYİ” Partiyası da millətçi olsa belə, MHP ilə əlaqəsi kəsilmişdi. “Deva” və “Gelecek” partiyaları da AKP-dən gəlib və başqa istiqamətə yönəlib.

Virus vasitəsilə rəqəmsal pul üzərində yeni bir dünya qurulur. Hər kəs doğru hesab etdiyi ittifaqla yoluna davam etmək istəyir. Müxalifət isə, ümumiyyətlə ABŞ-alman məktəbini qəbul edir. Xalq İttifaqı da ingilisləri yanına alaraq qlobal bir oyunçu olmağı hədəfləyir. Londonun da başqa bir şansı yoxdur. İttifaqları, ayrılmaları, geriyə doğru atılan addımları və sərt çıxışları bir də bu şəkildə izləyin.

Aralıq dənizindəki gəmilərin çevrilməsindən, Çin peyvəninə, S-400 böhranından Boğaziçi məsələsinə qədər bütün problemlər Türkiyənin izlədiyi siyasətlə bağlıdır.

Orjinal

Tərcümə PİA.az-ındır.

Fatimə ƏLİYEVA
pia.az


Etiket: Türkiyə CHP

Şərh yazın.


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Azərbaycanda sabiq nazir hər ay mənimsədiyi pulların miqdarını açıqladı

MSK Ramin Məmmədovun deputat səlahiyyətlərinə xitam verib - Yenilənib

Ağcabədidə qadın qətlə yetirilib, qaynı saxlanılıb - Yenilənib

Prezidentin sərəncamı 3000-ə yaxın şəxsə şamil olunacaq

Rusiya 15 ukraynalı əsir hərbiçini edam edib - Human Rights Watch bu cinayətləri təsdiqləyib...

Dini liderlər Füzuli şəhərində olublar - Yenilənib

66 konqresmen Azərbaycana qarşı sanksiyalar tətbiq etmək təklifi ilə çıxış edib...

VI Ümumdünya Mədəniyyətlərarası Dialoq Forumu başa çatıb - Yenilənib  

Dostunun 14 yaşlı qızını qaçıran kişi həbs olundu

Altı körpənin yanaraq ölməsində təqsirləndirilən Mehriban Abasquliyevaya yenidən vəzifə verilir? - Açıqlama

AAYDA: "Koroğlu" metro stansiyasına qədər yeni avtomobil yolunun tikintisinə başlanılır - Video

Ən çox oxunanalar