Cümə, 10 May 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

Sülhməramlıların sayının artırılması iddiası... - Rusiyanın Qarabağla bağlı əsil planı nədir?  

Rusiyanın Qarabağdakı sülhməramlı kontingentini 10 minə qədədr artırmaq planına rəsmi Bakının və Azərbaycan cəmiyyətinin reaksiyası necə olacaq?..

Elman Nəsirov: “Narahat olmaq üçün əsas yoxdur. Belə bir əsas olsaydı ölkə prezidenti cənab İlham Əliyev MDB Dövlət Başçılarının Şurasının iclasında onları səsləndirərdi.”

Rusiyanın müdafiə naziri Sergey Şoyqunun verdiyi açıqlama Azərbaycan dövləti və ictimaiyyəti tərəfindən heç də müsbət qarşılanmayacaq”.

Rusiyanın müdafiə naziri Sergey Şoyqu prezident Vladimir Putinlə görüşü zamanı Qarabağda 330 yerlik blok-modul hərbi şəhərciyin işə salındığını bildirib.

O həmçinin əlavə edib ki, 1 aprel 2021-ci ilə qədər daha 32 modul şəhərciyin salınması planlaşdırılır. Bu o deməkdir ki, müvəqqəti kontingentin sayı dəfələrlə artacaq – 2000-dən 10000 nəfərədək.

Məlumdur ki, kontingentin sayının artırılması haqda rəsmən heç nə deyilməyib və onun genişləndirilməsi Azərbaycanla əlavə razılaşdırma tələb edəcək. Rusiya prezidenti Vladimir Putin də Qarabağla bağlı son açıqlamalarında bu məsələyə toxunub. Rusiya prezidenti bildirib ki, Dağlıq Qarabağdakı Rusiya sülhməramlılarının sayının artırılması mümkündür, lakin bunun üçün Azərbaycanın razılığı olmalıdır.

Məlum olduğu kimi, Rusiya hərbçilərinin münaqişə zonasında qalma şərtləri RusiyaAzərbaycan prezidentləri Vladimir Putin və İlham Əliyev, həmçinin Ermənistanın baş naziri Nikol Paşinyanın 9 noyabr 2020-ci il tarixli bəyanatında əksini tapıb.

Sənədə əsasən Rusiya kontingenti 1960 hərbi qulluqçudan, 90 BTR və 380 ədəd avtomobil və digər xüsusi texnikadan ibarətdir. KİV-in məlumatına görə, Rusiya kolonların havadan müdafiəsi üçün vertolyotlardan istifadə edir. Kontingentin qalma müddəti beş ildir. Tərəflərdən heç birinin etirazı olmadığı halda avtomatik olaraq məhdudiyyətsiz şəkildə həmin müddətə uzadılır.

Qeyd edək ki, Dağlıq Qarabağdakı Rusiya sülhməramlıları ilə bağlı heç də ürəkaçan xəbərlər gəlmir. Sülhməramlılar ermənilərlə içki məclislərində iştirak edir və çox zaman ermənilərin tərəfindən çıxış edirlər.

Bəs bütün bu hazırlıqlar içinə girən Rusiyanın Qarabağla əsil planı nədir və hazırda Rusiya sülhməramlılarının fəaliyyəti nədən xəbər verir? Həmçinin Rusiyanın Qarabağdakı sülhməramlı kontingentini 10 minə qədədr artırmaq planına rəsmi Bakının və Azərbaycan cəmiyyətinin reaksiyası necə olacaq?

Mövzunu PİA.az-ın əməkdaşı millət vəkili Elman Nəsirov və hərbi ekspert Ədalət Verdiyev ilə müzakirə edib.

Elman Nəsirov: “Rusiya sülhməramlılarının sayının artırılması kimi hallar baş versə, monitorinq mərkəzi tərəfindən nəzarətə götürüləcək və lazımi tədbirlər görüləcək”.

Belə bir əsas olsaydı ölkə prezidenti cənab İlham Əliyev MDB Dövlət Başçılarının Şurasının iclasında onları səsləndirəcəyini vurğulayan millət vəkili PİA.az-a açıqlamasında qeyd edib ki, cənab prezident həmin toplantıda narahatlıq doğuracaq məsələrə toxunmadı:

“Belə suallara cavab vermək üçün ilk növbədə cənab prezidentin MDB Dövlət Başçılarının Şurasının iclasında etdiyi çıxışa diqqət etmək lazımdır. Çünki prezident o çıxışında bütün suallara aydınlıq gətirəcək mövqe bildirdi. Cənab prezident qeyd etdi ki, 10 noyabr tarixli Azərbaycan-Rusiya-Ermənistan siyasi rəhbərliyinin imzaladığı bəyanatdan irəli gələn məsələlər öz həllini tapmaqdadır.

Həmçinin prezident bildirdi ki, həmin bəyanatın şərtlərinə əməl edilir. Bəyanatın müddəalarından biri də Rusiya sülhməramlılarının məlum coğrafiyada yerləşdirilməsi ilə bağlı idi. Rusiya öz üzərinə düşən sülhməramlı missiyalarını həyata keçirirlər. Bu prosesdə də cəmi bir dəfə insident qeydə alınıb. Həmin insidentin də nəticələri aradan qaldırılıb. Qeyd edim ki, prezident çıxışında bir neçə dəfə Rusiya prezidentinə sülhməramlı prosesindəki fəal mövqeyinə görə təşəkkür edib.

Elman Nəsirov: “Bəyanatdan kənara çıxmaq halları yoxdur. Ən azı belə fakt bəlli deyil”.

Məsələyə bu kontekstdən yanaşanda görünür ki, Rusiya sülhməramlılarının bölgədə məlum yerlərdə yerləşdirilməsinin həyata keçirildiyini görürük. 10 noyabr bəyannaməsində isə Rusiya sülhməramlılarının və hərbi texnikasının Qarabağda yerlışəməsinin sayı göstərilib. Bundan kənara çıxmaq halları yoxdur. Ən azı belə fakt bəlli deyil.

Eyni zamanda bildiyimiz kimi Ağdam şəhərində Rusiya-Türkiyə sülhməramlı monitorinq mərkəzi fəaliyyət göstərəcək. Həmin monitorinq mərkəzinin fəaliyyəti eyni zamanda sülhyaratma prosesinin monitorinqi olacaq. Orada sülhməramlıların davranış, razılaşmanın şərtlərinə necə əməl etməsi, üzərlərinə götürdükləri öhdəlikləri necə həyata keçirməsi nəzarətdə olacaq. Həmçinin də onların sayının artırılması kimi hallar baş versə, monitorinq mərkəzi tərəfindən nəzarətə götürüləcək və lazımi tədbirlər görüləcək.

Buna görə də hesab edirəm ki, narahat olmaq üçün əsas yoxdur. Belə bir əsas olsaydı ölkə prezidenti cənab İlham Əliyev MDB Dövlət Başçılarının Şurasının iclasında onları səsləndirərdi. Prezident bizi narahat edən məqamların olduğunu bildirərdi. Amma cənab prezident narahatlıq doğuracaq məsələrə toxunmadı. Demək ki, belə məsələlər yoxdur. Hər şey razılaşmanın prinsiplərinə uyğun olaraq həyata keçirilməkdədir”.

Ədalət Verdiyev: “Azərbaycan ərazisində yerləşəcək başqa ölkənin qoşunlarının, o cümlədən Rusiya qoşunlarının tərkibinə aid qərarları yalnız və yalnız Azərbaycan hakimiyyəti verə bilər”.

Şoyqu və digər şəxslər belə açıqlamalarında bir qədər ehtiyatlı olmalı olduğunu bildirən hərbi ekspert bildirib ki, digər heç bir ölkənin siyasi və hərbi rəhbərliyi Azərbaycan əvəzində qərar qəbul etmək səlahiyyətlərinə malik deyillər. Ədalət Verdiyev həmçinin Şoyqu kimi yüksək rütbəli məmurların bu məsələ ətrafında səsləndirdikləri fikirlərdəbir qədər ehtiyatlı olmağa çağırıb:

Rusiyanın müdafiə naziri Sergey Şoyqunun verdiyi açıqlama Azərbaycan dövləti və ictimaiyyəti tərəfindən heç də müsbət qarşılanmayacaq. Bunu Şoyqunun özü də bilməmiş deyil.

Düşünürəm ki, Şoyqu və digər şəxslər belə açıqlamalarında bir qədər ehtiyatlı olmalıdırlar. Çünki onlar bilirlər ki, Azərbaycan ərazisində yerləşəcək başqa ölkənin qoşunlarının, o cümlədən Rusiya qoşunlarının tərkibinə aid qərarları yalnız və yalnız Azərbaycan hakimiyyəti verə bilər. Digər heç bir ölkənin siyasi və hərbi rəhbərliyi Azərbaycan əvəzində qərar qəbul etmək səlahiyyətlərinə malik deyillər”.

Nərminə UMUDLU
pia.az




Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Qusar meşəsindən bu görüntü yayıldı, polis hərəkətə keçdi - Foto

Aytən Səfərova Xəzər TV-dən uzaqlaşdırılıb?

Şuşaya yeni həyat verilir: İlk köçün həyəcanı yaşanır - Video

Ermənistanda delimitasiya əleyhinə yürüş edənlər İrəvana çatıblar - Video

Bir qrup incəsənət xadiminə Prezident mükafatları veriləcək - Sərəncam

İki övladını küçəyə atan ananın üçüncü övladı da əlindən alındı - Açıqlama

İlham Əliyev bir qrup mədəniyyət xadiminə Azərbaycan Prezidentinin təqaüdünün verilməsi barədə sərəncam imzalayıb

Dövlət Film Fondunun direktoru: “Çətin vəziyyətdə qalmışdıq, Hacıbaba Bağırov bizə iş verdi” - Foto  

Ən çox oxunanalar