Bazar, 26 May 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

Nobel şansları açıqlandı


Murakami artıq birinci deyil...


Ədəbiyyat üzrə Nobel mükafatına namizədlərə bukmeker kontorlarında verilən əmsallarda dəyişiklik baş verib. Kulis.Az-ın Böyük Britaniyanın nüfuzlu “Ladbrokes” bukmeker kontorunun rəsmi internet saytına istinadən verdiyi xəbərə görə 7 əmsalla 3-cü yerdə olan kanadalı Alice Munro 4 əmsalla mükafatın əsas favoriti, 5 əmsalla ilk sırada olan yapon Haruki Murakamini qabaqlayıb. Belorus Svetlana Aleksiyevit 6 əmsalla 3-cü sıraya qalxıb. 6 əmsalla ikinci sırada qərarlaşan amerikalı Coys Karol Oates və macar yazıçı Peter Nadas 8 əmsalla 4-cü və 5-ci yeri bölüşürlər.
 
14 əmsalla 9-cu yerdə olan suriyalı şair Adonis isə 11-ci pilləyə enib.
 
Umberto Ekoya verilən əmsalda da dəyişiklik baş verib. 50 əmsal verilən italiyalı yazıçıya hazırda 25 əmsal verilir.
 
İlk onluqdan kənarda qalan Bob Dilan (50), israilli yazıçı Amos Oz (16), çex Milan Kundera (25), britaniyalı Salman Rüşdi (40), ispaniyalı Enrike Vila-Matas (66), rusiyalı şair Yevgeni Yevtuşenko (100) və amerikalı Pol Osterun (100) əmsallarında hər hansı bir dəyişiklik olmayıb.
 
Mükafatın builki qalibinin adı bu gün Bakı vaxtilə saat 16.00-da açıqlanacaq.
 
İsveç Kral Akademiyasının 1901-ci ildən təqdim etdiyi ədəbiyyat üzrə Nobel mükafatı keçən il bukmeker kontorlarında 2-ci yerdə olan çinli yazıçı Mo Yana verilmişdi.
 
Ədəbiyyat üzrə Nobel mükafatı dünyanın ən nüfuzlu ədəbi mükafatı hesab olunur. Mükafatın qalibinə 1,1 milyon dollar pul mükafatı verilir.


Etiket:


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Əli Mirəliyev: "Bilmirəm adamlara nə cavab verim"

Azərbaycanda ilk dəfə bəzi avtomobillər ucuzlaşıb

Paşinyanın helikopteri Böyük Qarakilsədə məcburi eniş etdi

"Eurolux"un rəhbəri və qardaşı oğlu niyə bıçaqlanıb?

Şuşa şəhərinə yeni köçürülən 32 ailəyə mənzillərin açarları təqdim edilib - Yenilənib

Bakıda növbəti ümumşəhər iməcliyi keçirilib - Yenilənib

30 yaşlı kişiyə ərə veriləcəyi deyilən doqquzuncu sinif şagirdi ilə bağlı rəsmi açıqlama

Azad olunan ərazilərdə yeni sərhəd zastavası xidməti istifadəyə verilib

Zelenski Rusiya ilə atəşkəsə dair danışıqlardan imtina edib

İlham Əliyevə təbrik məktubları gəlməkdə davam edir - Yenilənir    

Ən çox oxunanalar