Bazar, 05 May 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

Türkiyə Qarabağla bağlı hər hansı güzəştə getməyəcək - Sərdar Cəalaoğlu

Məlum olduğu kimi, Türkiyə Böyük Millət Məclisi Türkiyə ordusunun Qarabağa yerləşdirilməsi ilə bağlı sənədi Azərbaycan üçün xüsusi gün olan 17 noyabr Milli Dirçəliş Günü münasibətilə təsdiq edəcək.

Türkiyə Ordusunun Qarabağa yerləşdirilməsinin əhəmiyyəti ilə bağlı KONKRET.az-a fikirlərini bölüşən ADP sədri Sərdar Cəlaloğlu bildirib ki, Rusiya özü sülhməramlı missiyasını öz üzərinə götürüb Qarabağa girmək istəyirdi: “Belə olan təqdirdə Ali Baş Komandan İlham Əliyevin Türkiyənin iştirakını şərt kimi qoyması Rusiyanın planlarını pozdu. Bununla da Qarabağda yarana biləcək təhlükənin qarşısı alındı. Təbii ki, Türkiyənin Dağlıq Qarabağda olması bizim üçün olduqca prinsipial önəm daşıyır. Rusiya Azərbaycana  zorla hər hansı şərti qəbul etdirməyə cəhd edə bilər. Amma Türkiyə birmənalı olaraq şərt qoydu ki, Qarabağla bağlı hər hansı güzəşt olmayacaq və lazım gələrsə müharibədə üçüncü tərəf kimi iştirak edəcək.

Rusiya ordusu Qarabağda olduğu müddətdə Türkiyə Silahlı Qüvvələri orada olacaq və bizim əleyhimizə hər hansı addım atılmayacaq. Bilirsiniz, artıq Rusiya qoşunları ilə ermənilər arasında müəyyən toqquşmalar baş verir. Məlumat var ki, dünən 4 rus əsgəri ölüb, 18 erməni terrorçu məhv edilib. Və görünən odur ki, Rusiyanın sülhməramlı kimi bura gəlməsi onun üçün heç də xoş gələcək vəd etmir. Yəni getdikcə bu münaqişə başqa xarakter ala bilər.

Ümumən Qarabağ məsələsində bu günə kimi hərbi və diplomatik qələbə Azərbaycanın tərəfindədir. Və sözsüz ki, bu üstünlük bizi yekun qələbəyə aparacaq”.

pia.az


Etiket:


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

“Green card” müraciətlərinin nəticələri açıqlandı - Yenilənib

İlham Əliyevdən Xankəndi ilə bağlı sərəncam 

Şəkidə qətl hadisəsinin təfərrüatları məlum olub - Yenilənib

Əhmədbəyli-Füzuli-Şuşa yolunun son görüntüləri - Video

"Yelo Bank"dan şikayət: "Əsəbinizi korlamaq istəmirsizsə, bu bankdan uzaq durun" 

İsa Qəmbər yenidən Müsavat Partiyasının başqanı seçilib

Yevgeni Jukov: "Azərbaycanda neft hasilatının azalması iqtisadi artıma əhəmiyyətli təsir edib"

Azərbaycan və Türkiyə XİN başçıları qarşılıqlı maraq doğuran məsələləri müzakirə ediblər - Yenilənib

FIFA prezidenti futbol qaydalarında daha bir dəyişiklik etməyə hazırlaşır

Ən çox oxunanalar