Çərşənbə, 21 Avqust 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

Rusiya sülhməramlıları Kəlbəcərdə qanunsuz məskunlaşmış erməniləri köçürməyə başlayıb

Qarabağa dair üçtərəfli razılaşmanın şərtlərinə uyğun olaraq regiona yeridilən Rusiya sülhməramlıları erməni tərəfində isterikaya səbəb olub. Artıq erməni KİV-lərində və sosial şəbəkələrdə təxribatçı çıxışlar yer alır.

Məsələn, Kəlbəcərdə olan “politoloq” Aleksandr Kənanyan Facebook-da yazıb:

“Artıq “Rusiya sülhməramlıları” erməni əhaliyə qarşı güc tətbiq ertməyə başlayıb. Onları evlərindən zorla çıxarırlar və ən zəruri əşyalarını belə götürməyə imkan vermirlər...Və bu hələ başlanğıcdır...Biz min dəfə demişik ki, türklə (azərbaycanlıları nəzərdə tutur,-red.) “sülhməramlı” arasında heç bir fərq yoxdur...Ona görə də kim Putinin köməyinə ümid edirsə onu ancaq yaxın günlərdə və həftələrdə yeni “üzük əməliyyatı” və deportasiya gözləyir”.

Üçtərəfli razılaşmaya əsasən Ermənistan işğalçı qoşunları Kəlbəcər rayonundan noyabrın 15-nə qədər çıxmalıdır. Ermənistan Müdafiə Nazirliyi prosesin artıq başladığını bildirir. Ermənistandakı 102-ci hərbi baza isə hərbçilərə qarşı mümkün təxribatların qarşısını almaq üçün döyüş hazırlığı vəziyyətinə gətirilib. (virtualaz.org)

pia.az


Etiket:


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

FHN-in güllələnən sabiq əməkdaşı ilə bağlı yeni təfərrüat 

Politoloq: Ərdoğan öz yerinə layiqli namizədlər hazırlayıb...

Azərbaycanın məşhur şirkəti istehsalı və satışı dayandırdı

Ukrayna Kurskda möhkəmlənir, Rusiya Donetski ələ keçirir...

'Əkinçilik" Elmi Tədqiqat İnstitunun deputatlığa namizəd direktoru milyonluq villa tikdirir? - İddia

Azərbaycanda polis kapitanının ölümünün təfərrüatı məlum olub - Foto

Sevda Sanaliyevanı təqib edən şəxs polisə çağırıldı

Elxan Şahinoğlu: Putin demək istədi ki, Kreml Cənubi Qafqazdakı maraqlarını arxa plana keçirməyəcək...

Lukaşenko: Ermənilər bizdən başqa kimə lazımdır?

Bədəl Bədəlov əsəbiləşdi: "Rövnəq Abdullayev mənə dəstək verib?"

Ən çox oxunanalar